Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə88/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   84   85   86   87   88   89   90   91   ...   228
NƏZƏRİN GÜCÜ
Bir şah yol çəhdirirmiş, nə bilim, hardansa hara. Yolun orta­sında bir qaya parçası olur. Bəlkə də, bir ton, çox. Bunu yerinnən qaldırmax mümkün olmur. Qazıplar, indi bu yolun ortasındakı bu qaya parçası qalıpdı.

Çağırır münəccimlərini deyir:

– Buna bir əncam çəkin, görəh biz bu qayanı necə qaldırax?

Bunnardan biri deyir ki:

– Şah sağ olsun, buna ancax nəzər olmalıdı, ki, gəlsin nəzər dəysin ki, bu qaya parçası parçalansın.

Fikirrəşillər, a, harda, harda? Deyillər, filan kəntdə belə bir şey var.



Gedillər, bunu gətirillər. Bunu gətirillər, bu belə daşa baxır, deyir:

– Bay evin yıxılsın, daş sahibi! Ə, görün nə boydadı, ə, bu!

Qaya parçalanır, tökülür yerə.

O yannan biri deyir:

– Bay, gözün çıxsın, göz sahabı!

Bunun gözü çıxır, düşür yerə. Onun gözü, nəzəri də, bunnan güjdüymüş.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin