Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə53/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   49   50   51   52   53   54   55   56   ...   228
SEYİD ƏZİM AĞA
Seyid Əzim ağa Kəlbəcərin Başlıbelində sınanmış ocaxdı. Həmişə pənah aparılan yer oluf. Bir günnəri Bəylihdən üç qardaş – Hümmətalı, Binnətalı, bir də Şiralı, Qoturru dərəsinin camahatı ol­lar­dan çox qorxurdu. Namərd idilər, camahatın malın-dövlətin çapıf talıyırdılar. Bir günnəri genə yığışıf oğurruğa gedirmişdər. Başlı­be­lin qavax tərəfindəki dağdan keçəndə görüflər ki, Seyid Əzim ağa qapısında oturuf. Gəlini də qapıda ojağ asıf, yuxa bişirir. Bir güllə atıflar, gəlif ojaxda sajın ayağına dəyif. Kəndə hay düşüf ki, bəs üş namərd Seyid Əzim ağanın ayağına güllə atıf. Camahat silah götü­rüf ollara cumanda Ağa qalxıf camahatın qavağın kəsif ki, dayanın, yaxın durmuyun. Güllə atan kimdisə, savax ölüsü qapımda olajax. Gejiynən Qoşdaşa çatan oğrular, qardaşdar gəlif bırdan xeyli heyvan oğurruyullar. Məmməduşağının heyvannarı olur. Soora da gətirif bir yerdə kabab bişirif yeermişdər. Gejə qalıflar, səhər açı­lan­da Məm­məduşağı baxıf ki, malları yoxdu. Tüfəhlərin götürüf irzə çıxıflar. Gəlif bılları kavavladıxları yerdə tapıblar. Bı, ojağa – Seyid Əzim ağanın ojağına güllə atan Şiralı qavağa yeriyəndə gül­ləyə tutuflar, ölüf. Qalan qardaşdar da başdıyıf qaş­mağa. Məm­məd­uşağı malların götürüf gedənnən soora qardaş­dar Şiralının ölüsün alıf gətiriflər Seyid Əzim ağanın qapısına, əyağına düşüf üzr isdi­yiflər. Camaat bilif ki, Ağanın nəfəsi oğrunu onun qapısına gətirif. Axı Ağa demişdi ki, onun ayağına güllə atan sabah ölüsü ayağına düşəjəh.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin