Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə59/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   55   56   57   58   59   60   61   62   ...   228
III mətn

Qaynanası gedir, gəlin gətirillər evə. Axı, bu qoynun qarnı qat-qat olur, gej yuyulur. Buna qoynun qarnın verir, deer apar, üş dəyqiyə yu, gəti. Üş dəyqiyə bu yuyulan şeydimi, ay imanın yansın, heylə qaynana. Gətirir gəlin, axı üş dəyqə nədi? Yekə qarındı, bunu gərəh aralıyıf qatdarın yuasan. Bunu yuanatan bu gej olufdu, gələn­də arvat bunu dannıyıfdı. Dannıyanda deyif, niyə belə gəldin, nə işnən məşğuludun? Deyif, ay nənə, Vallah, bunu yuyurdum. Bu ar­vat bunu dannıyannan ayna, bu gəlin bir çatı götürür gəlir Gəlin qayıya. Orda özün atıv öldürür. İndi Gəlin qaya odu. Gəlin özün atıf öldürür. Qaynana mındar olsun, it olsun. Özün atıv öldürür, onnan Gəlin qaya qalır.

Kəlbəcərdə, Dəlidağın yaanda yerrəşir.
QOTURLU ZONASI
Bizim zonaya Qoturun zonası deyilib. Niyə Qoturun zonası addanıf? Bizim Kəlbəcərdən bir nəfər kətdən gəlif, rayona gedif də. Bının beli qaşınıf. Beli qaşınanda da bı özün verif, orda belə daş olub. Daşa belin bax bu qayda sürtüf, qaşıyıf da. Hə, orda bir yoldaş qayıdıf deyif ki, ə nooldu? Qotur olmusan, qaşıyırsan belini? O sözdən o yer bizim o dərənin adı qalıf Qoturru zonası. Bax o bi dənə o sözə görə.

MAMIRLI KƏNDİ
Köhnədən, təxminən yüz il bunnan qavax danışılan şeylərdi. Biz elə qojalardan, yaşdı adamlardan eşitmişih. Savet höküməti ol­mamışdan qavax, çarın vaxdında onda Gəncə quberniyası, Tərtər olan vaxdarı məmurrar yaşıyırmış bu kətdə. Bu kətdə onnarın evləri, taxıl ambarrarı da varmış. Həmin evlərin, taxıl ambarrarının bünöv­rələri son illərə kimi qalırmış. İndi də durur. Mən özüm onnarı gör­müşəm. Deyillər, həmin o məmurrar gəlif ətraf beş-altı para kətdən yığılan vergiləri – taxılmı, unmu, pulmu yığırmışdar. Son vaxdar camahat savatdandıxca, elə bu adamlara məmurrar deyirmişdər.

Savet höküməti qurulannan soora bu məmurrar, dəyişərəh Mamırrı adını alıf. Bəzən bu kəndin adını kətdə mamırrarın (suda bitən bitki növüdü – top.) çox olmasınnan əlaqələndiriflər. Ama mən bu kətdə heç mamır görməmişəm. Bı mamır ağaca, daşa yapı­şan bir bitkidir. Bizim kətdə isə olmur. Heş mən mamır görməmişəm.

Camahatdan alınan vergilərin yığıldığı binaların bünövrələri indi də olduğu kimi duruf. Həmin o bünöyrəsi qalan binalarda məmurrar, vergi yığannar oturuf. Onnarın yığdıxları vergilər həmin ambarrara yığılıf, bırdan da belə Gürcüstana. Altı qardaş çinarın yanınnan da birbaşa yol var. O yol çıxır Seyidimli yoluna, Tərtərin üsdünə. Qədimi yol oluf bıra. Bax o ambarrarın yanınnan. Həmin o çinarrar da yol qırağında oluf.
KƏNGƏRLİ QALASI
Kəngərridə qalaça var dəyirmi. Axıracan hörülmüyüp. Başı yarımçıx qalıb, ona başı kəsih Kəngərri deyilir. Bax o qalanın adıynandı Kəngərrinin adı. Deyillər, usdad şagirdini tam örgət­miyip. Ama şagirt də fərasətdi şagirdimiş. Tam örgənip bənnalığı. Gəlirdi gecələr onu tikirmiş, günüz gəlip usdasının yanında işdi­yirmiş. Usda bilməsin, bilsə, qoymaz. Deyər, hardan öyrənmisən dəqiq hörməyi. Usta bir gün görür kü, ə, qalaça qalxıp. Deyir, bunu mənnən başqa bilən yoxdur. Bunu kim hörüb? Güdüp görüp kü, şagirdidi. Şagirdinin başını kəsib. Və o qalaça başı kəsih qalıp.
KEHTİ DAĞI
Deməli, iki qardaş olullar. Bullar çıxıllar ova. Birinin adı Kehti olur, o birinin adı Mehdi. Elə olur ku, qar olur, boran olur. Bullardan biri borannan yayınmağ üçün girif maralın dərisinə. O biri qardaş elə bilif bu maraldı, bunu vuruf öldürür. Gedir görür kü, qardaşıdı. O dağda basdırır, gətirə bilmir. O vaxdan da dağın adı qalır Kehti dağı. O qədər hündür dağdı ki, qar elə qalır. Məsələn, bu ilki qarın üsdünə gələn ilki qar yağır.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin