Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə51/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   47   48   49   50   51   52   53   54   ...   228
BƏYİM AĞA
I mətn

Bəyim ağa sınanmış seyitdərdəndi. Onun övünə girirsən, gö­rürsən ki, övünün qavağınnan bir öv tikdirif, içində mis kasalar var. Görürsən ki, bax üçünü, dördünü beləsinə qoyufdu. Ora gələn o kasadan su içir, çörəh yeyir.



Mənim qardaşımın ağzı əyilmişdi. Mollanı götdüh getdih ora. Bəyim ağa rəhmətdih dedi ki, bala, bu gejə qalajaxsan burda. Bu ma­ment biz də oturmuşux. Gördük kü, ilanın biri ordan çıxdı gəldi, kasa­dan su işdi, çıxdı getdi. Dedi, yox, öldür, mən burda qala bil­mə­rəm. Qorxdu də. Dedi ki, nənə, mən burda qalmeyjam. Deyən­də Bə­yim ağa dedi ki, sən mənim öyümdə yatessan. Heş nə olmaz. Mən özüm də gejəni orda qaldım uşağa təskinnih üçün. Gördüm kü, gejə sahat ikidə, üşdə məni bir arvat silkələdi ki, özün dur bax­gınan. Gör­düm, ordan ilan çıxdı, sudan içə-içə gəldi arva­dın qolla­rının üsdün­nən, qar­da­şımın üsdünnən addadı, keşdi. Qayıt­dı gəldi o kasadan su işdi, dur­du getdi. Səhər sahat səkgizdə gördüh kü, qar­daşımın ağzı düpbələm­düz düzəldi, çıxdı gəldi. O ilan, elə bil ki, ojaxdı də. Elə adamnar var ki, əhd eliyir ki, bu işi görüm, qurban kəsəjəm. Onnan soora aparıv orda heyvan kəsir. Orda o qətldə mə­sələn, bir yüz kilo­lux heyvan alır, millət hamsı tökülür, pulsuz-pə­nahsız orda eysan ve­rir. Heylə bir ojaxdı. Qətl vaxdı onun qapısına gedəsən, millətdən göz qaralır. Ağzı əyri gələn düz gedir, onnan bir əhdin varsa, o yerinə yetir.

Onun bir əri vardı. Sonsuzdu. Bəşir kişi. Dəlləyiydi. Dədəsi, nənəsi yoxdu da o Bəşir kişinin. Heş nəyi yoxdu. O Bəyim ağa onu qavaxcadan götürüv öz qapısında işdədifdi bir-iki ay. Görüfdü kü, elə-belə yaxşı adamdı, özünə də uyğun adamdı. Ona deyif ki, sənin heş kimin yoxdu də. Mən də dul arvadam. Əri bunun müharibəyə-zada getmişdi. Onun həyat yoldaşı oldu. Öyləniflər, eliyiflər. Elə o Bəşir kişi də qalıv oların övündə. İyirmi-iyirmi səkgiz il bunnan qavax biz kəntdə olanda dedilər ki, Bəşir kişi havalanıv övdən qaçıfdı. Gejə sahat ikidə, üşdə heş paltar-zad da geyməmişdi. Xanın meşəsi var biz tərəfdə. O tərəfə götürülüf. Camahat-zad biliflər ki, deməh, ağ paltarrı adam meşəyə sarı qaşdı. Gediv onu ordan götü­rüf gəlmişmişdər. O adamın özü heş cavan vaxdında eləməmişdi. Tamahını saxlıya bilmiyif, mal aparıf, yaylım deyillər bizdə, yay­lıma malı aparanda görüfdü kü, putulkada pivə içillər. Deyiv, ə, ciyərim ağzımda yanır, daa demiyif e, bu, pivədi. Deyiv, ə, o sudan ver bir az içim. Denən ki, pivədi də, bu saa olmaz axı, ojax üsdə otu­rur. O pivədən bircə belə işmişdi, bir kruşka. Onnan da Allah-taala onu gejə sahat ikidə bilirsən nağarmışdı? Onun başı havalam­mışdı, camahat onu gətdi üş-dört gün burda sarıdılar ağaja-zada. Onun yoldaşı demirəmmi ojaxdı. Yeddi gün o övün içində qa­ran­nıxda, o ilannarın yanında arvatnan kişi oturmuş­du. Öz yoldaşına o tovalatmeynan, nəsə deyiv ona ki, bu sözdəri deginən. O əməlli-başlı sağaldı da. Ojağ onu bagışdamışdı, qəbul eləmişdi. Onnan soora otumuşdu yerində. Belə şeylər də var.


II mətn

Eşitdiyimə görə, Bəyimağanın qardaşını cəbhiyə çağırıllar, döyüş zonasına. O da gedir getməyinə, prosdu, Bəyim ağa dua elə­məyə başdıyır Allaha ki, qardaşına heç bir şey olmasın, sağ-salamat qayıtsın, altı övladı olur, altısın da qurban verir. Yəni qurban deer ki, əgər qardaşım sağ-salamat qayıtsın, bu övlatdarımın hamsı qur­bandı. Başdayır bundan sonra bir-bir oğlannarının, uşaxlarının ham­sı başdıyır ölməyə. Qurban gedir. Qardaşı gələnə yaxın yolday­kən ən axırıncı oğlu – azyaşdı, on dört yaşdı oğlu ölür. Bütün qur­banı yerinə yetirdi. Qardaşı sağ-salamat evə qayıdır.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin