Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə74/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   70   71   72   73   74   75   76   77   ...   228
III mətn

Deməli, Savet höküməti gələndə bizim bı bəylihləri tutdux­ların tutullar, qırdıxların qırıllar, qaçan da qaçır keçir İrana. Həə, onda elə bil ki, nənəm orda bayatılar çəkirdi, heş biri yadıma düş­mür e o bayatıların. Yaman bayatılar varıdı orda. Bir dəfə gəldim ki, nənəm ağlıyır. Böyüh kətdən çay axırdı. Dedim, nənə, niyə ağ­lıyırsan? Dedi, o tay Gəray bəyin evidi. Bi dənə divarın belə çənəsi qalmışdı. Dedi, o bağda bir üzüm yemədim, bir də nar. Orda onun qızı Xanım vardı, Məhbup vardı – qızdarının addarıdı. Hər səhər gəlif ordan su götürüf gedərdilər. O vax da deyirdi ki, o böyüh bağdı. Bağın içiy­nən gəlif gedərdilər, onnarı heş kim görməzdi. Həə, soora nətəər olur­sa, bı Gəray bəyi tutullar, öldürüllər, nə bilim da, hamsı qaçax... Məhbup xanım nökərinə gedir. Mənim nənəmgil də nə bəy oluflar, nə xan oluflar. Bunnar da nökər kimi gəliflər bəylərə işdi­yiflər, baş­darın saxlıyıflar. Özdəri də kətdə yox, yataxlarda oluflar. Ferma kimi yerrərdə. Nənəm deyir, bir də baxdım ki, it hürür, ge­cədi. Deyir, da qorxumuzdan çıxmadıx, canavar adam yeyir, heş kim yox, xaraba­xana. Deyir, belə səhər-səhərdi, durdum ku, genə itdər qaçır həmən o yana. Əmim çıxıf ki, bir kadındı, bir dənə də kişi xeylağı, elə baş-başa verif gecəni dərənin içində yatıflar. Görüf ki, ayılıflar, ama səs­dəri çıxmır. Deyir, getdim ki, həmən bı bəyin qızıdı, Məhbup xa­nımdı. Deyir, bınnarı götdüh gəldih. Deyir, dedi ki, ajınnan qırılırıx. İmkan nəyə çatırsa, şordammı, məsələn, çörəh­dəmmi... O vaxdar şor, çörəh-zad, heş nə yoxuydu. Həə, deyir, Məhbup xanımın başına hava gəlmişdi. Bəy qızı olasan, varın, pulun içinnən çıxasan, soora da aj qalasan da, bı necə ola bilər? Həə, deyir ki, orda bayatılar çəkirdi:

Atamın asmağa erkəyi qaldı,

Ona görə başıma hava gəlifdi.

O yadımnan çıxıf da. Onu düzəldif deyə bilmirəm. Orda nə­nəm qəşəh bayatılar çəkirdi. Bilirsən, adamnarın hamısınnan söypət eliyirdi, onun qarşısına da öz bayatısın çəkirdi. Bı belə oluf, belə oluf. Onnan soora bayatı başdıyırdı, bayatıları çəkəndə, indi oğul ona deerəm ki, qala beynində... Necə gəlif, necə gediflərsə, o adam­nar, onun hamsın nənəm çəkirdi. Bircə dənəsi mənim yadımda qa­lıf. Xosdan bəy haqqında dediyi yadımda qalıf. Xosdan bəy çox quvvəli bir şəxs oluf. Deməli, qoşu­nu çəkif bizim bəyləri öldürməy isdiyirmişdər, onnar Sultan bəyin yeznəsin öldümüşdülər. Dayıy­nan bacıoğlunun başın kəs­miş­dilər. Sultan bəy qoşunu çəkir ki, bunnarı qırsın. Xosdan bəy hardasa bir kilometrrihdən göydə qar­ğa­nı atır, beşatılannan. Düşür qoşqunun qabağına. Sultan bəy qoşunu qaytarır geri ki, Xosdan bəy bizi qırejeh. Elə bir quvvəli oğul olur. Məsələn, nənəm deyirdi ki, o ölən vaxdı beş dənə beşatılannan vırıflar, o, yıxılmıyıv o güllüyə, qayıdıf xançəri çəkir, görsün ki, bını kim öldürüf da. Adamnar da işqafda oluf, arxadan vırıflar belə. O vaxdı işqaf oluf da, şifaner-zad olmuyuf. Deyir, gəzif, tapa bilmiyif, belə xançəri çəkif vırıf pola ki (pol da palıtdanımış, möy­kəm ağac olur o), tapa bilmiyif da, hersinən vırıf. Dəsdəyə kimi getmişimiş pola. Onnan soora at qaçıf, gəlif xəbərə. At da dil bilir­miş elə bil. Nənəm deyir ki, at ağlıyırdı. Deyir, bayısı çox bayatılar deyiv e orda. Elə bircə mənim o yadımda qalmışdı ki:

Kəhər atın cığası,

Tökülüfdü qan cığası.

Görün Xosdanı kim öldürüf,

Bir erməni dığası.

Bəlkə də yalan olmasın, bir yüz kuflet varıdı o zatda. Onnan sora o bəylihlərin sözdəri gəlirdi, onnara qarşı deyirdi. Bax belə-belə qəşəh bayatılardı, hamısın bir-bir addarın çəkirdi.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin