Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə5/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   2   3   4   5   6   7   8   9   ...   228
CİNLƏR HAQQINDA
I mətn

Ağdam tərəfdeymiş e, bizdə yox. Kişinin bir dəşt yaxşı kas­dumu olur sandıxda. Onı həmeşə qatdıyıf qoyurmuş sandığa, toya geyirmiş. Bir yol bı kasdumu çıxardır ki, bının yaxasına yağ dəyif. Deyir, ay arvat, mənnən başqa bını kim geyir? A kişi, bı and, bı çörəy, nətəər qatdamısansa, sandıx­da duruf eləjə. Kişi deyir, bını güdejem. Əvlərində də bir yekə pişih varmış. Həmmeşə ojağın qıra­ğında yatarmış. Bı kişi bını pusur. Bir gejə pusur, görür yavaşca dur­du pişih kasdumu çıxartdı, getdi. Qapıdan çıxdı, getdi. Gejəya­rıdan sora qayıtdı, gətdi kasdumu qoydu yerinə, yatdı. Bir də o biri gün gedəndə düşür dalına. Gedir görür bir biyabannıxda pişiyin boy­nunda bir toxlu, həmən paltar da əynində oynuyur. Toxlunu gə­ti­rir gəlinin əyağının altında kəsir, pişih e. Gedir oynuyur, yorulur. Deyir ki, komalan, gedirəm. Pissimillah deyəllər. Gözdüyüllər, bı­nın qavırğasının biri tapılmır. Toxlunun e. Gedir ağacın çöpünnən belə eliyir, gətirir çöpü qavırğa əvəzinə salır toxluya, aparır. Kişi də gizdin gəliv əvdə yatır. Sabah elə açılmışımış, durur kü, pişih genə yatıf. Toyda da pişiyə Şəfi bəy deyillərmiş. Deyir, Şəfi bəy, xoş gəl­misən! Pişih kişinin üzün-gözün təmiz cırıxlıyıf qaçır. Bax həylə işdər var e.


II mətn

Bizdə bir qarı varıdı. O deyirdi ki, həmməşə evimizdə dəyi­şih­­lih olurdu. Bı qav ora gedirdi, orda dururdu, bı qav bırıya gəlirdi, ya da ki, palazı sürüyüv aparırdılar əənə. Deyir, bunnan şüpələndim, bir çüalın üsdünə iynə taxdım. Gəlif deyir çüalı sürüyəndə, o iynə ilişiv onun bə­də­ninə. Bı dəmir, metal onun düşmənidi, cinnərin düş­mənidi. İlişəndə, deer, gedə bilmiyiv, özün maa gösdərdi. Mən deyir, onnan çox şey örgəndim. Ayran çalxıyırdım, deer, nehrədə. Maa deyir, bil­mi­rəm nə verdi (söyləyici əşyanın adını unudub – top.). Onu neh­rənin üsdünə, çatmaya bağ­la­dım. Mənim deyir, nehrəmin yağı o biri neh­rə­lər­dən üç dəfə, dört dəfə çox çıxırdı. O arvat heylə danışırdı. Kimi inanırdı, kimi inammırdı.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin