Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə62/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   58   59   60   61   62   63   64   65   ...   228
ŞAH ABBAS VƏ UŞAQ
Deyir ki, bir gün Şah Abbas vəzirinə deyifdi ki, məni elə yerə apar ki, orda mənnən böyüh, yuxarı adam olmasın. O da fikirrəşif, deyif ki, mən bını hara aparım ki, onnan böyüh adam olmasın orda, bı ölkənin şahı bıdı.

Vəzir fikirrəşir, kasıv, ən kasıv evə aparır bını. Ollar da paltar­rarın dəyişiflər ki, bizim kimi də, təğriri-libas oluflar, gəliflər bı evə. Allah qonağı kimi, kasıf kişinin evində oturuflar. Söhbət, əyin-bəyin, ev yiəsi də qonağa Allah verənnən – şordan, qatıxdan vermə­lidi də, axşam yeməyinə. Gətirif bunnara verəndə, balaca uşağ oluf. Bu balaca uşax deyir ki, bını ayır bir-birinnən. Evdə də ehtiyat qatıx da yoxuymuş. Bı qatıxnan bəhməzi də nətəər bir-birinnən ayırmağ olar? Şah da bını görüf, vəzirə deyir ki, ə, dur çıxdıx. Duruf çıxıllar. Çıxanda şah deyif ki, mən saa demədimmi məni elə yerə apar ki, mənnən başqa ikinci böyüh, hökmüran ol­masın? Vəzir deyir, şah, saa qurban olum, axı sənnən orda böyüh yoxuydu. Şah deyif, ən böyüh höhmüdar elə o uşaxdı. Bının de­diyin kim eliyə bilər? Mən əmr verə bilərəm ki, qatığınan bəhməzi bir-birinnən ayırın? Dəli deyəllər. Ama görürsən, o, deyir.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin