Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə98/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   94   95   96   97   98   99   100   101   ...   228
AXTARMA MOTAL VƏ DƏLƏMƏ
Axdarma motal üzdü olur, onun nə ciyəsin alıllar, nə maşına verillər. Həylə qoyunnan sağıllar, mayalıyıf töküllər, motal eliyillər.

Axdarma pendir qışdan tutulur, qış yatağında tuturdular, onu aparırdılar dağa. O pendiri bir də ordan qaytarıp gətirirdilər. O motala əl vurulmurdu, o elə bil xeyir-şər üçün, qonax-qara üçün saxlanılırdı.

Dələməni torbuya töhmürsən. Onu qavda eliyirsən, qatıx ki­mi. Kəsirsən. Kəsənnən sora qaytarıf tökürsən motalın içinə. Pendir halında olmur o.

İnəhdən südü sağıf gətiririh, süzürüh, elə öz ilmində bişiririh. Qabax biz mayanı tuturdux qursaxdan. Heyvanın qursağın kəsilən­də duzduyurdux, qoyurdux bankıya. Buğda, noxut, qənt salırdıx bankaya. Saxlıyırdıx qəşəh. Hindi hökümət mayasıynan mayalıyı­rıx. İnəyi sağdıx, gətdih içinə elə bil ki, bir xörəh qaşığı o su ma­yası (qurusu da var) atırıx qəşəh. Ona dələmə deyirih. O pendir ki, yığılır o dəriyə ha, görürsən ki, o quru halda olur. Onu qaytarıp tökürsən ora, qolunu da salırsan dərinin içinə hərriyirsən. Bax belə çıxardanda yağ qolunda gəlir bəri.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin