Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə67/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   63   64   65   66   67   68   69   70   ...   228
QANLI HAVIS18
Öz kəndimnən nağıl eliyim birin də. Mənim kəndimin adı Ha­vuslu kəndidi. Deməh, bizim kətdə Havus addı kişi oluf, onun adı­na qoyuluf. Qannı Havıs, qannı Havıs da dəərmişdər ona. Nəysə, onun yeddi oğlu varmış. Bir gün yoldaşıynan nəysə sözdəşir. Söz­dəri çəp gəlir. Dəli kişiymiş. Arvadı inəy sağdığı yerdə kişinin şəx­siyyətinə toxunan söz deyif, arvadı xənçərnən öldürür. Döşün tutur oğlannarına ki, atanın üzünə ağ olmayın, günah mənim öz dilimdə olub. Bu belə. Bir də o da genə qoçağ adam olub. İrannılar gəlif onun malın, atın naxırçının qabağından yığıf aparıf. Naxırçı qaçıf gəlif Havısa deyif ki, ay Havıs, irannılar apardı. Bir dəsdə adamdı, dəsdəliyif aparıf. Arazın qırağında Soltannı kəndi var, onun yanın­nan keçə-keşdə ata dəyif gəlif, orda çatılıf aralıda. Güllə atıf deyif ki, əyə, çıxın maldan, atdan aparmayın, çıxmıyıflar. Atın birin vırıf, o adamnarın atının birin vırıb. Atdan düşüb, at yıxılıb, atdan düşüf ayrı bir at tutub miniflər. Genə deyif ki, ayə, qıymıram vuram, çıxın gedin, malı qoyun gedin. Eşitmiyiflər. Deyif, indi özünü gözdə. Ortasını verir güllənin ağzına, yoldaşdarı qaçışır gedir, at-mal da qalır, malı, atı yığır gətirir gəlir. Onun meyidini də gətirir. Gətirir onu dəfn eliyir, müsəlman qanun-qaydasıynan basırır. O ki qaçmış­dı yoldaşdarı, gedillər İranda anasına deyillər ki, bəs oğlunu filan yerdə vırdılar. Deyir, oğlum gedəndə dedim ki, ay oğul, getmə. Dedi, Qarabağda kişi yoxdu. Dedim, oğul var, əlinə geşmirsən. Mə­ni eşitmədi, getdi. İndi aparın məni oğlum vurulan yerə. Addıyıllar, gəlillər İrannan həmən o Havıs vırdığı yerə. Gösdərir, deyir, bax burda vırdı. Gəlir deyir, mənim oğlumu vuran kimdisə çıxsın ki, görüm necə oğuldu. Orda Havıs çıxır deyir, ana, mən vurmuşam. Arvadmış e, atası yoxmuş. O xanmış, arvat da belə. Alnınnan öpür, deyir, oğlumun qanı sənə halaldı. Oğluma deyirdim, oğul, getmə. Deyirdi ki, o tayda kişi yoxdu, Qarabağda. Dedim var, əlinə düş­mür­sən. Havıs həmən Havısdı. Arvadın öldürmüşdü, ona görə qan­nı Havıs deyirmişdər.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin