Qarabağ: folklor da bir tariXDİR


LДTİFДLДR MOLLA NƏSRƏDDİN



Yüklə 3,83 Mb.
səhifə158/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   154   155   156   157   158   159   160   161   ...   228
LДTİFДLДR
MOLLA NƏSRƏDDİN
MOLLA VƏ BƏY
Rəhmətdih Molla Nəsrəddin gəlif oturmuşumuş. Bir kişi gəlif­di, bulağın üstündə oturmuşumuş, yeyiv, içiv. Heş mollaya demiyiv irəli otur, çörəh yeynən, çay iç. Deyif ki, kətdə nə var, nə yox, molla? Deyəndə bunun da ajığı tutuf dayna. Deyif, nə bilim, Vallah, pişiyiniz ölüf. Deyəndə deyif, o, nə deməhdi? Pişih ölüf. Niyə ölüf ki, pişih? Deyif ki, nə bilim, arvadın irəhmətə getmişdi, o da oğəntər ətdən-zaddan, ehsannan yeyif, dalıncan da o öldü. Ə, nə danışırsan, mənim, deməh, arvadım ölüf? Altı aymış gedirmişdər bınnan irəli, altı aylıx dayna, dağa, arana, Məkgiyə. Altı ay çəkirmiş. Deyif, oğlun öldü, arvat da dözə bilmədi, bağrı çatdadı, arvad öldü. Onun da dalıncan pişiy öldü. Dəəndə, deyif ki, ə, nə danışırsan? Qalxıv ata minəndə, deyif ki, qoy bu çuxamı da qoyum atına, aparınan. Dəəndə deyif, ay molla, o çuxanı mən kimə verəjəm? Bu haynan gedirəm. Deyiv, çuxa öz-özünə gedəjəh? Deyif, ay molla, dəlisən, cinnisən, öz-özünə çuxa yeriyər? Deyif ki, özüm də içində olajam, hara la­zımdı, gedəjəm. Onnan sora onu götürüf tərkinə aparıf, gedif görüf, hamısı da yalandı. Onu alladıf heylə molla.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin