Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə6/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   2   3   4   5   6   7   8   9   ...   228
III mətn

Birini də mənim babam danışıfdı – Əsgər kişi. Onda mən ba­lacaydım, amma yadımdadı. O danışıf ki, cinnər bılların atdarın, hey­vannarın saçını, yalını hörürmüş. Cini tutuflar, bir müddət Əs­gər əmimgil bını saxlıyıf. Guya, deyilənə görə, rəvayətə görə, bu cini onnar təsərfat işdərində işdədirmişdər. Bu evdə hamilə gəlin olufdu. Cin bu gəlinə çox yalvarıf ki, məni boşda­sa­nız, davanımnan kəsif atajam un çuvalınıza. Ömrü boyu evinizdən urzunuz əysil­miyə­jəh, nə qədər yeyilsə də, elə unnuğunuzda dayima un olajaxdı. Rəvayətə görə, bı da bını eliyif, yanı kəsif dava­nın­nan atıv o un çuvalına. Hə, illər də olların urzası əysiy olmu­yufdu. İndi son vax­da qədər bizim qojalar, çox yaşıyannar da danışırdılar ki, cinin ur­zası bərəkətdi olur, üzülmür. Hə, bax belə şeylər eşitmişəm.


IV mətn

Bıde, bizim kişi deyir ki, Diridağında çörəh yeyirdim, gəlir­dilər aşıxlar çalırdılar, oynaşırdılar, gözümnən görürdüm. Di gəl, dururdum əyağa, görürdüm heş kəs yoxdu. Toyun səsi, qavalın səsi qoymurdu ku, yatam. Deyir, dururdum ağacı alırdım əlimə, ə, kö­pə­huşağı, cəhənnəm olun bırdan, rədd olun gedin dana bırdan. De­yir, qavırdım, gəlirdim yatırdım, bir də həylə, bir də həylə. Deyir, bissimillah deyirdim, iynəni tuturdum, deyirdim sən öl, sizi tutub öldürəjəm, köpəh uşağı. Bax heylə. Okqədərə bizim kişinin başına həylə oyunnar açıflar.


V mətn

Cinnər mamamın gözünə görünüflər. Mamamı çağırıflar ki, bəs gəlginən xalam ölüf, gedirih. Arvat deyir, durdum gedim qapını açam. Birdən deyir, yadıma düşdü kü, qaynanam maa de­mişdi ki, bala, birdən hal-cin səni çağırar, qırxlısan ha, allanarsan. Deyir, qapıya çatanda birdən dedim, pissimillah, pissimillah. Deyir, bir də gördüm heş nə yoxdur. Pəncərədən çəkildilər, getdilər.


VI mətn

Mənim babam görücü kişi olup. Onun öz babası İmam dərə­sinnən gəlirmiş, görüf cinnər çalır, oynuyur, çalır, oynuyur. Vallah, yalandı, ger­çəh­di, mən də eşitmişəm də. Gedir görür kü, bının arvadının tumanı cinin əynində, vırhavır cinnər oynuyur. Aş qoyuf­lar. Bir qav da aş bunun qavağına qoyuf­lar. Kişi də bic kişiymiş. Aşdan belə əlinə vırıp, silib arvadın tuma­nına. Gəlib evə deyif ki, Pəri, ged o filan tuma­nı­nı gətir, baxım görüm. Deyif, ay qağa, neynirsən? Elə həmişə qağa deyirdi, danışığı oydu. Deyir ki, get, gətir baxım da. Gedir gətirir. Baxır görür elə əlini necə yağlı sürtüb, elə də qalıb. İndi Val­lah, bilmirəm düzdü, gerçəhdi. Ona görə deyərdi geyinmiyən qadın paltarının üsdündə iynə, sancax olmalıdı. Yəni cinnər gəlir aparır.


VII mətn

Küllüh2 deyilən yer varıydı. Çilliynən3 orda oynuyurdux. Əli­qu­lunun çəpərinin yanınnan bizim çavısdana yol keçirdi ee. Bir də gördüy qırmızı donnu, tumanı uzun, bəlkə də beş-altı metr hün­dür­rüyündə bir qız bax belə, oynuya-oynuya gəldi. Dedim, ayə, gör­dün? Vayy dədə, elədim. Bu da gördü, görmədi, bilmədim. Mə­nim vahiməmnən durdux qışqırdıx, qaşdığ evə. Soruşdular, a bala noo­luf, a bala, nooluf? Dedim ki, bıde, orda belə-belə. Dedilər, a bala, bissmillah de, bissmillah de. Sora gətirdilər su verdilər. Onnan sora da keşdi, getdi.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin