Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə64/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   60   61   62   63   64   65   66   67   ...   228
BAYQUŞLARIN SÖHBƏTİ
Deyir Şah Abbas vəziri xan Allahverdiynən gəzintiyə çıxır. Görür kü, iki dənə bəyquşdu. Biri erkəhdi, biri dişi. Söhpət eliyillər. Şah Abbas soruşur ku, vəzir Allahverdi xan, nə deyir o? Sən axı quşdarın dilin bilirsən? Deyir ki, şah-aləm sağ olsun, erkəh quş dişi bəyquşa deyir ki, qızını ver mana, oğluma alım. O da deyir ki, yaxşı, verirəm bu şərtnən ki, mana bir neçə xaraba kənt verəsən. O da deyir ki, narahat olma, nə qadar ki, Şah Abbas şahdı, hökmü­dardı, sana isdənilən qədər xaraba kənt verəjəm. Deyir, onnan sora Şah Abbas qayıdıf bütün xəzinənin ağzını açıp kasıblara paylıyır.
SƏDVAKQAZ
Cəbrayıl rayonunda, bir dənə bizdə olufdu, ərəb xəlifəsi, im­periyası bu əraziləri işğal eliyəndə, o kitablarda yoxdu, Səd­vakqaz olufdu. O Sədvakqaz hansı ki, Həzrət Əli əleyhissə­lamın pəhlivanı olufdu. Onun qəbri bizim Cəbrayıl rayonunun Sirih kəndindədi. Yeddi metir boyudu, dört metir enidi onun qəbrinin. Yanı uzun­nuğu, eni. Yeddi metir boyudu, dört metir eni.
KOROĞLU
Hə, Koroğlu Nigar xanımı da götürür. Gəlir çıxır bir kotan əkənin yanına. Həə, görür kü, bının da bir tüfəngi var. Həə, tüfəngi söküyüf daşa. Deer ki, a kişi, bı nədi? Deer ki, bı tüfəhdi. Deer, tüfəh nədi? O vaxdı tüfəh yoxumuş da, qılış, ambut, qalxanımış. Deer ki, bəs tüfəhdi, mən isdəsəm, səni ataram, ölərsən. Deer, gərəy məni atasan. Nəhlət şeytana deer. Deer, olmaz. Deer, olajax, gərəh məni atasan. Atmır, axırı kişi o qədir məjbur olur ku, kotana qoşdu­ğu ökzünün birinə atır, yıxılır. Koroğlu Niyar xanıma deer ki, indi namərt dünyasıdı. Ta mənim Koroğluluğum getdi. Başdıyır hər şeyi tulluyur, çıxır gedir.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin