Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə35/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   31   32   33   34   35   36   37   38   ...   228
HACI QASIM ÇƏLƏBİ
I mətn

Savet höküməti təzə gəlmişimiş. Yaşdı adamnardı, nə bilim, bir az da savatsız insannardı, yığışıllar, deyillər, ay Çələbi, bı Şura hökuməti nədi e, bını qov getsin dayna. Bıllar kənd adamıdı. Bil­millər ki, Çələbi bını qovan dəyil, bir şey dəyil. Bı hökümət quruluf da. Nəysə, bir az fikirrəşif deyif ki, balam, bı, kasıf-kusuf höku­mə­tidi, kasıflara yaxşı olajaxdı. Bı bir dəfə dizin qoyajax yerə, sora bir də davam eliyəjəhdi, ama dağılajaxdı. Özü öz içinnən dağılajaxdı. Yaz qarı kimi bir gün səhər duruf görəjəhlər ki, Savet hökuməti yoxdu. Ağacı içinnən qurt yeyən kimi. Bını bütün Qubatdı, Zəngi­lan, Fizuli – bı zonanın hamısı bilir. Bu sözü, deməh, Hacı Qasım Çələbi təxminən min dokquz yüz iyirmi beşinci ildə deyifdi. O söz gəldi yerin aldı. Savet hökuməti dağıldı, heş kimin ağlına gəlmiyən bir mamentdə.. Yəni kimin ağlına gələr ki, Savet hökuməti kimi hökumət dağılar.


II mətn

Hacı Qasım Çələvi bavam dəyirmannan gəlirmiş. Bınnan irəli qulflu-qulflu çualı olardı, öküzə yühlərdilər. Həə, elə bil ki, xaşa ki­mi, siz görməmısız. Heylə çual tikərdilər, bı de qapının ağzına səriv e birin. Ona qulf tikərdilər iki tərəfinnən, belə çatardılar, yüh­lərdilər öküzə, ata. Bir yoxuşun ayağın­da dağılır, yüh düşür yerə. Ay Allah, mən nağayrım, neyliyim? Bı tayı götürüf qoyur, o tay düşür, o tayı götürüf qoyur, ağacı dayax verir, o tay düşür. Biraz bınnan əlləşir. Bir kişi gəlir çıxır. Vallah, bilmirəm o kişi haralıymış, o yadımnan çıxıfdı. Bir kişi gəlif çıxır. Deyir, Qasım Çələvi, başına hərrənim, nədi bu? Deyəndə deyir, öküzün yükü dağılıf. – “Bəri gəl, mana kö­məh elə, bını yühlüyüm”. Deyif, Allah hakqı, möcüzatını görsət­məz­sən, yühləmiyəjəm yükünü. Öküzün yükün düşürüf səni qoya­ja­ğam bı yoxuşun ayağında. Deyəndə deyifdi ki, ay bala, nə möcü­zat görsə­dim sana? Deyir, nə görsə­dirsən, görsət, axırı ki, mana bir möcüzat görsət. Götürüp belə daşı atır göyə. A daş, deyir, Allahın izniynən dur orda. Hə, deyir, daşa sarı qayıdıp baxma ha, qoy ge­dəh. Öküzü sürüllər. Biraz bayana gedəndə (Boynu qırılmış kişi kim isə, Allah ona nəhlət eləsin. İnammırsan, neynirsən onun mö­cü­zatın?) qayıdır daşa baxır. Daşa baxanda daş qayıdır düşür yerə. Xeylax getmişi­mişdər. Deyir, Allah əvını yıxsın, niyə onu atdıdın göyə, mənim əmə­yimi zay elədin? Mən Allaha üz tutdum ku, o daş dura orda.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin