Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə46/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   42   43   44   45   46   47   48   49   ...   228
ZİYARƏT DAŞI
Kəndin yuxarısında köhnə qəbiristannıx var, qızım. Orda bir qəvir var, onun yanında daşdı. Pirimeyir qəbiristannığı deyillər. Yuxarı tərəfdədi, kəndin yuxarısında. O daşı sınamağ üçün gətirif qoyullar bu biri tərəfə. Səhər gedillər ki, o daşı hardan götürüflər ora gəlif. Hə bax Allah hakqı. Mən görməmişəm, amma kəndimiz­dən çox adam onu danışır ki, bax məhətdəl qalmışıx. O daş pir sayılır. Bi şey olanda gediv onu öpüllər, diləy isdiyillər. Hə, bax bunu görmüşəm, qızım, bunu eşitmişəm.
XƏLFƏ QƏBRİ
Bir kişi seyidimiş, atası çox seyid adammış. Deer oğul, get­ginən uzax yerrərdə alver eləginən. Atın, dəvən axşam harda dursa, orda sənin canın alınajeh. Orda da səni basdırajehlər. Bu da gedif Muradxannı kəndində alver eliyif gəlirmiş. Elə olur ku, gəlif həmin ojağa düşür. Düşəndə ölür. Orda dəfn eliyillər. Xəlifeymiş. Orda da basdırıflar, adı qalıf xəlfə qəbri. Burdan heyvan aparırsan, bura­xır­san başına dolana-dolana gedir.

SEYİD ƏSƏD AĞA
Bizdə Seyid Əsəd ağa oluf. Ən güjdü yazıf-pozan olufdu. Gül­lə batmaz dua yazırdı. O duanı tax üsdünə, dur orda, qoy saa yüz dənə güllə atsınnar. Bir dənəsi batası döyül. Dadaş kişi o vax bir balalı camış verif, oğlu Abbasa yazdırmışdı. Abbas da Həzi Asla­novnan ilk tankavoy divizyada gediflər Berlinə. Sağ-salamat da gəlif çıxıf. Güllə batmaz dua iki surət olur. Bir surətini evdə saxlıyırsan. Bir surətini taxıf yaxana gedirsən döyüşə, davaya. O davada ona güllə dəymədi. O dualar görüşmə­yə­nə qədər o cannan olmaz. O dualar gəliv bir-biriynən görüşmə­lidi. Görüşəndə sağ-sala­mat gəlirdi də. O güllə onu öldürməzdi, yaralıyardı, neyniyərdi, öldürməzdi.
AĞA DƏDƏ
Biri, deməh, kiməsə qurban deyip. Bunun da pulu olmur, bu qoyunu oğurruyur. Bunu oğurruyur, sora camahatı yığır deyir:

– Ay camahat, gedəh Ağa Dədiyə qurbanımızı kəsəh.

Çatıllar Ağa Dədiyə, onda da, oranı hasara almışdılar da. Qa­baxda qapısı varıydı. Bu maşın qapıya çatanda bir ilan kanaldan – Zəngi kanalınnan çıxır gəlir durur bu maşının qabağında. Ney­niyillər, bu ilan çəkilmir ki, bunnar qurbannarını keçirsinnər. Ney­nillər, olmur. Oranın da qaroolu vardı, baxanı vardı. Gəlip de­yillər ki, bəs bu maşının qabağınnan ilan çəkilmir ki, qurbanımızı gətirəh kəsəh. Bu kişi gəlip deyir:

– Ay bala, sən bunu necə alıpsan, nə cür alıpsan ki, bu ilan sənə imkan vermir ki, sən girəsən, qurbanını kəsəsən?

Qoyun gətirən kişiyə deyir ki, ay dayı, bəs, Allahdan gizdin döyül, bəndədən nə gizdin. Mən qurban demişdim, imkanım olma­dı, alam kəsəm. Mən qoyunu oğurramışam.

Deyip:


– Bala, bu haramdı. Götür qurbanını da, bu camahatını da çıx get! Bura haram düşmür. Bu ilan qoymuyajax siz içəri keçəsiz.

Ordan da qayıtdılar, getdilər. Hə, bax o vax belə bir hadisə olupdu.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin