Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə73/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   69   70   71   72   73   74   75   76   ...   228
KƏLBƏCƏR BƏYLƏRİ
I mətn

Bizim zonada bəylihlər varıydı. Olları hamısın sürgün eləmiş­dilər, Gəray bəy adında biri qalırdı. Deməli, gedillər ki, bını da aparalar. Gedillər ki, Markısın, Engilisin kitabı qabağında oxu­yur. Hə, gedillər baxıllar ki, sandıxda o qədir bının kitabı var ki, dün­yada nə olajaxsa, hamısı bının kitabında var. Onu tutuv apar­mıl­­­lar. Hə, Gə­ray bəy dayna. O, onda deyif ki, taxda göyə çıxajax­dı, itin qar­nında küçih zəngildiyajaxdı, bilmirəm noolajaxdı. Şor tərəziyə qo­yulajaxdı, deyir. Atam danışırdı, deyirdi, deməli, yeməh yediyi yerdə bir adam gedirdi ki, bəs Gəray dayı, habelə, filankəs yaman sancılan­dı, xəsdələnif. Düyünü belə-belə yumru­luyuf, deyirdi, ala apar bını at, yaxşı olajax. Əlinnənimiş e. Həə, o vaxdı olların – hə­mən bizim zonanın bəylərin hamısın bax bırıya sürgün eliyiplər – bı Şamaxıya. Gəlip bırda birinin bir qızı oluv, adın Şamaxı qoyuf. Həə, bax bı saat durur. Nənəm də başqa kəndin qızıydı, qoja nənəm.
II mətn

Həə, dədəm danışırdı, deyirdi bir kişi vardı, özü də qızıllıymış e. Deyir, o da həylə göymüş, deyir, yeməzmiş. Bının qoyunun sax­lı­yannar varımış. Gedir qoyunun üsdünə, çobannar da bir qoyunu kəsif pişirirmişdər. Deyillər ki, əmi, gə, ət ye. Deyir, yox, qurban olum, mənim heyvanımdı, bının əti mənim boğazım­nan keşməz.

Bir də deyir, bir kişi gəlir. Deyir ki, qadan alım, maa bir az yun lazımdı. Deyir, qoyunu qırxır, elə bil yuna su səpir, birinci mərtəbiyə – padvala yığır yunu. Elə bil bir kilo gələn yun, gəlir üş kilo, dört kilo. Kişi gəlir, yunu çəkəndə baxır ki, bir belə yun dört kilo gəldi. Deyir, Baxış baba, axı belə şey olmaz, bı yun yaşdı. Deyir, qurvan olum, alırsan al, almırsan, behin batejax. Qavaxdan beh vermişimiş. Nəysə, kişi bı yunu çəkir, alır, yığır, deyir, Baxış. Deyir, hey. Deyir, Baxış, almağ olar, ama yemağ ol­maz. Dədəm and icirdi, deyirdi, altı yüz baş qoyunu varıydı. Deyir, qoyunu gə­tirip bizim kəndin içinnən aparırmışdar, bir hey­va­nın qılçası qırılır. Deyir, bını aparın. Deyir ki, a kişi, apar bı qoyunu kəs yeginən e, hökümət yığır aparır. Deyir, yox, dəymə, quban olum, damazdıxdı, qoy getsin. Hə, bax həylə adamnar olub o qədir.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin