Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə25/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   21   22   23   24   25   26   27   28   ...   228
III mətn

Allaha and olsun, öz atamın başına gələn işdi. Dəyəjəm. Həə, bu aranda taxılı biçirmişdər arançılar, dağdakılar dağdeymış. Atam taxılı biçir, tayıya vururmuşdar, gedirmişdər yaylağa. Gedir görür camahat çıxıf gedif Naxçıvana, duza. Öküznən gedirmişdər, atınan, nə bilim hərə bir zadnan. Biz də Salvartı dağlarına gedərdih qabax. Naxçıvanda duza gedirmişdər ordan. Gedir görür, hamı çəkilif, ca­mahat gedif. Deyir, Əyri yoxuş deyirih, dağın ətəyinnən, deyir, ge­dirəm, atımı, bir də öküzümü aparıram, duza gedirəm. Atam deyir, gördüm kü, Həsən addı bir kişi var, adına Keçəl Həsən deyil­lər, özü də heey, uzaxdandı, qayıdıf maa deyir, ay yazıx, camahat gedif, sən hara gedirsən təhcə? Gedəssən yolda sənin atın yatajax, nətəər yüklüyəssən. Bir boz atdı gələjəh, sana köməy eliyəjəh, atını yüklü­yəjəh. Deyir, hələ buna da mənim ajığım tutdu ku, xeyir söyləməz oğlu, xeyir söyləməz, atın yatajax, belə olajax, maa nə deyir. Deyir, getdim, camahat gəldi yolda qabağıma, mən getdim Naxçıvana. Üş günə, dört günə gedirmişdər, gəlirmişdər. Orda hamballar-zad, fəh­lə­lər var, atımı yühlədilər, gəlirəm. Bəyağana8 düzdü e, bizim Hara­mının düzü kimi düzdü, susuz, çoğannıx düzdü, yavşannıx. Deyir, gəldi at burda yatdı. Deyir, dedim, əyə, bu nə bilirdi, maa üş gün bunnan qabax dedi, gələssən filan yerdə sənin atın yatajax. Bir boz atdı gələjəh, sana yüklüyəjəh atın-zadın, köməy eliyəjəh. Deyir, elə oturuf fikirrəşirdim, deyir, o vədə gördüm tıkqıltı gəldi, belə baxan­da gördüm bir göy atdı böyürdən çıxdı: – “Hə, atın yatıfdı?” De­dim, ağa, başına dönüm, nə yaxşı gəldin çıxdın. Hə durum o atın yü­kün yüklüyəh. Deyir, köməy elədi, atın tayın birin götdüh qoydux, o birini də mən götdüm qoydum. İpi atdım, altdan atın ipin doğanağın belə çəkib bərki­din­cən, başımı qaldırdım gördüm atdı nə gəzir? At­dı yoxdu, gedif. O da deyilənə görə, qurban olduğum Xıdır pey­ğəm­bərdi. Bax belə-belə işdər.


IV mətn
Xıdır peyqəmbər İlyasnan gedirmişlər. Gedillər, bir bulağın üsdündə oturanda buların da bişmiş balığı varmış. Bir bulağın üs­dün­də oturullar yeməyə. Balıx sırfadan sıçrıyır, düşür suyun içinə. Balıx dirilif üzür, gedir. İndi bu sudan bı içir. Bını bı Xızır pey­qəmbər İlyas peyqəmbərə demir. Gedillər. Gedir deyir ki, axı yolda başıma belə bir hadisə gəldi. Deyirdi, nədi o? Deyir ki, bəs mən elə bil ki, balığı sırfıya qoyanda balıx sıçradı, bişmiş balıx düşdü suyun içinə, dirlidi. Deyir, gedəh o suyu tapax. Sən işmisən, mən də içəjəm. Gəlillər, deyillər ki, yox, da su bir yol görühdü. Onnan soora çıxıf gedillər.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin