Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə68/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   64   65   66   67   68   69   70   71   ...   228
QAÇAQLAR
Mən eşitmişəm ki, İran qaçaxları babalarımı öldürüplər. Gö­rü­cü babamnan (Salman babam) qardaşı gediblər çay qırağına, ağaç kəsməyə. Bir balta vuruflar, heş nə olmuyuf. İkinci baltada, balta­nın ağzınnan qan düşüf guya ki. Onu ta bunun qojası (ərini göstərir – top.) nağıl eliyirdi. Mən eşitmişəm uşaxlıxdan. Elə vabşe kənt bilirdi o söhbəti. Onda deyir, qayıdıf baltanı qoyub yerə. Qardaşı deyib ki, niyə bikafladın? Gəlir, oturur. O qeybdən gələn təsbehi çevirir, çevirir. Ta heş nə demir. Gəlillər əvə. Bacısı görür, bu bi­kaf­dı. Deyir, ay qağa, nədi? Deyir, Pəri, sabah bu vaxdı bizim ikimiz də torpağın altda olacıyıx. Deyir, ay qağa, qurban deyəh, ağaya nəzir deyəh. Deyif, buna heş nəyin çarəsi yoxdu. Çoxlu sürüləri varıymış. O Pəri də bir az iyid arvadıymış ha. Yüz neçə yaş yaşamışdı. Deyir da, öküz deyəh, inəh deyəh. Deyif, heş nəyin çarəsi yoxdu. Biz sabah bu vaxdı ikimiz də torpağ altında olma­lıyıx. Gecə qaçax-quldur gəlir. Bunun oğlu da balaca uşağıymış. Onda dədəsinin qucağında yatmışımış. O uşax mənim babamdı. Ba­bam (həmin uşax) onu xatırrıyıf danışırdı ki, biri isdədi məni də vıra. O İran qaçaxları. Deyir, o biri qayıtdı ki, ə, yazıxdı. Uşağın günahı nədi? Vırma. O qalıf. O biri qardaşı da qoyunun yanında vırmışdılar. Qoyun sürüsünü təh qavırın yanında saxlıyıflarmış. Təh qavır vardı orda. Qavırın yanında qoyunun içində onu da vırıl­lar. Arvad isdiyir (həmən Pəri) bir güllə ata, buların dalınca. Bular da qayıdır muna sarı güllə atıllar. Güllə Pərinin tumanın dəlir keçir, ordan da gedir dəyir qavlamıya. Qavlama bularda dururdu, mis qabdı. Qaçıncan dədəsi evində dururdu. Muna güllə dəyən qavlama deyirdilər. Qaçaxların gülləsi dəyif. Elə həmən savax dediyi vax buların ikisini də basırdılar. Qaçaxlardan heylə eşitmişəm.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin