Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə55/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   51   52   53   54   55   56   57   58   ...   228
VERGİLİ ADAMLAR
I mətn

Vergi, qızım, o da coşqunnuxdan əmələ gələndi. Qadınnara da verilir, kişilərə də verilir. Əsasən, sevgi üsdündə olur. Allah su­vay­ların axırın xeyir eləsin, hamınızı halal süd əmənə qismət elə­sin. Sevgi çox xatalı şeydi. Ham­mız sevmişıx. Hammız sevgiy­nən gəl­mişıx. Anamız da sevgiy­nən gəliv, atamız da. Sevgidən okqədir coş­ğun olur ku, ona meyl eliyir, bütün fikiri-xəyalı keçir onun üsdə. Vəğyasında onu görür, yerişi də onu deyir, dili də onu deyir. Onda deyillər ki, vergi verildi. Məsələn, Göyçədə Ələsgərin qardaşı oğlu İmana vergi verilif. Ələsgər kişi atamın kirvəsi oluf. Atamı quja­ğına götürüf. Ələsgər kişinin qardaşı oğlu Aşıx Nəjəf də mənnən böyüh qardaşımın kirvəsi oluf. Onnarnan gediş-gəlişimiz varıdı. Deyirdi ki, İman coşdu, aşıx Nəjəf danışırdı, mənim yadımdadı, dediğı sözdü, qulaxlarım eşidif. Dedi ki, İman coşdu, Şəkər, Şəkər deyirdi. Özü də İrannan danışırdı. Deyirdi, birdən qalxırdı gejənin yarısı Şəkər, Şəkər deyirdi, nə şeyirrər, nə bağlamalar deyirdi. Özünnən – kəllə­dən. İndiki sayirrər yazır, qara­lama eliyir, soora köçürdür ağa. O, elə birbaşa deyirmiş. Deyir, Ələsgər bavam dedi ki, İmana saz verməyin. İman çaşejeh. İmana vergi verilejeh. Deyir, bənd olan olmadı, saz verdilər, saz əlinə keçən kimi coşdu. Aşıx Nəcəf deyirdi ki, coğunnuğun bilirəm, ona görə də İmanı güdürux. Deyirdi, qaravulun mən çəkirdim. Bir gün də hava işıxlanırdı. Deyir, dedi ki, ay Nəjəf, yat, ta məni nəyə gözdüyürsən? Deyir, təzə də qar yağıf, ayağın üsdünə çıxır. Məni mürgü aparır. Bu da sən demə, məni alladırmış, qaça. Deyir, ayıl­dım ki, İman yoxdu. Deyir, yüyürdüm kü, afdafanı qoyuf qapıda, gedif. Deyir, düşdüm dalına. Bu da alt paltarıynan qaçıf, əynin geyinmiyif heç. Gedif. Göyçə gölündə gəmi – bərə tərpə­nirmiş. Gedif minif gəmiyə, qaçıf.

Qadınnarda da o var. Hətda qadınnarı çox görmü­şəm, qadın­nar da, oğlannar da, özdərinə xata gətiriflər. Görüllər ki, tutuş­mur, ya ana razılaşmır, ya qardaş razılaşmır, gedir özünə qəsd eliyir. Bı coşğunnuxdandı.
II mətn

Mənim öz babam görücüymüş. Yolnan gedənə deyirmiş, ay filankəs, getmə, böyünnəri başına filan iş gələjəh. Salman addı ba­bası varmış. Babası oturmuşumuş, Ağaverdi yurdu deyillər o yur­da. Deyir, kətxuda varmış Mərcannı kəndində. Yaman əzazıl adammış. Camahatı aparırmış sahıyə, onnara tapşırıx verir­miş, isdiyəndə on­narı qamçılıyırmış, şallaxlıyırmış. Günba­tanda qayıdıf gəlif işi təh­vil alarmış, soora da geri qayıdarmış yenə. Bir günnəri bu yenə gəlir işi təhvil almağa. Hamı deyif ki, gün batıf da, getməginən. Bu (babam) qakqıldıyıf gülüf. Deyiflər, Salman kişi, niyə gülürsən? Deyif, Azreyıl oturub onun kürəyində. Ajdıx daşına çatanda onun canını alajax. Ajdıx daşına çatanda İran quldurrarı varımış e, elə orda gəlif gülləliyiflər.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin