Qarabağ: folklor da bir tariXDİR


UŞAĞIN CİNSİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ



Yüklə 3,83 Mb.
səhifə91/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   87   88   89   90   91   92   93   94   ...   228
UŞAĞIN CİNSİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
Gəvəni ki toxuyuf yerə ki qoyurdular, qoyanda bir oğlan uşağı səhər, gün çıxar-çıxmaz dar ağajını minir, çıxır. Birinci kişi xeylağı görürdüsə, hamilə qadının oğlu olacax deməh. Yox, gözünə birinci qadın dəyirsə, qızı olacax. Deyir:

Sübh açılar, gün çıxar,

Ürəhlərə nur axar.

Nənə, arzım çin oldu,

Gəlnimiz oğlan doğar.

FƏSİLLƏR HAQQINDA
I mətn

Eşitdiyimə görə, meyvə çox olanda qış bərk olur. Bir də deyillər, palıdın qozası çox olanda, ya da bənööşə tez bitəndə qış bərk gəlir. Əgər payızda qarrasa, qış yaxşı keçir.


II mətn

Axşamnan bulut qızaranda səhər ertə gün olur. Ama səhər ertə vaxdı dursan ki, gün çıxmamış bulut qızarıp, onda bilirsən ki, yağajax, ya küləy olajax. Hava qaralanda, görsən qapqara oldu bulut, onda bilirsən ki, dolu var.

Martın iyirmi ikisi Nooruz bayramı olur. Elə bil onnan yaz olur da, bax. Martın iyirmi ikisinnən soora. Fəsil də iyirim birinnən iyirim birinə dəyşılır. Bax elə bilginən, sentiyabirin iyirim biri yay qutardı.

Fəsil dəyişməyin quşdarın da uşmağınnan bilməy olur. Bax bı qaranquş var e, gəlir bax bıralarda yazda balalıyır, çıxır, onnan sora göörsən köşdü, çıxdı getdi. Yaxut da o biri quşdar hamsı köçür gedir isdi ölkələrə.

Hə, quyrux doğanda, ona kimi deyir ki, quyrux dondu. Qoyu­nun quyruğu donur onda. Ama məəm atam deyirdi, özü də gös­dərirdi maa. Elə bil o quyrux doğanda bir sarı yekə ildız doğur, belə baxırsan ki, quyruxlu ildızdı. Yayın yarsında olur. Yayın yarsında quyrux donur, həə.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin