Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə108/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   104   105   106   107   108   109   110   111   ...   228
VII mətn

Mən Nooruz bayramı hakqında uşaxlıxda nə görmüşəm, onu danışıram. Məsələn, bizdə Nooruz bayramında müsəlman qayda-qanunnarıynan kirvələr tutulur. Bizim zonada (Mincivan qəsəbəsin­də). Həmin o kirvələr çox əziz, hətda qardaşdan, bacıdan da əziz olurdu. Yəni bir qan olsaydı, ölüm olsaydı, kirvə gəlsəydi həmin adamın qapısına, o bağlanırdı.


VIII mətn

Atalardan bir məsəl var ki, kirvə kirvənin damının üsdünə çıxmırdı ki, hətda ora toz tökülər.

Nooruz bayramında bir gözəl adət var idi. Bu aylənin kirvəsi o aylənin kirvəsinə uşaxdan-böyüyə təzə paltar alırdı. Qəşəh şir­niyyatdardan, məsələn, biz alıçatı deyilən şirniyyatlardan bayram xonçası bəziyirdih, o payları da qoyurdux. Hardasa bu çərşəmbə ilə Nooruz bayramı ərəfəsində, ya da Nooruz bayramınnan bir gün sonra gedərdilər. Xonçaynan gedirdilər kirvəgilə. Birinci, kirvə tutan adam gedirdi. Kim kirvə tutub, gedirdi. Orda da yaxşı süfrə açır­dı­lar, yeməh-içməh. Bir gün sonra da onnar paylar­nan gəlip bunlar­nan yeyib-içirdilər. Bir-biri ilə çox yaxşı münasi­bət­ləri, dosduğ əla­qələri olurdu. Kirvənin uşağı da qardaş, bacı sayılırdı həmin ayliyə.

Axır çərşəmbədə bizim eldə çox gözəl adət varıydı. Uşaxlara torba verirdih. Bu torbaları tikirdih, üsdünə də qəşəh əl tihmələriy­nən güllər işdiyirdilər. Bəzəhli torbaları uşaxlara verirdilər, uşağlar ge­dib yığırdılar. Ən çox da yığılan yumurtalar olurdu. Aylədə yaxşı yu­mur­ta, yaxşı şeyləri yığırdılar, bilirdilər ki, gələn olacax. Minci­van qəsə­bəsi altı kilometiriydi, yəni onun yarısına qədər uşaxlar gəzirdilər.

Nooruz bayramında başqa gözəl adətimiz varıydı. Məsələn, ölüm hakdı. Bir aylənin ölüsü ölüpsə, Nooruz bayramı ərəfəsində məlumdur ki, həmin aylə nə ocağ üsdə qazan qoymurdu, nə də bi­şinti eləmirdi. Onun yaxın adamları, məsələn, mən mamamnan gör­mü­şəm. Mamam o qonşu üçün aş süzüp, sonra nə ki, şirniyyat­dar­dan var hazırrıyıb-eliyip, hardasa üş-dört ərəfəsi gec də yox ha, yanı ki axşam onu stolun üsdə qoyacax. Bir dənə şam-zad aparmağ olmazdı. Onu götürürdüh, aparırdıx həmin ayliyə. Uşağ əlində aparırdı, evin arvadı da onnan gedirdi. Gedirdih, mamam deyirdi ki, Allah rəhmət eləsin, bilirih ağır dərtdi, uşaxların stolun üsdün boş qoyma. O ayləyə bu bayramı keçirməyə vəsilə olurdu da.

Axır çərşəmbə günü hardasa sahat üşdən-zatdan cavan oğlan­nar, qızdar çıxırdıx. Bizdə təpəcihlər var idi, dağ kimi. O dağların başında təkər şinnəri yandırırdıx. Orda da deyirdilər, zarafatdaşır­dılar. Sahat yeddidə, şər qarışanda (heyvan gələndə deyirdih biz ona), o vax od vururdular, yanırdı. Gecə sahat on iki, birə qədər o şinnər orda yanırdı. Uşaxlar da onun ətrafında şənnə­nir­dilər. Sora məşəllər əllərində dağdan düşürdülər, aşağı gəlir­dilər, biz çillə çı­xar­dırdıx. Qızdar bir evdə, oğlannar bir evdə. Qızdar evdən nəsə apa­rırdılar, çalğı da olurdu. Yeməyi ayrı yerə qoyurdux, oynanan yer­də olmurdu. Kim isdiyirdi, gedip götürüp yeyirdi. Həmin gün çilliyə biz kişi paltarı geyirdih. Məsələn, mən özüm də geymişdim. Tanımmaz hala salırdığ özmüzü. Kişi paltarı geyirdih, gedirdih. Kişilər də qadın paltarı geyirdi. Bu, adət idi. Yəni şənlih keçirməh üçünüydü. Çilə çıxartma yeni ili qarşılamağ üçünüydü. Yəni sahat neçədə o il dəyişirilirdisə, biz onu gözdüyür­düh kü, həmin gün il dəyişilir. Sahat dört-beşdə dağılışırdıx. O dört-beşdə bizdə bulax varıydı, ona Pir bulax28 da deyirdih. Orda çinar ağacı var idi, onnar piriydilər. Ora gedib ordan daş götürüp gəlir­dih. Ona lal daş deyir­dilər. O daşı götürüb danışmırdıx. Düz evə qədər gətirirdih. Kimin nə arzusu varıydı, o daşı əlində gətirib təmiz bir yerə qoyur­san, arzun həyata keçənnən soora o daşı yenə təmiz bir yerə atmalı­san. Yəni pinti yerə atmağ olmaz o daşı. O sənin arzularının elə bil ki, daşı olur da. Bunları eləmişəm, ona görə də sizə deyirəm.

Bayram günündə pay aparılan qabı heç vaxt boş qaytar­maz­dılar. Onu ya həmin gün içinə doldurup verməlisən, amma ən gözəl adət budur, mamam danışırdı ki, onu səhərisi gün həmin adam içinə bir şey qoyub qaytarmalı idi.



Həmin gün təzə paltar geyinirdih. Hammıza təzə paltar alır­dılar. Çərşəmbə günü məhtəbdən gəlib çimirdih, evdə bütün qab-qa­caq yuyulup salavatdanırdı. Ona görə buna Cənabi-Əmir bayramı deyirdilər. Bütün qab-qacaq yuyulur, yorğan-döşəh çırpılırdı. Özün də təmiz olmalıydın, bucaxda paltarın da olmamalıydı, evin praduktu da əysiy olmamalıydı. Bu, ruzi-bərəkət deməy idi.

Həmin gecə duzdu kombə bişirirdilər, yeyip yatırdılar. Yuxu­da kim ona su versə, onun həyat yoldaşı olaceydı.

Bizim məhlədə nə ki, cavan qız var, hammız bir-birimizi ça­ğı­rıb gedirdih, məsələn, Nərmingilə. Gedirdiy, orda bir beş dəyqə otururdux. Böyühlərnən görüşürdüh. Qızı da götürürdüh, soora baş­qa qızın evinə gedirdih, orda da böyühlərlə bayramlaşırdıx, bir qız­gildə yığışırdıx. Ancağ özümüz olurdux, böyühlər olmurdu. Söh­bətlər eliyirdih. Soora evdən çıxanda məsələn, mənim evimnən çı­xırdıxsa, mən öz başmağımı götürüb üzü qapıya, başımızın üsdən tulluyurdux. O başmax qabax tərəfi evə düşsə, həmin il sən aylə qurmurdun. Yox, qapıya düşsə, gedirdin ərə. Başmağın iki tayın da atırsan. İkisi də qapıya düşsə, ərə gedirsən.

Kiminsə arzusu varsa, məsələn, arzu edir ki, qızım instuta gir­sin. Əlinə bir qab su alıb, eləsi də var, vedrə götürürdü. Qapıyı açan sahatı gözüyumulu suyu tulluyurdu. Ta gözdəmirdi kimsə gəl­sin, su­yu tulluyurdu. O su üsdünə düşən adam yaxşı söz deməli idi. Pis söz deməməliydi. Məsələn, mən atmışam. Mən birinci il kəsil­miş­dim, ikinci iliydi suyu kirvələrimizgilə atmışam, dedi ki, üzəə nur yağsın.

Nooruz bayramında fala baxırdıx. Bir stakanda su götürür­düh. Üzüyə sap bağlıyıp deyirdih ki, filankəs neçə yaşında aylə quracax. Üzüh gedib gəlirdi neçə dəfə, sayırdın, sonda deyirdin ki, filan yaşda.

Başqa bir falda mən ona çox yerdə ras gəlməmişəm. Mə­sələn, bir qab su götürürdülər qızlar, iki dənə də iynə götürürdülər. İynə­nin arxasına pambıx doluyurdular. Deyirdilər ki, məsələn, bu Rami­lə­di, bu da Hüseynquludu. Suyun üsdən nəsə edirdilər, iynələr hərə­kətə gəlirdi. İynələr bir-birinə baş-başa yaxınnaşsa, deməli, bun­narın ul­duzları barışır, bir-biriynən evlənəcəh. Yox, əyər ayrı istiqamətə get­sələr, deməli, olarınkı tutmuyacax.

Bir dənə də fal buydu ki, kartoşqanı götürürdülər bizdə, içinə iki dənə spiçka çöpü yapışdırırdılar. Spişka çöpünə birin oğlan tuturdular, birin də qız tuturdular. Onu gətirirdilər, bir dənə otaxda heç kəs olmurdu. Bir dənə özün olurdun. Otaxda yandırırdın, deyir­din ki, məsələn, bu filankəsdi, bu da filankəs. Onnar birləşsə, həmin gecə, deməli, onnar eyni adamdılar. Yox, ayrı səmtə getsə, deməli, bunnar tutmurdular.


IX mətn

Mənim dayım arvadının elədiyini danışacam. Nənəmin iki oğlu vardı, bir oğlu evlənmiyip, ama biri evlənip, bunun uşağı-zadı da var. Mənim dayım arvadıynan nənəm, elə bil dayımın qızıynan, nənəmin qızı ha, gərəh qız uşağı ola. Bunnarın ikisinə dedilər din­məyin ha, dimməz gedin. Özü də axşam, niyət gecəsi axırıncı çər­şənbə, səhər yox, gün batannan soora. Əlinə bir dənə təmiz qab ver­dilər, dedi­lər, dimməz gedin, dimməz də qayıdın haa. Kim də qa­bağınıza çıxsa, nəsə soruşsa, cavap-zad verməyin. Danışmağ ol­maz. Bunu, getdilər ikisi də, daş götdülər bulağın gözünnən, su göt­dülər həmin qabda, içinə də daş yığdılar. Xalam ayrı yığdı, dayım qızı da ayrı yığdı. Bu dayıma ayrı, evli dayıma ayrı. Gətdi­lər, bunu düzdülər, Allaha and olsun, mən gözümün şahidiyəm, yalan-zad döyül. Gətdi nənəm də düzdü belə bacanın üsdünə, mənim dayımı niyət elədi. Evləmməmiş dayımı. Mənim dayım arvadı da düzdü daşı bacanın üsdünə. Öz bacasının üsdünə. Qabağına daşdarı düz­dü­lər, suyu da səpdilər üsdünə. Dedilər, əyər bunnar qayıdıp gə­lə­cəh müharibədən, bu daşın altında nəsə olsun. Ya göy ot olsun, yox əyər gəlmiyəcəhsə, heş nə çıxımasın. Onnar o vax müharibə­dəymiş.

Mənim dayım arvadı düzdüyü daşdarın altınnan, Allaha and olsun, belə göy ot çıxdı. Ama nənəm qoyduğu daşın altınnan – o subay dayıma niyət elədiyi daşın altınnan heş nə çıxmadı. Yazıx nənəm ölənə qədər ağladı ki, Əli gələn dəyil. Əliydi adı. Evli dayım gəldi, o gəlmədi. Bax bunnarın hamısı düzüydü, qızım.

İndikilər dəsdə tutup gedillər niyət gecəsinə. Niyət gecəsinə dəsdəynən gedillər?! Niyət gecəsinə təh gedərsən. Beləcə evdən çıxarsan, lal-dimməz gedib o qapıda qulağını açasan, görüm, mən bu qapıya niyət eliyip gəlmişəm, görüm nə eşidirəm.

Bayram olurdu, Xıdır Nəbi olurdu, orda bizdə (Qərbi Azər­bay­canı nəzərdə tutur – top.) külfan deyirdih, asırdılar, səhə­rəcən külfan gedirdih (yellənirdih), bayramnan azı on gün qabax. Hər gecə ora qız-gəlin yığılırdı. Hər gecə pişirirdilər, yeyir­dilər, yallı gedirdilər, külfan gedirdilər.

Bu qızdarın birini də bir oğlan isdiyirdi. Qapıda dayammışdı. Deyirdi:

Qapıda bəy durupdu,

Çiynində bel durupdu.

Qara şapqa altınnan

Telləri yan durupdu.

İndi ki, bu qız bu oğlana bunu qoşupdu, bilirdi ki, ona qoşu­lup qaçacax. Elə ordan da o oğlana qoşulup qaçır.
X mətn

Ağcanın atası İsgəndər kişi yaman bilihli adamıdı. Bir gün axır çərşəmbeydi da, ilin axırıydı. Atdı gedirdim, getdim, görüş­düm, Həə, Allah irəhmət eləsin, yaman bilən kişiydi. Hə, birəz söy­pət elədim yolun qırağında. Dedi ki, ay Melih, bilirsən, bı axır çərşəmbənin mənası nədi? Bax Allah hakqı, Allah ona irəhmət elə­sin. Dedim İsgəndər dayı, Vallah, bilmirəm. Dedi ki, irəli ki o vax­dı ki, yezitdərnən ki imamnar muharbə eliyip, onda nə telfun varıy­mış, nə işıx varıymış. Ta olar elə birinci küləşi odduyullar, hucum eliyələr, eliyə bilmillər. İkincini odduyullar, genə eliyə bilmillər. Üçüncünü odduyullar, genə eliyə bilmillər. Axırın­cısını hucum eliyillər, qalip gəlillər. Bax onnan qalır axır çərçəmbə.


XI mətn

Nooruz bayramı da qabağ indiki kimi dəyildi. Bayramnarda evlər tökülürdü, silinirdi, qurulanırdı. Bayram axşamı gələndə üsdün­də od qələnirdi. Alov eliyirdilər, görürdün kü, uşaxlar yığılıp bacadan dəsmal sallıyıllar. Onda dəsmal, papax atmırdılar. Onda corab sallıyırdılar. Görürdün, birdən otuz, qırx corabı bacadan salladılar. Ev yiyəsi də yığıp hərənin qabına bir şey atardı. Bunnar çəkib gedirdi.

Üş gün bayram eliyirdilər. Od qəliyir­di­lər, ev-ev gəzirdilər. Durardılar, təzə ölən ölünün yerinə gedərdilər. O ölü ki, təzə ölüpdü, onnarı yasdan çıxartmağa. Hərə bir qazan xörəh pişirərdi. Heş kəs evdə yeməzdi. Xörəh qalardı. O pişirdiyin­nən götürərdi hərə bir qazan. Kənt yığılardı, ölü yiyəsini yasdan çı­xardardılar. Deməh, ordan yeyərdilər, sora gəlip evdə özdəri axır çər­­şəmbəni keçirərdilər. Onda axır çərşəmbiyə “Ölü günü” deyirdilər.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin