Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə92/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   88   89   90   91   92   93   94   95   ...   228
MÜQƏDDƏS AĞAC VƏ QUŞLAR
I mətn

Ağaşdarın da möcüzəsi var. Birincisi, bar ağaşdarına balta vır­mağ olmaz. Çiçəhli, bar üsdündə olan... Ona balta vırmax gü­nahdı. İkinci də, söyüd ağacı deyillər, müqəddəsdi. Söyüd ağacını ölü­lərin qoltuğuna da qoyullar. Ölü düşəndə söyüt ağajınnan tajdı, kəsillər belə, qoyullar qoltuğuna ki, qoy gora getsin. Həə, çünkü o bar vermir.

Göyərçini, bir də dağ kəhliyin deyillər. Göyərçin sülh üçündü. Sülhü yaradır. O sülh quşu elə binövrədən peyğumbərrərimizin vax­dında da olup. Sülh quşu var. O sülh quşu da indiki göyər­çin­nərdi. İndi gülləliyillər onu, səf eliyillər. Sülh quşunu güllələ­məz­dilər. Sülhə ziyannıx vıranın özü yönnü adam dəyil.
II mətn

Qaraağaş möcüzəli ağaşdı. Ağdam rayonunun Qarapirim kəndi var. Bu ağaşdan orda da bitir. Çox yerrərdə bitir. Meşədə də bitir. Amma bu ağac elə bir ağaşdı ki, guya kim nə niyət eliyərsə, nəzir eliyirsə gətirir, ora yaylıx bağlıyır, dəsmal bağlıyır. Niyyəti hasil olur. Gətiriv onun dibində qurban kəsillər. Qaraağaş bax elə bir ağaşdı. Qaraağaş müqəddəsdi, əl vurmağ (kəsməh) olmaz.

İncil ağacı müqəddəsdi. İncil çox qorxulu ağaşdı. Yanı onu kəs­məh, qurdalamax günahdı. Deellər, guya əvliyalarımızın, pey­ğəmbərrərimizin – incil ağacının bitməsində, onun tamında, dadın­da onların ruhu var, əli var.


III mətn

Dakqu quşunu öldürməy olmaz. Çünki o, insan kimi dil açıf danışa bilir. Onu bizə nənəm keşmişdə belə söylüyərdi ki, bı, insan kimi danışır. “Tut bit” deyir, “Tut, p..x” deyir. Nəysə də. Belə söz­dər işdətdiyinə görə ona güllə atmağ olmaz.

Sora tutuquşu deyirih. Biz o quşa güllə atmırıx.

Göyərçin quşunu öldürməy olmaz. Deyirdilər ki, göyərçin quşunun əyağı imamnarın qanına dəyif.



Bizdərdə deyiflər ki, durna quşunu öldürməy olmaz. Fakdı, indi durnanı vırıllar, neyniyillər. Amma düzgün döyül. Çünki o, ən gözəl meyvəni – xurmanı yeyir. Xurma da ki imamnarın meyvəsi sayılır.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin