Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə57/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   53   54   55   56   57   58   59   60   ...   228
CEYRAN BULAĞI
Bizdə Ceyran bulağı var. Orda – o dağda ceyran olmurdu. Cey­ran addı bir gəlin o dağda alaçıx quruv otururmuş. Əri bayevoy oğlanımış. Əri də tafşırmışımış ki, mən oldum, olmadım, qonax gələndə çovannara heyvan kəsdir, mədəni qonaxlığ elə.

Əri evdə yoxumuş, itdər hürüşür. Gəlin çıxır çölə ki, alaçıx­lardan yuxarı döşdə üç atdı dayanıf. Atdının biri deyir ki, ay bajı, evdə kişi varsa, gəlif bir qısmat çörəh yeyax. Yol adamıyığ, ajmı­şıx. Deyir, qardaşdar, gəlin, gəlin, var, kişi var, gəlin!



Hansı ki, kişi yoxdu. Gəlillər, atdardan düşüllər, çovannara xəvər eliyir ki, gəlin, qonaxları irahat eləyin. Çovannar atdarı bağlı­yır. Atdarı bağliyənnən sohra bınnara heyvan kəsir. Əti qoyur ojağın üsdündə çovannar, gedillər qoyunun qırağına. Ət hazır olun­ca bir axmağı, bılların bir axmağı bı gəlinnən xoşu gəlir. Yoldaşdar pıçapışnan danışır ki, ə, bı bizə heyvan kəsir, çörəh düzəldir. Deyir, yox e, bına söz atejem. Bı gəlin duyur. İki yaşında bir oğlu varımış. Uşağı gətirir qoyur sürfənin qırağında, deyir ki, ərim yoxdu. Sizi də çağırdım ki, evdə kişi var. Mən ərimin əvəzinə bı uşağı sizin süfrə­nin yanında oturtdururam ki, ərimin çörəyinə xəyanət eləmiyəsiz. Yeyif, duruf gedəsiz. Bı hayasız oğlan yenə əl çəhmir. Əl çəh­mi­yəndə keçir geridə çətənin dalında ərinin tapançasın doldurur, qoynuna qoyur. Qayıdır evə. Evə qayıdanda bı, gəlinə göz vırır. Göz vıranda bı qonaxlar ala-tələsih bir qırıh çörəh yeyillər, süfrədə çörəh qalır, bıllar çölə çıxır. Çölə çıxanda deyir, nə demağ isdiir­sən? Deyir, sənnən ötürü ölürəm. Naqanı sıxır bının təpəsinə. Bını şiltə-şiltə eliyir, ölmür, çiyni təmiz para-para olur, yıxılır yerə. Ke­çir geridən qışqırır çovannara, deyir gəlin. İtdəri qıy vırır. Bınnarın hamsını dusdağ eliyir. Bınnarın qolların bağlatdırır, gətirir, yıxır evə. Covannar deer ki, gəti bını öldürax. Deyir, yox, öldüməyin. Ona əzyət verejem. Yaralı bının qolun da bağlıyır, qışdarın bağlıyır. Yıxır orıya, hətda deyir, itin mıxına bağlıyır. Axşamüsdü bir də görür kü, əri gəlir. O iki günahsız qonax da covannara yalvarır ki, bizim nə günahımız var? Onu gülləliyifdi, qalsın, öldürəllər, özdəri bilər, öldüməzdər, özdəri bilər. Bizi boşdasınnar, gedax. Çovanna­rın ağsakqalları Ceyran xanıma minnət eliyillər ki, bınnarın nə gü­nahı var, bınnarı boşda. Deyir, qoy ərim gəlsin, bınnarın üçünə də köməh eliyejem. Bınnarı boşdatdırejem. Əri gəlir, deyir, ay xanım, dəəsən, yaxşı qonaxlarımız var. Deyir, hardan yaxşıdı, biri yaralıdı. Deyir, nolufdu ona? Deyir, yolnan gəldıxları yerdə kim tərəfin­nən­sə, dalaşıflar, birini gülləliyiflər, indi odu evdə yatır. Deyir, bəs dava-dərman, fılan? Deyir, dava-dərman yox, heyvan kəsdim, onu da elə yemədilər. Çovana deyir, ayrı bir heyvan kəs. Süfrə ortıya gələndə bu qonaxlar əlin uzatmır. Əlin uzatmiyəndə oğlan deyir ki, sizi hariyə desəniz, oriya aparejem. Həkim tapejem. Həkimnən sizə köməh eliyejem. Yaralını qutarejem. Deyillər, yox e, yemiyejex, çörəh kəsmiyejeyıx. Ceyran xanım əylənir, süfrənin qırağında. O qonaxların da silahların almışımış. Silahları da qoyur süfrənin qıra­ğına. Deyir, sənin bı halal çörəyin hakqı, yalan danışmiyejem. Bax bı mındarçı yaralı mana söz atdı. Mən sənin naqanını dolduruf qoy­numa gizdəmişdim. Bının təpəsinə atırdım, dəyif çiyninə, qolu şil­tə-şiltədi. Öldümədim, yaralı qaldı. İndi süfrə üsdəyıx. Səni ant vermişəm bı sürfüyə, əlavə qan eləmə, da birin mən eləmişəm. Sən qan eləmə. Bınnarı da boşda, bağışda, çıxsın getsin. Oğlan qalır çari-naçar. Deyir, di dursunnar çıxsınnar, gessinnər. Neçə ki əlim dəymiyif, dursunnar, gessinnər. Bı ikisi atdanır getmağa, yaralı dur­mur. Deyir, ya məni öldürməlisiz, ya anamnan Ceyran xanımın anası gəlsin, bir molla gətirsinnər dindar, bizi siğə qardaş-bajı oxu­sunnar. Mən də camahat içində elan eliyim ki, mənim kişi qeyrətim təslim oldu bir xanımın qeyrətinə. Qoy el maa nifrət eləsin, bınnan – bu gəlinnən də qardaş-bajı olax. Nə inkar eliyillər, deyir, onda məni öldürün. Getmiyejem. Məjbur olullar, molla gəlir bınnarı siqə qardaş-bacı oxuyullar, gəlin də ki bını vıranda tələsih qaçır bılağın üsdündə yuyunur. Həmən bulax qalır Ceyranın bulağı. Ceyran bu­lağı, Ceyran bulağı, Ceyran bulağı həmən xanımın adıynan qalıfdı. Həə, belə addar olur. Bunu mana Bərdə rayonunnan Soganverdilər kəndinnən Əvəz addı bir kişi danışdı.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin