Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə226/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   220   221   222   223   224   225   226   227   228
MAHNILAR
BÜLBÜL
Bülbül, sənin işin qandı,

Cəsətin tamam əlvandı,

Sir-sözün yara bəyandı,

Köksün altı sarı, bulbul.


Bülbül, səni dağ çəkərsən,

Göz yaşım kola çəkərsən,

On bir ay cəfa çəkərsən,

Bu bir ayı zarı, bulbul.


Bülbül, səni kim uçurdu?

Yurtdan-yurda kim köçürdü?

Badəni də kim içirdi?

Mən olaydım saqı, bulbul.


AY QARAÇUXA MƏMMƏDHƏSƏN
Ay qara çuxa Məmməthəsən,

Səni görüm qan əndərəsən.

Bircə corab nəmənə şeydi?

Əmin oğluna göndərəsən.


O da qayıtdı dedi ki:

Əmi qızı, can əmi qızı,

Gözdəri helal əmi qızı,

Bircə cüt mixəh nəmənə şeydi?

Əmin qızına göndərəsən.


TOY MAHNILARI
AMAN NƏNƏ
Aman, nənə,

Zalım nənə,

Can nənə,

Zəhrimar, nənə (gülür – top.).

Əvvəllər toylarda əsas “Aman, nənə”ni oxuyardılar. Əsas buydu. Sora “Bilbillər” oxuyardılar. Sözdərin bilmirəm ama.
MƏN GƏLMİŞƏM
Mən gəlmişəm sarı geyəm sallanam,

Gəlməmişəm çitə-mitə allanam.

Mən gəlmişəm qənt qavına qənt qoyam,

Gəlməmişəm ürəyimə dərt qoyam.


TOY TƏRİFLƏRİ
Toyda öz şayirrərimizin sözdərin deyərdih. Həm də bəy tərifi deyərdilər:

Meşədən çıxdı ayı potası,

Xələti gətisin bəyin xalası (gülür – top.).

O rusdarda bir söz var, deyir, etat,

Xələti gətisin xalası Fitat.
O tayda cöngə,

Bu tayda cöngə.

Xələti göndərsin

Bibisi Qönçə.



Çoxu yadıma düşmür. Uzunuydu.

ƏSGƏR MAHNISI
Gəzə-gəzə gəldim çıxdım bir bağa,

Yerimi saldırdım biyan otağa106.

Ana, mən gəlirdim, əcəl qoymadı.
Qardaşıma denən atımı satsın,

Gətisin qapıdan yataqın alsın.

Nişannım göyçəhdi, özü alsın,

Almasa, qoy evimizdə qalsın.


Gəzə-gəzə gəldim çıxdım bir bağa,

Yerimi saldırdım biyan otağa.

Əcəl quşu da gəldi qondu budağa.

Anama denən ki, atımı satmasın,

Qapıda qalsın.

Yoldaşım göyçəhdi, qardaşım alsın,



Almasa, qoy o da əvimizdə qalsın.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin