Qarabağ: folklor da bir tariXDİR


ARDIC AĞACI NİYƏ HƏMİŞƏ GÖYDÜR?



Yüklə 3,83 Mb.
səhifə22/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   18   19   20   21   22   23   24   25   ...   228
ARDIC AĞACI NİYƏ HƏMİŞƏ GÖYDÜR?
İmamnarı yezitdər qırıf, bircə imam qalıf. Mehdiyi Sahib Za­man deyir, o da qaçıv ardıjın dalında qalıf. Hamsını qırıf. Tanı­yır­sın da ardıj ağajını. Bax onun dalında. Oonçun deyir, ardıc, səni gö­rüm göy qal. Göy qalırmı həmişə? İmammızın biri, Mehdi Sahib Zaman onun dalında qalıf sağ. Sora deyillər qayv olufdu.
PEYĞƏMBƏRLƏR, DİNİ ŞƏXSİYYƏTLƏR,

PİRLƏR VƏ OCAQLAR HAQQINDA
SÜLEYMAN PEYĞƏMBƏR
I mətn

Süleyman peyğəmbər də ki yer üzünün şahı olur. Həə, Davut peyğəmbərin oğlu oluf. O, elə bir padşah olur ku, onun qırx qardaşı olur. Davut peyğəmbər qavaxda namaz qılır, qardaşdar da geridə – peyğəmbərin arxasında namaz qılırmış. Peyğəmbər bir öyünür, deyir ki, qırx oğlum var, hərəsi də bir ölkədə padşah, ta mənnən xoş­­baxd adam kim olar? Hamsının əli qalıf möhürdə, hamısı ölüf. Hamsı canın tafşırıf. Arvadı çağırır. Arvat gəlir. Deyir ki, oğlanna­rımız qırılıf. Deyir, a kişi, yoxsa peşman olursan? Allah verdi, Al­lah da aldı. Buna peşman olma. Kişi ürəhlənir, oğlannarı­nın na­mazına özü durur, kəfin-dəfin eliyir, göndərir hak evinə. Allahdan səda gəlir ki, sana elə bir evlat verəjəm, yer üzünün patşahı olsun. Gündoğannan günbatanın arasını zəfd eləsin. Onda Süleyman pey­ğəmbər yaranıf. Gündoğan­nan günbatanın arasını zəbt eliyif, o da gedif. Suleyman peyğəmbərin nişanası – üzüyü qalıf. İndi o üzüh ta hansı patşahdadı, hansı arxifdədi, bilmirəm.


II mətn

Bu heyvandı, insandı, innidi, cinnidi – hamısı Süleyman pey­qumbərin öhdəsindədi. Buna arvat deyif ki, dənizin içində quş sü­mü­yünnən bir əv tikəsən. Çağırıf, quşdarın hamısı gəlif. Heç kəs bu­na heş nə dəyə bilmiyif. Bu bayquş gəlmiyif. Bəyquş gəlmi­yəndə hökm eliyif ki, gəl də. Gəlif. Deyir, ya peyqumbər, nədi? Gəldim. Deyif, sən dayan, mən danışım. Deyif ki, danış, görüm niyə gec gəl­­dın? Deyif, gec gəldim ki, dənizin içində birinci, əv tikilməz, o da quş sümüyünnən. İkinci, arvat sözünə baxan da arvatdı. Deyif, sana mən nə ad verim? Sana quşdarın bəyliyin verirəm. Sən danış­dı­ğın sözün hamısı, dimdiyinnən çıxan cikgilti insannara ayan ol­sun. İndi bu da belə.

Amma qurbağa bunun görüşünə gedəndə ağzına bir yarpax alıf ki, mən çılpağam. Süleyman peyğəmbər deyif, ya qurbağa, sən heyvansan, sən niyə onu aldın ağzına? Deyif, utandığımnan. Mən çılpağam. Gəldim sənin zoxrana5, ya peyğəmbər. Deyif, suyu sana kəbineşdəh6 verirəm, su hak-hesavı sənın. Sənnən axan suyu mə­nim Məhəmməd ümmətim içsin.

Amma qarışqa peyqumbərin ağzını əyif. Deyif ki, yol qırağını sana verirəm ki, həmməşə ayaxlan.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin