Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə96/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   92   93   94   95   96   97   98   99   ...   228
TÖRKДЗARДLДR


  1. Bağayarpağı, deyillər, mədə xorasına, mədə yarasına xe­yir­di. Dəmliyif içəndə mədə yarasına, mədə xorasına xeyri var. Ba­ğayarpağını barmaxda çivan olanda, yara olanda suynan isdadıf qo­yursan üsdünə, sorur, içindəki çirki-zadı çıxardır.




  1. Qırxbığım böyrəyin daşını, duzunu əridir tökür. Dəm­li­yir­sən, içirsən. Çay dəmliyən kimi dəmliyirsən, qaynatmırsan də, də­mə qoyursan. Qalır, bir sahatdan sora, para saatdan sora içirsən. O, təyziqə də xeyirdi.




  1. Qantəpər ciyər xəsdəliyinin dərmanıdı. Ağciyərin dərma­nıdı, soyuxlamasın çəkir.




  1. Baldırğan da deyillər, yelə dərmandı. İsdadıp, qoyullar ağ­rıyan yerə. Bax heylə ağrısın alır.




  1. Yemişan qanın tənzimlənməsinə xeyirdi, ürəyə xeyirdi. Çiçəyini dəmlə, iç, özünü ye. Mən həmişə onnan mürəbbə bişirirəm.




  1. Tutun, deer, xeyri çoxdu. Onun bəhməzi qaraciyara dər­man­dı. Onnan soora, mürəbbəsin də bişiririh. Tutun şirəsin çəkirih, qaynıyan vaxdı tutu yuyuf, təmizdiyif tökürdüh içinə. Bir az qay­nadırdıx, ta mürəbbə kimi olana qədər.




  1. Çovanyasdığı dərmandı soyuxdəymiyə. Dəliboy dediyimiz ot var ha, o, mədə-bağırsağa xeyirdi.




  1. Qaraqınıx deyirih, o dərmandı, xeyirdi. O, elə bütün iç üzvülərin hamsına xeyirdi.




  1. Baldırğan çiçəyi öksürəyə dərmandı.




  1. İtburnu deyirih, həmərsin deyirih, o, böyrəyə xeyirdi.




  1. Böyürkgənin kökü böyrəyə xeyirdi.




  1. Üzərriyin dənəsin qəbul eləsə, o, adicə başağrı dərmanıdı.




  1. Yaraotu – tühlü ot derdih, ovxalıyıf qoyurdux yaranın üs­dünə, onnan bağlanırdı. Onu qırardıx. Barmaxda yara olurdu, deer­dilər, dolama çıxıf. Dolamanın da dərmanı deerdilər, o tühlü otdu. O tühlü otu götürüf bir balaca yumşaldıf, portdədən fason eliyif yarıya bağlıyırdılar.




  1. Yamanotu deyilən bir ot var. Kəlvəjərdə, əsasən, bı ya­man atdarnan adamnara düşür. Yaman ən qüvvəli şiş deməhdi. Şiş xəsdəliyi. Bizdə türkəçarə həkimlər varıdı – Ağalar kişi. O mənim atamın əmsi oğluydu. Qoja kişiydi. Yüz om beş il yaş yaşadı. Mən də covanıdım. Atdar yamannadı. Atdara yaman xəsdəliyi düşdü. Dedi, get, Qumludan, dağdan, fılan yerdə yamanotu var, onu kö­kün­nən qaz, gətir. Getdim elə dedığı kimi də tafdım, qazdım, gət­dim. O, yamanotunu gətdi, o vaxdı güzdüh deyirdilər, güzdüh xa­mırı deyirdilər. Bı payız əkilirdi, draqan, biri var, buğdalar sort-sortdu da. İndi qara çörəhdi o. Onun ununa qatdı, yoğurdu, onu ya­manına çəhdi – şişə. İki günə o atdar sağaldı, getdi işə. İndi o ya­manotunu heş bir kitafda oxumamışam. Nə şəkili görühmür, nə özü görühmür. Yamanotu karandaş yoğunnuxda baldırı var. Bircə zoğ qalxır. Başında da göy çiçəy olur. Göy çiçəh. İndi onu taniyən yox­du. Ləmbəraninin bir kitavı çıxıf, ona baxmışam. Pereparat kitaf­larına çox baxmışam. O bitgi yoxdu.



  1. Uşaxlarda kəpənəh qurdu olur. O qurdu tulğa yarpağı tökür. Tulğa ağajı belə kol qalxır, onnan süpürgə-zad da düzəldillər. Ağaşdı, çoxillih bitgidi də, deməh. Otuz il, qırx il yaşıyır. Onun yarpağı həmən qurdu tökür. Daa üzür isdiyirəm, şəxsən məndə də oluf. O yarpağı ovurdular, səər ertə ajqarına verirdilər uşağa. O, bədənnən onu silif tökürdü.

  2. Pendir mayası deyillər e. Ovurdux, iki damcı suyu üs­dünə tökəndə bəs elyirdi. Maya, otu deerdi. Hə, bir də biz çobannar qoyun camı götürurdux. Çöldə qoyun sağıv içırdıx. Südün içirdıx. Həmən o otu belə ovurdux, bir damcı salırdıx südə, qarışdırırdıx. Orda tökürdü torbuya. Daşdıyırdığ, olurdu pendir. Hə.




  1. Bir ot var, əl yaralananda onu belə ovursan. O, yoddu. Tam yoddu a. Tökürsən o yaranın üsdünə. O sahatı qanı kəsir, onu qovuşdurur. O otu da buralarda görməmişəm. Qan kəsiji otu.




  1. Rəhmətdiy Əliş əmi varıydı e. Deyirdi, mən bu yaşa gəl­mişəm. Töyuxda azar görməmişəm. Töyuğ ağaşda yatardı. Bu tö­yuğ azarı təzə çıxıf, bilmirəm nədi. Qalan hər şeyi bilərdi. Hə. Qa­lan hamsını bilirdi. Hələ mənim ağlıma gəlməz, tetrasqilin verəm, dava-dərman verəm. Heş zad. Unnan umac eliyif tökürdüh. Buğda ununnan umac eliyif tökürdüh. Birinin də burnu da qanamazdı. Üş günnən sora da buraxırdıx çölə.




  1. Dəmrovu sağaltmaxçün qaratikanı qoydum ojağa. Suyu çəkilmiş qaratikanı. Onu yandırıf belə tutursan. Onun özünün yağı süzülür qava. Götürüv onuca vurursan dəmrovun qıraxlarına. Ötür gedir. Soora dəmrova sarımsax da sürtüllər.




  1. Gözə itdirsəyi çıxanda onu da, bir loxma çörəy götür, sürt gözünə. Apar, tulla itə, qoy cəhənnəm olsun getsin. “Gözümə çıxan saa çıxsın, yeri”, – deyir, tulluyursan.




  1. Gözün pıçalaxlanması düyünü və yaxut da düyü olmasa, naələcdən24 yeddi buğdanı oxuyuf salırsan. Gözə, deyillər, qonax düşüf. Batırdı gözə. Duası vardı. Onu düyüynən verirdi molla. Mol­lası vardı, duası vardı, oxuyurdu, tökülüf gedirdi. Molla baxanda bi­lirdi ki, gözə qonax gəlif. Dəyirmi, ağappağ uçuxluyurdu göz. Yeddi dənə düyü oxuyuf burdan (həmən gözün qaşının üsdünnən) salırdı balaca ləyənə – suya, o duanı oxuduxca. Soora onun suyunu pambı­xnan silirdin, gözə üfürürdün, olurdu anadangəlmə sağ. Həmən dua oxunmuş düyünün suyuynan (Duanı soruşduqda bilmədi, mollalar oxuyardı dedi – top.) gözünü silirdin, çıxıf gedirdi.




  1. Ürəh xəsdəliynin dərmanı qara incildi. Bayağı mer-meyvə çox olardı. Elə həyət tapbazdın ki, orda incil olmasın. Başda təzyiq olanda incilin yarpağnı əyağın altına qoyuf, bağlıyıf əyakqavı da geyinsən, o təzyiqə köməhliy eliyir.




  1. Soora adicə bu ziyillərin duası var. Əldə ziyil olur, uşaxda ziyil olur, heyvanda ziyil olur. Bunnarın özünün də duaları var. O dua Ay təzələnəndə oxunur.

Duanı oxumasını xahiş etdiyimizdə “Qurannan oxunan duadı, amma yaxşı bilmirəm, gərəh onu yaxşı öyrənif de­yən ola. Hansı surə olduğunu da bilmirəm”, – dedi – top.


  1. Ziyilə əl də çəkilir. Nar ağacının şüylərinnən eşir, qart­dı­yıf qoyursan. Ya o narın çubuğu qurumalıdı, ya da ziyil qurumalıdı.




  1. Mənim nənəm, yadıma gəlir, ziyil olmuşdu, götürdü çihli sü­pürgəni, çəhdi, dedi: “Ayım, səni xoş gördüh, ziyilin yerini boş gör­düh”. Ay təzələnəndə bu oxummalıdı. Da başqa vaxd oxusan, o alımmır.




  1. Ziyil düşəndə qəşəh dərmanı var. Əl vurma, tərpətmə, day ayıv olmasın, dəvə işiyəndə əlini altına tut, belə yu, tökülüp gedəjəh.




  1. Toyuğu kəsəndə bının pötənəsini yuyursan. Onun içində birinci dərisi yoxdu, qavığı? Onu quruduf, döyüf saxlıyıllar, böyrəh daşınnan əziyyət çəkən adama bını yedirdillər. O salır böyrəh daşını.




  1. May, iyun ayında yonca, göy otdar heyvanı köpürdür. Lap elə ölüm əyağına düşsə, şöyüd çubuğunu kəsif, qoyursan heyvanın ağzına. Heyvan isdiyir ki, onu qıra, dişdəriynən çeyniyir. Şöyüd çubuğu qoymur onu ölməyə, onu qutarır.




  1. Bir də heyvanın dərialtı qurtdarı olur ey. Vaksin-zad vu­rulur heyvana onnan ötəri. İndi onnar olmuyan yerdə, şöyüdün nə­zih çubuxlarını, şivyələrini doğruyuf tökürsən heyvan­nara, onnar ajqarına yeyir. Onnan soora, heyvannarda bir dənə də olsun dərialtı qurtdar olmur, ciyərrəri tərtəmiz olur. İndi o dərialtı qurtdarın əsas dərmanı odu.




  1. Cöhər nanəsi təyziqi salır. Dəmniyiv içirsən, təyziqi salır.




  1. Qarellədi, meşədə bitir, ağaşdı. O da təyziqə xeyirdi, ürəyə xeyirdi.




  1. Bir də lumudu. Lumunun bir dilimini kəsif, əgər xəsdənin alnına, gijgahınnan tutmuş, qulağının divinə qədər sürtsən, o da təyziqi salar.




  1. Çiban çıxdı, məsələn, baxırsan qızarıf, tam yetişmiyif. Soğan pörtdədif qoyurux qətnən. Tüpürcəh xamırı deerih. Qəndi alırsan ağzına, bir qabda unu götürürsən. Tüpürürsən onun içinə, irağ üzünüzdən. O xamırı düzəldirsən, o tüpürcəh xamırı elə bil çibanın içində nə var, çəkif çıxardır. Yağ-qatıxnan quymağ eliyif qoyullar. O, onun qızartısın alır.




  1. Sora dalağ çapbalar olufdu. Məsələn, bizdə bir Məhəm­mət kişi varıdı. O, dalax çapırdı. Baltanı alırdı əlinə. Otururmuş, qəfil baltanı götürüf belə çaxırmış. Guya vurajax da, bu mamentdə saxlıyırmış. Onun qorxusunnan, nədənsə, o dalax sağalırdı. Ağrısı kəsirdi. Deyəh ki, bax onda heylə şeylər varıdı. Heş həkimə-zada getmirdi. Onnan da sağalırdı.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin