Qarabağ: folklor da bir tariXDİR


SÜLEYMAN PEYĞƏMBƏR VƏ BAYQUŞ



Yüklə 3,83 Mb.
səhifə145/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   141   142   143   144   145   146   147   148   ...   228
SÜLEYMAN PEYĞƏMBƏR VƏ BAYQUŞ
Hə, çox şey billəm. Bir də Süleyman peyqəmbər quşun dilin bilirmiş. Hə, bütün quşdarın hamsın yığırmış, elə bil, də müşavirə kimi, iclas eliyirmiş. Bütün quşdar hamısı gəlirmiş, bı qarauş gəl­mirmiş. İndi bəyquş eşitmisanmı? Onun adın qoyup bəy quş. Hə, bütün quş hamı gəlip yığılırmış, bı, hamıdan sora gəlirmiş. Günnə­rin bir günü bını xırxalıyır, deyir, ey mənim quşum! Deyir, bəli. Deyir, sən niyə mənim çağrıma hebelə gəlirsən? Mən Suleyman peyqəmbərəm, özü də bütün quşun dilin bilirəm mən. Görəh sən niyə belə gəlirsən? Bının səbəbi nədi? Deyir, ya peyqəmbər, canım saa qurban olsun, mənim bir atam var, o qədir qojalıf ki, tükü tökülüf təmiz. Gözdüyürəm, quşdar gəlir, hamı keçir, onnan sora onu tərgidif gəlirəm. Deyir, onu mənim hüzuruma gətirə bilərsən? Deyir, hə, gətirərəm. O biri çağırıxda alır qanadının üsdünə qarauş bı lütü – atası lütümüş – bını gətirir Süleyman peyqəmbərin hüzu­ru­na. Deyir, ey mənim quşum! Deyir, bəli. Deyir, söylə görax bir bı qədir qojalmısan, dünyada nələr görmüsən? Deyir, ya peyqəmbər, dünyada çox şey görmüşəm. Deyir, qanadımın quvvalı vaxdıdı, qanad çalıf bir qərinə yol getmişəm. İndi bir qərinə neçə ildisə, bilərsən də onu (mənə müraciət edir – top.). Gedif çıxmışam bir vi­ləyətə, gün kimi ora yanıp. Baxmışam ki, oranın tikilisi hamı qı­zıl­dan, gümüşdəndi. Okqədir maa orda hörmət eliyiflər. Hansı qa­pıya gedif qommuşam, maa heyvan kəsif atıflar. Maa o qədir baxıflar ki, ta heç o evdən gəlməh isdəmirdim. Neçə il orda qaldım, onnan sora durdum bir də qanad çaldım, deyir, dedim gedim görüm öz viləyə­timi. Deyir, gəldim ki, elə həmən daşdı, həmən viləyətdi. Deyir, burda bir də qaldım. Bir xeyləh də qalannan soora deyir, durdum bir də getdim, deyir. Bir də getdim həmən viləyətə çıxdım ki, hə­mən gördüyüm o qurqu-pusatlar yoxdu. Ancax kərmə qalağıdı, soo­ra daxmalardı, torpağ altda qalan. Deyir, bı kərmənin üsdə qondum, tarap maa bir güllə atdılar, o kərmənin üsdə qondum, tarap maa bir güllə atdılar, peyqəmbər sağ olsun, ordan qaçıf canımı qutarmağı özümə bir iyitdih bildim. Dünyanın sifdəsin elə gördüm, axırın daxma, kərmə-qalaxlı gördüm. Həə bax o da həylə nağıldı.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin