Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə124/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   120   121   122   123   124   125   126   127   ...   228
TOY ADƏTLƏRİ
I mətn

Eldə, obada nişan qoyanda, toy eliyəndə qız-gəlin yığışıf mah­nı oxuyuv, mahniynən bir-birin təbrik eliyiv, alqış eliyillər. Ama bir kətdə, bizdə bir kətdə belə bir mod varıdı. İndi ki, qızı sevir də, ata deer ki, filankəsin qızı yaxşıdı. Oğluna deer ki, onu alarsammı? Deer ki, alaram. İrazılıx verir ki, alaram. İndi bir toyda gedillər, bir şirin məclisdə, onda ata qıza zakaz verir ki, o qız oy­nasın. Qız subaydı. Qız oynasın deyəndə, camahat durur ki, bı qoja kişi bı qızı niyə oynədir? Onda kişi durur qıznan oynüyür. Qızın yaylığın üjünə, ya bir abbasi pul bağliyir, ya qızıl qoyur, ya üzüh. Hər nəsə. Bını qız oynadığı yerdə yaylığının üjünə düür. Məclis bağ­lanannan sora gəlillər evə. Qız deer ki, a qızım, fılan kişi sənin yaylığın üjünə nəsə düydü. Onu aş, baxax görax nədi. Baxıllar ki, ya qızıldı, ya nədi, ya hər nədi? Deer, qızım, o, oğluna isdiyir səni. İndi razısanmı getmağa? Ya razıdı, ya razı dööl. Onda ona yedəh­ləmə də deermişdər, quyruxlama da dermişdər. Bax o, yoxdu indi. Ona həm quyruxlama deermişdər, həm yedəhləmə. Deməh, razıdı­sa, o (yaylığının üjünə düydüyü şey), qalırmış bir həfdə. Bir həfdə qalırmış. Bir həfdiyə qayıtdı, qayıtdı, qayıtməsə, bil ki, razi deyil ki, boşda getsin. Bir həfdə qalanda elçilər gedirmiş. Qalası döyülsə, həmən günü gətirif verirmişdər sahabına. Bax o yoxdu. Bı nişan­narda, toylarda deyillər, o yoxdu. (Söyləyici bu adətin Kəlbəcərin konkret hansı kəndində olduğunu dəqiq xatırlaya bilmədi – top.).


II mətn

İndi o vaxdı maşın nə gəzir, atınan gətirirdilər. O vaxlar atı­nan gəlin gəlirdi. Onu da gərəh atın üzəngisi, yəhərin üzəngisinnən dayna, belə bir adam tuteydi. Onun üzəngisinnən bir şey keçirsən, o gəlin xoşbaxd olmurdu. Elə bir düşmən ola, da elə bil bı adama rəqib kimi. O gələ üzəngidən bir şey keçirə, ayınnan-oyunnan da bir daşdan-qayadan, zirdən-zivildən, onu deyirdilər, gəlin gedən qız xoşbaxd olmur. Onun üzəngisinnən tuturdular. Gəlinin də başına qırmızı atırdılar o vaxdı. Gətirirdilər, gərdəh qururdular. Gəlin bir neçə, elə bil ki da, bax illafca yaşdanıf bir beş il-on il keçincən elə o gərdəyin dalında yatıf dururdu. Elə bil uşağı-zadı olanda, o gər­dəyin dalında saxlıyırdı. Misalçun, qaynateynan danışmırdı, qayın­nan danışmırdı. Ta ki, qojalıncan e, illaf belə.



Aşığ olurdu, aşıx çalırdı. Bizdə elə bil üş gün, üş gecə aşıx çalırdı. Onda da resdaran yoxudu ki, dəəsən. Gedirdih malın damın­da elə bil bəziyirdilər-eliyirdilər, palaz-zad tuturdular, düzəl­dir­dilər, o aşıxlar bırda çalırdı. Gejə savaxhen çalıf oxuyur­du­lar, elə həylə yu­xulaşa-yuxulaşa qulağ asırdıx. Dasdan oxuyurdu­lar. Şah Ab­basdan oxuyurdular, onnan soora, Abbas-Gülgəzdən danışır, oxu­yurdular. On­nan soora, nəvilim, belə-belə dayna, hamısınnan, hansı olurdu.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin