Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə26/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   22   23   24   25   26   27   28   29   ...   228
İBRAHİM PEYĞƏMBƏR
İbrahimxəlil peyğəmbər oğlu İsmayılı qurban deyir Allahın yolunda. Bir oğlu varmış. Yo, Allaha qurban olum, deyir ki, dünya­da nəyi çox isdiyirəmsə, onu qurban kəsəjəm mən. Gəlir oğlu İsma­yıl olur. Nəysə. İndi qurvan kəsir. Dəvə aparır, nə bilim yüz dəvə, nə qədər qoyun qurvan kəsə. Allah-taaladan vəh gəlir ki, qabul olmur. Sən nəyi demisən? Axı demisən isdədiyimi kəsəjəm. Ən çox nəyi isdyirəm, onu kəsəjəm da. Oğlu İsmayıldı da isdədiyi. İsmayılı aparır, kəsməyə gedəndə yolda kor şeytan çıxır qabağına. Kişi ge­dirmiş, İsmayıl da arxasıncan xurma yiyə-yiyə gedirmiş. Şeytan deyir, ay İsmayıl, hara gedirsən? Atan aparır, sənin başını kəsə­jəh­di. Xurma yeyirdi. Xurmanın dənəsini belə çırtma atır, gedir şeytanın gözünə dəyir, gözü tökülür. Elə onnan da adı qalıfdı kor şeytan, nəhlət sənə kor şeytan. Şeytanın gözünün biri tökülür. Apa­rır qurvan kəsəndə, deməy, oğul deyir, ata, əllərimi bağla, mən səni incitmiyim də. Əlimi tərpətmiyim. Həə. Əllərin bağlıyıf kəsəndə bıçağı çəkir, pıçağ kəsmir. Daş varmış, daşa belə hirsdənir, vurur, daşı bıçax kəsir. Ancax İsmayılın başın kəsmir. Belə olanda Allah tərəfinnən, deməh, bir qoç İsmayıla qurban gəlir. Həzrəti Cəbra­yı­lın ayağında gəlir özü də qoç. Allaha and olsun. Bax-bax bu formu Həzrəti Cəbrayıl gəlir, qoş da onun ayağının altında. Bax bu formu­da, deməy, elə bil maqnit yapışıb, bax belə gəlir (əllərini bir-birinin üstünə tutur – top.). İbrahimxəlil pey­ğəm­bər oğlunu kəsdiyi yerdə deyir, qolunnan tutup belə çəvirif, (onun şiklini də mən görmüşəm), baxır görür kü, qoç qurban gəlifdi Allah tərəfinnən. Sən İsmayılı kəsmə. Onun boyun burax, deyir.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin