Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə34/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   30   31   32   33   34   35   36   37   ...   228
III mətn

Kimin qazanda yeməyi bir az azdısa, ya qonax çoxdusa, de­yillər, Yetər nənənin qazanı olsun qazanınız. Yanı bərəkəti artsın da.Yetər nənənin qazanı olsun. O məsəl var.


IV mətn

Hajı Qaraman Diyarbəkirdən gəlifdi. Onun əsil adı olufdu Di­yarbəkirdən gələn Əziz Əfəndi oğlu Əhməd Çələbi. Belə qara xalı oluf deyə adına Qaraman deyiflər. Cavan oğlanımış. Çəliyin atıf Di­yarbəkirdən, deyif, bı harda dursa, mən orda məsgən salajam. De­­yir, gəliv o qalıfdı bir evdə. Görüf bir ev var, o kişinin də adı Əh­­mədimiş. Deyir, deyif, Allah qonağı isdərsiniz? Deyif, Allaha da qurban olum, sənin kimi əziz qonağına da. Buyurun, gəlin. Axırı ki, qalır gejə bırda. Bir çavısdanımış dayna. Allah verənnən yeyif ya­tıf­lar. Bunun da bir qızı varımış, anadangəlmə gözdəri korumuş. Tez­dən arvat durur yerinnən, görür, qızı yoxdu yerində. Ora baxır, bıra baxır, çıxır çölə, görür qız çölü-çəməni silif-süpürüf, mal-qa­ranı qoşuf. Girif qurban olduğum Qaramanın yıxılıv əlinə-ayağına:

– Saa qurban olum, necə aşdın?

Deyif:


– Mən adicə bir insanam.

Deyif:


  • Hər kimsənsə, sənnən açılıf bının gözü.

O qızı verif, deyif, nökər işdət, neynirsən, elə, bı qızı verirəm saa. O da onnan aylə quruf. Onnan soora elə bı baba­larımız, elə bı törəmələr onnan sonra bir-bir dayna əmələ gəlif. Maral gəlif süd verərmiş. Yetər nənə o maralları sağar­mış, qatığın çalarmış. Yara­lananın yarasın bağlarmış, gedərmiş, axşam gəlif südün yenə ve­rərmiş. Heylə möcüzələri çox oluf.
V mətn

Hajı Qaraman bavam çox dedihcən, möcüzəli oluf, kərri-kə­ramətdi oluf. Hajı Qaraman bavam gedif İranın şahıynan söhbət eliyif. Arazın bəri tayınnan Hajı Qaraman baba danışıf, o taydan da İranın patşahı danışıf. Söhbət eliyif, deyifdi kin, sənin nə cür mən kəramətini bilim? Deyifdi ki, o İrannan gələn difarı minif adicə, ilannan da qamçını alıv əlinə, Hajı Qaraman babanın görüşünə gə­lif. Deyifdi ki, ay Hajı Qaraman baba, sən görsət maa hünərıı, gös­tər görüm. Yanında bir nəfər adam oluf, deyifdi ki, get Arazın üsdə ojax qala. Deyif, a kişi, uşağ-uşax danışma, Araz durajax, orda sən ojax qaleyjaxsan? Deyifdi ki, olar. Gətirif bu bir nəfər bu ojağı qa­lıyır Arazın üsdündə, Araz da dayanıf. Qalıyanda deyiv, ay Hajı Qa­raman baba, axı yanmadı? Deyif, deynən, İnşallah, yanar Hajı Qa­­raman babanın ojağı! Ojax bəyax yanıf. Yananda deyiv, a kişi, sə­nə şəkg eliyənə nəhlət, mənim sənnən işim yoxdu, sən ayrı şeysən.

İndi Hajı Qaraman bavam çox, hər bir şeydə təcrübəli oluf. Suruxtalarda bizim Çələbilər qışdağında atamgilin evləri olub. Bulqey babamgilin dədəsinin də əvi orda oluf, əlqərəz üçünün əvi orduymuş. Hajı Qaraman evlatlarının o dağın ətəyində evləri oluf. Nəysə, gəlif yığışıflar hər gün. Bir gejə bir əmimin əvində qalırmış­dar. Söhbət eliyirmişdər. Oruşdarını açarmışdar. Namazda­rını qılır, səhər gejə o birisində, biriyün o birisində, helə-helə bir-birilərində görüş keçirirmişdər. Bu İranın xannarı onnan, şahları yığışıf gəliflər Hajı Qaraman bavanın bax o qışdağına. Ora yığışıflar. Orda gö­rüflər ki, ilan gəlir, axıf gəlir, niyə gəlir? O İranın şahı belə qaçıf, bu belə qaçıf. Canına fida olduğum Hajı Qaraman baba belə vırıf. Onıynan gediv öyündə məhv oluf.


VI mətn

Çələbi babama bir dənə kasada süd veriflər. Barmağın salıf, mayalandırıf, qatığ oluf. Eləjə çeçələ barmağın salırmış.

Aşıx Qaramannıdı,

Xalın Qaramannıdı.

Soruşsalar nəslini,

Deyin Qaramannıdı.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin