PEYĞƏMBƏR VƏ NƏZƏRÇİ
Deyir, peyğəmbərrərdən biri olur, əsabələriynən gedir. Gəlillər meşənin içiynən. Görüllər kü, belə yarıçılpax bir adam qaşdı girdi kolun dalına. Bir nəfər göndərillər ki, get gör o kimdi, onu bura gətirin. Bunu gətirillər. Peyğəmbər soruşur:
– A kişi, bu nədi, sən niyə burdasan?
Deyir:
– Məni qovuflar.
Deyir:
– Niyə?
Deyir:
– Mənim çox pis gözüm var, nəzərim var. Ona görə məni qovuflar.
Deyir:
– Bə burda sən nəynən dolanırsan?
Deyir ki:
– Ov ovluyuf dolanıram.
Deyir:
– Ə, sənin oxun yox, kamanın yox, nəynən ovluyursan?
Deyir:
– Nəzərimnən.
Deyir:
– Nətəər? Ola bilməz.
Deyir:
– Olar.
Deyir:
– Mənim bu atıma bir nəzər sal, görüm.
Deyir:
– Məni bağışda, atın ölər axı, mən eliyəmmərəm.
Deyir:
– Yox ey, sən nəzər sal.
Belə baxır eyir:
– Ay dədə, ata bax ey!
At ölür, hamı məətəl qalır.
Peyğəmbər Meraca gedəndə gördüyünü Allaha danışır. Deyir ki:
– Allah-taala, bu nəydi? Bəs mənim qavağıma belə bir şey çıxdı. Pütün sirrəri verifsən da maa.
Allah-taala deyir:
– Bədnəzərdən mənim xəvərim yoxdu. Ordan da, məsəl qalıf ki, bədnəzərdən Allahın xəvəri yoxdu.
Dostları ilə paylaş: |