Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə58/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   54   55   56   57   58   59   60   61   ...   228
GƏLİN QAYASI15
I mətn

Ovada cahıllar aylə qurullar. Kəndin bir cavanı qeyri bir kəntdə bir qız görür, qıza vırılır. Qız, həyqətən də, gözəl qız olur. Atasına çatdırır ki, gedin o qızı mana alın, gətirin. Deyir ki, a bala, o kəndi tanımırıx, getməmişıx, görməmişıx. Gəl öz kəndimizdən birin isdə, onu alax. Deyir, olmaz, o qız gəlmə­lidi. Atası deyir ki, onda mən gedim, onnarın əsli-nəslin­nən halı olum da. Gəlir qonax­çının birində bunnardan halı olur ku, qızın anası düzgün ana döyül. Qayıdır gəlir, deyir ki, oğul, getdim örgəndim, qızın anası xoşa gələn döyül. O qızdan əl çəh. Deyir, qıznan anasının nə işi? Deyir, oğul, deyillər ki, qız anasına çəkər. Gəl, əl çəh. Olmur. Kişi deyir, onda bu hak-hesavı kəndi­mizin ağsakqalı var, yolgösdərəni var, gedağ ona danışax. Gəlillər, bı kişiyə danışıllar. Kişi deyir ki, ay oğul, atan düz deyir, bırdan qız al. Deyir, yox e, o qız gəlməlidi. Mümkün olmur. Deyir, onda gedin, oğlunu da götür, get o qızın qonşusunda qonax qalın. Ordan örgənin görün o arvadın, qızın zatı, əjəbatı nədi? Gəlillər, bırda qalıllar, axşam olanda qoruğ üsdündə dava düşür. Görüllər, bir arvad əlində ağaj çox hərcayılığ eliyir. Orasına döyür, bırasına dö­yür, nalayığ-nalayığ ağsakqalları təhqir eliyir. Bı oğlan örgənir ki, qızın anasıdı. Qayıdıf gəlillər, ağsakqala danışıllar ki, qız heş-zad eləmədi, ama qızın anası belə bir oyun çı­xardırdı. Deyir, oğul, ana­sında olan balasına verir. Gəl nəhlət şey­tana de. Mümkün olmur, oğlan özün hədəliyir ki, onda gətirmə­sənız, özümü öldüre­jem. Ağ­sakqal deyir ki, təcili durun, da bı özün öldürər. Gedax, qızı gə­tirax. Mən də gedirəm. Ağsakqal da qoşulur bına, gedillər qızı götürüf gəlillər. Gəlillər, Sarı yaylağına çıxanda orda bir qaya­nın divində kölgələnmağ üçün düşüllər. Yayımış. Deyillər ki, at­da­rımız otdasın, sudan-zaddan içax, durax gedax. Bı heynidə Qarabağ bəylərinin bi­rinin ilxıçısı ilxını haylıyır yamaşdan tökür suyə, çayə. Atdar oynu­yuf çayə töküləndə bı toy adamları maraxlanıf atdara baxıllar. Ba­xıllar üş yüz-beş yüz atın içində bir ala dayça var. Bına çox ma­raxlanıllar. Bı atı otaran meh­dər gəlir bı ağsakqallarnan görüşür, bı da ağsakqalımış. Yetmiş-həş­dat yaşında kişiymiş. Bı oğlanın da apardığı ağsak­qal soruşur, deyir, a mehtər, sənnən bir söz sorişejem. Bax bı toy atdıları bir belə ilxı içində bir ala dayçanı maraxlı bilillər ki, bı nədən oluf. Deyir ki, ağsakqal sağ olsun, bırda elə marax yoxdu. O ala dayçanın qarı nənəsinin nənəsi də ala idi. O, nəslə çəkif. Anasının südünə, nəsilə çəkif. Bı oğlan da bına qulağ asırmış. Fikirrəşir ki, qarı nənəsinin nənəsi. Hansı ki, elə mənim bı isdədığım qızın anası sarsaxdı. Deyir, gəlini geri qaytarın. Ay bala, etməyin, eləməyin. Deyir ki, o ala dayça ki neçə illərdən bəri qalıf, qalıf, qalıf, axırda qarı nənəsinə çəkif, bı gəlin də çəke­jeh. Qaytarın ki, qaytarın. Nə imkan eliyillər, olmur. Onda o qəyə­nin adını “Gəlin qayıtdı qəyə” qoyillər. Tədricən-tədricən olur Gəlin qayası.

Bınnarı ulu bavalardan eşitmişəm.


II mətn

Gəlin qayası belədi ki, kətdən-kəndə, eldən-elə, obadan-obu­ya yanı qız alırdılar, nişan eliyirdilər, toy eliyirdilər. Elə olur ku, “Gəlin qaya”dan aralı başqa bir kətdən qız alıllar. O vaxdı da maşın yox, filan yox. Yanı atnan gəlirdi. Bizdə toy eliyəndə gəlin çar­çovlu, üzü örtülü ata minərdi, yəni atınnan gələrdi. Gəlini min­di­ril­lər ata, gəlillər, o qayanın yanınnan gələndə orda bir bölüh xam at olur. Bunun içində bir ala at olur. At ala olmaz axı. Ala at olur. Ağsakqallar, filannar fikirrəşillər, ay bala, bu nətəər cinsdi, bu nə­di? Deellər ki, onun cinsində var. Elə bu gəlinin də cinsində başqa hərəkətdər var, olarmış. “Cinsində var”– dəəndə oğlanın atası ağ­sak­qal adammış, fikirrəşir ki, “cinsində var, bəli” gəlini ordan qay­tarır atası evinə. Yanı gələjəhdə nəysə ola bilər. Onun adı qalır hey­lə Gəlin qaya. Gəlin qaya yox, əslində Gəlin qayıdan qaya. Mə­nim buna yaşım çatan deyil, orda olmamışam, əfsanə kimi eşit­mi­şəm. Sooradan ona “Gəlin qayıdan” demiyiflər, deyiflər, “Gəlin qaya”.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin