Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə27/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   23   24   25   26   27   28   29   30   ...   228
MUSA PEYĞƏMBƏR
I mətn

Cənabi Musaya deyillər ki, sən Allahı görməlisən. Sən Allahı görməsən, sana biyət eləmiyəjiyih, peyğəmbər demiyəjiyih. Həzrəti Musa peyğəmbərə o ərazidə olan camahat dedi. Həzrəti Musa pey­ğəm­bər əlinə çəliyin aldı, getdi çıxdı Turi-Sina dağına. Üç rükət namaz qıldı, bir bulaxdan su işdi. Gördü kü, o bulağın suyu o qədər şirindi, bal kimidi, ona əsəl deyillər. Su işdi, əllərin yudu, iki rükət namazdan soora əllərini göyə qaldırdı dedi ki, ey Xudavəndi-aləm, sana agahdı, camahat mana deyir, sən Allahı görsən, səni peyğəm­bər sayırıx, görməsən, peyğəmbər saymırıx. Allahdan səda gəldi ki, “get, səhər gəl”. Həzrəti Musa peyğəmbər çəliyin də götür­dü gəldi, evdə qaldı. Səhəri peyğəmbər şüşəsini, çəliyini götürdü gəldi çıxdı Turi-Sina dağına. Deməli, Musa peyğəmbər gözdədi günortaya qə­dər, Allah gəlmədi. Biraz keşmiş gördü kü, Vallah, göy sirkələndi, yer-göy titrədi. Musa peyğəmbər o vəziy­yətə düşdü kü, bədənini əsmə tutdu. O dağ sirkələndi, elə ələndi. Əllərin qal­dır­dı, dedi: “Ey Xudavəndi-aləm, öldüm, gəlmə”. Pey­ğəm­bərrih nişa­nə­­sini də atdı, daşa vurdu, əsə-əsə gəldi çıxdı evlə­rinə. Camahata dedi ki, mənim başıma bu oyunu gətidiiz. Mənə biyət elədiiz, eləmə­di­iz, bu, mana lazım deyil. Allah gələndə Turi-Sina elə silkələndi ku, ərş qopdu, yer, göy titrədi, bu günə düşdü. İsdiir­siz maa biyət eliyin, isdə­mir­siz eləmiyin. Deməli, haman günnən soora Sina dağına deellər ki, öz-özünə ələnir, öz-özünə sirkələnir. Məsələn, ələnir, fırranır, soora genə öz mövqeyinə gəlir. Bax Xudavəndi-aləmin görkü oydu.


II mətn

Bir gün Musa əleyhissalam yola çıxır, yanı bunun niyyəti Allahın elm verdiyi kəsnən görüşməyiydi. Deer, o Allah ki elm ve­rif sənə, məni onnan təlimatdandır də. Deer, onda gərəh sən səbir edəsən, mən elədihlərim hərəkətə görə. Deer, İnşallah, mən səbir­rilər­dən olajam. Bir gün bir gəmiyə minillər, gəmi getməh isdi­yəndə bu, gəmini deşir. Musa peyğəmbər soruşur, sən bu gəmini niyə deşdin, bu kasıflara ayidiydi. Camahat batır axı. Deer, mən saa dedim ki, mən elədiyim hərəkətdərdən sən səbirsiz olassan da, sor­ğu-sual eliyəssən. Deer, İnşallah sorğu-sual eləmərəm.

Biraz gedənnən sora bir uşax çıxır qarşılarına. Başdıyır bu uşağa şillə vurur, öldürür. Deer, sən neynədin? Bir pak cana qıy­dın. Uşağı öldürdün. Deer, mən dedim ki, sən məni elədihlə­rimə səbir eliyə bilmiyəssən, dözə bilməzsən. Deer, İnşallah, bu dəfə də döz­mə­səm, sən məni təlimatdandırmassan. Bir kəndə gəlillər. Bu kət çox kasıv olur. Burda heş kim olları qonağ etməh isdəmir. Nə çörəh verməy isdəmir, qonağ eləməh isdəmillər. Bir divar görüllər, uçuğ ev görüllər, bunu başdıyıllar remont eləməyə, düzəltməyə. Dü­zəl­dip qutarannan sonra Musa əleyhis­salam deer ki, Allahın elm verdi­yi şəxsə, axı biz bunu düzəldip qutarannan sonra çörəh ala bilərdih. Bunun müqabilində pul ala bilərdih. Deer, sən dözə bil­mə­din də tay, səbir eliyə bilmədin, uje sənnən mənim ayrılıx vax­dım­­dı. Sən səbir eliyə bilmədihlərin mən saa açıxlıyajam də. Deer, o, gə­mi­ni niyə deşdim? O gəmi bir neçə kasıba məxsusuydu. Şah varıydı, o gəmini ələ keçirməh isdiyirdi. Onu deşdim ki, şah onnan əl çəhsin. Yanı kasıvın əlinnən almasın. O uşağın atası-anası Allaha çox ya­xın bəndədi. Yanı Allaha inanan bəndələrdəndir. O uşax bööyəndə ata-anasın küfrə dəvət eliyə bilər. Ona görə Allah onun canın mə­nim vasidəmnən aldı ki, ollara imannı, Allaha daha yaxın övlatdar­dan versin. O uçuğ evi biz remont elədih, onun müqa­bilində mən pul almadım. Çünki o evin divarın dibində ye­tim­nərə çatası bir xəzinə vardı. O uşaxların da atası-anası Allaha çox yaxın bəndə oluf­lar. Ona görə də mən ollardan pul isdəmədim. Onun müqabi­lində Allahın mənə verdiyi elm bu idi ki, sən ona səbir eləmədin.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin