Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə79/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   75   76   77   78   79   80   81   82   ...   228
CƏNNƏTİ QAZANDIRAN EHSAN
Deyir, yeddi tikədən bircəciyi afsanata düşür. Bir nəfər oluf­du, elə bil arvadın oğlu ölüv, irax qulaxlardan, beş ağac uzağ ev­dən-eşih­dən, ta qız-gəlin özünü qırırmış. Bir gün – bının yeddisi günü, ajı­mışdar, ta ölənnən yeddisinə kimi ajımışdar. Bı oğlanın arvadı görür kü, bı ta ajınnan ölür. Gizlincə bının ehsanınnan yeyir. Səhərdən arvat durur, deyir ki, ay qız-gəlin, yığılın yanıma. De­yillər, nədi? Deyir ki, bı gejə yuxuda gördüm ki, oğlum mana deyir ki, sən töhdün-dağıtdın, şuvan21 elədin, dünyanı dağıtdın, onnan mana bi belə xeyir olmadı. Ama ayləmizdən bir nəfər mənim ehsa­nımnan yedi. Bircə o məni cənnətə saldı. Boynunuza alın, görüm hansınızsız deyəndə, gəlin ağlıya-ağlıya deyir, mən eləmişəm. De­yəndə gəlini öpür, deyir, Allah sənin üzun ağ eləsin! Bax bircə onun mənim oğluma xeyri olufdu. Qalan heş bi şeyin mənim oğluma xeyri olmuyufdu.
VƏRDİŞ
Bir qadın varmış, əri ovçuymiş. Gediv ovu gözünnən atırmış, deermiş ki, mənim kimi ovçu olaar? Arvat deer ki, a kişi, vərdişdi. Bir gün gedir, iki gün gəlir. Gəlir deer ki, ovu mən gözünnən atı­ram. Deyif (arvadı – top.), vərdişdi. Kişi bunu boşuyuf bu sözün üs­də. Qadın baş alır dünyadan çıxır gedir. Gedir bir qapıdan keçəndə görür burda mal-qara var, heyvan-zad sağıllar. Öz-özünə deer ki, hara gedirsən? Bu oğlana yalvarım, görüm məni də götürərmi, inəyi sağım, bullara qulluğ eliyim, maa bir para çörəh versinnər. Əri bunu boşuyuf, başın götürüf çıxıf də evdən. Oğlan gəlir, deer, ay bajı, kimsən, hardan gəlif, hara gedirsən? Deyif, kimsəsiz adamam, kim maa bir para çörəh versə, ona qulluğ eliyərəm. Nökərçiliy eli­yə­rəm, axşam çörəyimi verər. Kişi bunu götürür, aparır arvadının yanına. Deyir, ay arvat, bunu da buyur, özün kimi işdəsin. Axşam da çörəyini, suyunu ver, yesin. İndi Allah tərəfdən gəlif çıxıf qa­pımı­za. Gəlir, deer ki, mən bircə şey isdiyirəm sizdən. Deyif, nədi? Deyif, maa bircə dənə doğar inəh verin buzovuynan, ona qulluğ eliyərəm. Bir dənə inəyi götürür, elə bil ki, bu buzovun yeri iki mərtəbəymiş. Hər gün inəyi sağır, boynun tumarrıyır, buzovu alır boynuna çıxardır ikinci mərtəbiyə. Çıxardır ikinci mərtəbiyə, inəyi də sağır, südün verir bullara, qapı-bajanı da təmizdiyir, köməy eli­yir. Hər gün gəlir heylə eliyir, buzovu götürcəh, o da yekəlir olur bir cöngə. Ta bu elə bir cöngəni götürə bilir. Allah-taala elə eliyir ki, bunun əri deyir, kətdəri gəzim, görüm bəlkə yoldaşım peşiman­dır də baş alıf getdiyinə. Yavaş-yavaş bütün düz-dünyanı gəzir, gəlif çıxır bu qapıya. Gələndə gəlin bunu tanıyır. Bilməməzdiyə vurur özün. Oğlan buna deer, ay qar­daş, məni bir gejəliyinə qonağ eliyərsənmi? Deyif, niyə elə­mi­rəm, Allah qonağıdı, eliyərəm. Bunu qonağ eliyir, qadın bunu tanıyır, heş nə demir. Söhpətdən eliyir, deer, mən ovu gözünnən atıram. Gəlin ordan, yerinnən durur, deer, vərdişdi. Deer, bunu maa arva­dım demişdi. Burda şüphələnir, baxır qadına, görür həmən qadındı. Açır oğlana deer ki, mən bu sözün üsdə – vərdiş deməən üsdə bu qadını boşamışam. Qadın durur tez­dən inəyi sağır, cöngəni alır boynuna. Deer, bu cöngüyə sənin gü­jün nətəəri çatdı? Qadın deer, vərdişdi. Mən səə dedimmi ki, ovçu­luğ eləməh vərdişdi, inəyi sağıf, buzovu götürməh də. Çıkqılı vax­dan götüdüm, indi oluf yekə cöngə. Hər gün götdüyümə mənim buna güjüm çatır. Orda deer, qadının sözü düz olduğuna görə, əl ve­rir qadına, deer, sənin sözün düzdü, kişi buna itayat eliyir, baş əyir. Bir də təzədən barışdırır, yaxşı yola salıllar, çıxır gedir vila­yət­dərinə. Qadının dediyi söz keçir orda, hər şey vərdişdən asılıdı.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin