Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə155/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   151   152   153   154   155   156   157   158   ...   228
KORUN NAĞILI
Kor yolnan gedirmiş. Əlində bir ağaş varmış. Gedə bilmirmiş dana. Bir kişi də arvadıynan gedirmiş. Arvat ürəyi yumuşax olur. Deyir, ə, sən Allah, bunu da götür, aparax kəntdə buraxax. Deyir, o Allahın düzgün bəndəsi olseydi, kor olmazdı. Mən onu götürə bilmərəm. Nəysə, arvatdı dana. Kişini üzdən-gözdən salır, koru götürdür. Gedir, kəndin içinə çatanda gözü görmür, başdıyır çığır­mağa, ay aman, ay haray, ay dad, bu, arvadımı da əlimnən alır, eş­şəyimi də. Deyir, ə, mən?

Nəysə, camahat yığılır. Deyir, hə, aparın buları salın tövlüyə, hərəsinin də qapısının ağzına bir qaroolçu qoyun. Görün nə danışırlar. Gedillər arvadın qapısına. Deyir, mən öyü yıxılmış, mən dili tökülmüş, mən elədim, kişi götürmürdü.

Gedillər kişinin qapısına. Görüllər ki, deyir, sən öl, bu arvadı öldürməh lazımdı e. Bax dedim ki, bunnan bizə xata gələjeh, dirəndi ki, götür. Mənim nə günahım var, məni qapılarda qoydu. Gedillər görüllər ki, kor bir nağıl oxuyur:

Ay məntəkə, məntəkə,

Sən öl, bir iş görmüşəm,

Əgərçi gəlsə başa.

Çağırıllar bu qaroolçunu. Ə, nə deyir? Deyir, bəs belə-belə. Koru bəs deyincə çırpıllar. Kişinin də arvadını da verillər özünə, ulağını da.
SAĞALMAZ XƏSTƏ
Bir ayilə olur. Bu ayilənin bir oğlu olur – gözdərinin ağı-qarası. Bu oğlan uşağı xəsdə olur. Bunu aparıllar kənddə ən yaxşı seçilən loğmanın yanına. Loğman uşağa baxır, deyir ki, bu uşağa elə bir şey lazımdır ki, mən onu bullara deyə bilmərəm, valdeyinnər onu eliyə bilməz. Nə qədər dəva-dərman yazır, xeyri olmur. Deyir, buna əlaş yoxdu, götürün, gedin. Ta bu da yekə oğlandı da. On altı, on yeddi yaşı olarmış. Oğlan baş alıb gedir. Deyir, ras ki, öləjəm, harda ölərəm, ölərəm. Gedir çıxır bir düzü-biyabana. Xeylax yol gedir, ajır bərk. Gedir, görür ki, bi dənə çobandı, bir sürü qoyun otarır. Həə. Çobana yaxınnaşır. Deyir ki, ay çoban qardaş, yaman ajmışam, maa süd ver, içim. Çoban deyir, ay bala, burda heş nə yoxdu də, nəyin içinə sağım bını? Get bir gör nə tapırsan, gəti. Bı da gedir, hərrənir, fırranır, bi dənə insan kəlləsi tapır, gətirir. Gör ha, insan kəlləsi. Ona hər adam əl vıra bilmir, qorxusunnan. Nəsə, gedir, gətirir, təmizdiyir bını. Gedir, bi dənə qara qoyunu tutur, oon südünü sağır bı kəlliyə, ta bı qayırdıxları çanağa. Bını bırda qoyur. Gedir ki, gedim çörəh qırıntısınnan-zaddan da tapım, gətirim, içinə doğruyum, yeyim. Qoyduğu səmtdə bi dənə gürzə ilanı gəlir, zəhə­rin tökür həmən südün içinə. Südün içinə tökür, bı da gözüynən baxır. Deyir, həə, elə mənimki bıra qədərmiş də. Çörəyi doğruyur bıın içinə, bını yeyir. Deyir, ölərəm, ölərəm, qalaram, qalaram. Nəy­­sə, yeyir bını, qutaranda görür gözdərinə işıx gəlir. Bı tamam yaxşılaşır, sağalır. Ayləsinə qayıdır. Anası görür, bı, sağlam qayı­dıp. Deyir, ana, get, həkimə denə ki, bəs sən deyirdin, buna çarə yox­du. Amma mən görürsən, yaxşı oldum, qayıtdım. Gedillər Loğ­manın yaana. Loğman deyir, bilirəm nəyə görə gəlmisıız. Ay qar­daş, mən hardan aleydim göy gözdü insanın kəlləsini ki, içinə qara qoyunun südünü tökeydim, gürzə ilan da gəlif içinə zəhər tökəydi. Mən bını sizə deseydim də, axı siz bını eliyə bilmiyə­ceydiz. Onun dərmanı buydu.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin