Qarabağ: folklor da bir tariXDİR


NİYƏ İMAM EHSANINDA HƏDİK BİŞİRİLİR?



Yüklə 3,83 Mb.
səhifə128/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   124   125   126   127   128   129   130   131   ...   228
NİYƏ İMAM EHSANINDA HƏDİK BİŞİRİLİR?
İmamnarın qırxında mənim gəlinim həmişə hədih bişirər. Uşağın dişi çıxanda da bişir, imamnarın qırxında da əsas hədihdi. Mən eşitdiyimə görə, guya ki, imamnar ac-susuz, yavannıxsız qırılıf da. Çöllühdə qırılanda orda deyir, qurban olduxları­mızdan biri yerdən elə bil qarğudalı tapıf. Sahəymiş, boş sahə. Biri biraz buğda tapıf, biri biraz nəysə. Nə bilim nə atmırıx? Noxut tapıf da. Çölçüymüş. Bılları gətiriflər, atıflar suya topa. Bını atıflar ki, bir yerdə qaynasın, bişsin ki, bıllar ajdı da, yesinnər. Ona görə də indi imamnara ehsan kimi hədih verillər ki, elə bil ki, imamnar aj olan vaxdı. Adın eşidərsən, Heyran məllim deyillər e, şəhərdə. Kətdəndi. Rayonda ikinci katibidi. Bax o kişinin xalası qızı. İlimiz on iki ay onun anası hədih bişirərdi ehsan kimi. Bişirirdi, məsələn, qonuma-qonşuya, elə bil, qabda qoyurdu, verirdi. Məsələn, halva çalınır, yeməh pişirilir. Ancax ki, hədih gərəh bişirəsən. Mənim gəlinim Gülbəniz də Çərəkənni qızıdı, həmməşə hədih bişirir. Həzrət Əli yerin, göyün pəhlivanıdı. Deyir ki:

Dadıma yet, ya Əli,

Şiri-xuda, ya Vəli.

Həm Əlisən, həm Vəli,

Yerin, göyün ləngəri.
QASIM OTAĞI” ŞƏBEHİ
“Qasım otağı”nı qırmızı bəziyirdilər. Gərəh onu qəlbiynən aparasan. Çıxırdı, kejavanın içində iki dənə qız otururdu. Niyətdi­yirdilər onnarı.

Mənim yadımdadı, birində Səkinə oturmuşdu. Birində də Zi­ba xalanın qızı vardı – Nərminə, o oturmuşdu. Nəysə, bunu (kəjə­vəni) evin başıynan fırrıyırdılar, gəzdirirdilər. Qızdarı hərriyirdilər ki, sağalsınnar, nə bilim, onnan sora baxtları açılsın. Qırmızı ke­ja­vadı, deyirdilər ki, “Qasım otağı”dı. Bax onnarı oreynən gəzdirir­dilər.

Sora biri şikast gəldi. Biri şikast gələndə, Bəyim ağa kəsdi qavağını. Dedi ki, mən ona söz vermirəm o düzələ. Heş düzəlmədi də. Mən onu söz vermirəm o düzələ. O sooradan oluf, anadangəlmə döyül. O, sooradan oluf, ona iynə vuruflar, onun qılçası quruyuf, şikasd oluf. Onu mən söz vermirəm. Həmin qız bu sahat da durur.

Adam yaman çox gedirdi, ey, ora, məhərrəmlihdə. Elə bil məhərrəmlih orda çıxırdı, orda keçirdi. Şaxsey vuran kim, başına döyən kim, bax heylə şəbeh çıxardırdılar.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin