MÜXTƏLİF MÖVZULU RƏVAYƏTLƏR QARIN-QARTAQ DARTAN QOCA Bir kişi varmış, qoja kişi. Bının arvadı ölür. Arvadı öləndə gedillər bına bir cavan qız gətirillər. Bına toy eliyillər, oğlannarı, qızdarı, hamı oynuyur. Qız görür kü, bınnan oynamağa gələn olmadı. Əvdə də bircə kişiymiş. Uşağı-zadı, hamını ayırıf qırağa. Təhcə qojeymiş. Qız durur, bı camahat çıxannan soora çadranı atır gəlir ki, balqonda bir kişi qarın yeyir. Deyir ki, uuy Allah, bı kimdi? Qarın-qartax dartan qoja, sən də bı ellidənsan? Deyir, qarın-qartax dartan qoja sənın gülündü, sən qojanın bülbülü (avazla oxuyur, gülür – top.). Dəəndə qız bunu itəliyif qaçır. Oğlu gəlif deer, sana nolmuşdu? Hindi qarın yəən vaxdı? Qızı qaçırıfsan.