Qarabağ: folklor da bir tariXDİR


ƏRŞDƏ BANLAYAN XORUZUN SƏSİ



Yüklə 3,83 Mb.
səhifə81/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   77   78   79   80   81   82   83   84   ...   228
ƏRŞDƏ BANLAYAN XORUZUN SƏSİ
Avdıləzim bavam möykəm ajmışımış. Ajdığ illərimiş dana. Gedif, nəysə axırı ki, bir biyavannıx düzdə ajınnan ölürmüş dayna. Deyif, Yarəbbi, ya Rəsulallah, sizə agahdı, ajınnan ixdiyarım yox­du ku, bu addımı bir dəfə də atam. Çox da namazdı, orujdu, din­darımış. Elə-belə deyir, uzanır. Uzanan kimi yorunuğ, aj adam, yu­xu bunu tutur. Yuxu tutur, nə qədər yatır onu Allah bilir. Xoruz səsinə ayılır. Xoruzun qanatdarının şapbıldısına, gupbuldusuna ayı­lır. Görür, burda xoruz-zad yoxdu. Biyavannıx düzümüş e, o Ağcaqum çölü kimi. Nəysə, düzəngah da, yanı səhraymış. Deyir, ayılıf görüf böyründə bi ağ surfa var. Dümmağ surfa, içində də dü­mağ yuxa, iki qıça pendir. Ayılır səvinif dayna, kişi yeyir, gözdəri işixdanır. Goruna qurban olduğum, surfanı da qatdıyıf qoyur cibinə. Götürür gəlir Hajı Qasım Çələbi babamın yanına. Deyir, sana qur­ban olum, ay Hajı Qasım Çələbi, belə-belə niyyət elədim, yatdım. Deyir ki, xoş halına sənin. Yaxşı kişisən ki, ərşdə bənniyən xoruzun səsini eşitmisən. Yaxşı kişi­sən ki, ərşdən qabağına gəlifdi o surfada çörəh. Çörəh gəlifdi, amma gərəh onu gətirmiyeydin. Qatdıyıv orda qoyseydın, gündə o yeməh qabağına gələjəhdi. Dəyəndə onda Çə­ləvi bavam deyir ki, nəslində, kökündə, nəticəndə, nəvəndə biri be­lə sana bənziyəjəh. O da budu. Müstəqimin anası həmməşə deyirdi ki, o da sizə düşüfdü.
TAPILMIŞ XƏZİNƏ
Bəylih tərəf var bizdə. Bı Bəylihdə bir nəfər da bı bəyin oğlu gedirmiş atdı. Görür kü, bir zaddı, belə bir daşdıx yerdi. Bırdan bax belə, bı boyda, bı boyda qızıl gəlifdi. Qızıl görükür da, bının bir-ikisin götürür aparır. Deyir, ata, bəs xəznə tapbı­şam. Deyir ki, nətəər yanı xəznə tapbışam? Deyir, bəs belə-belə. Deyir, a bala, deyir, bizim axırımızdı. Əşi, deyir, bir belə qızıl tapbışam, nətəər? Deyir, bı, bizim axırımızdı. Onu noolar, tapırdı, bir kasıv adam tapeydi. Mən niyə tapırdım? Bizim axırı­mız­dı. Görəh bizim başı­mıza nə gəlir. Deyir, aradan bir il keşmədi, iki il keşmədi, Savet höküməti gəldi hamısın tutdu, dağıtdı, darma­dağın elədi. Öldüdü­yün öldüdü, itidiyin itidi, belə.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin