Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə165/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   161   162   163   164   165   166   167   168   ...   228
NƏ VAR BUNLARIN İÇİNDƏDİ
Bir gün dosdar yığışır deer, gəlin mollanı ələ salax. Görəh ney­niyəjəh. Deellər, molla, yığış gəl bizə. Qonax çaarıllar. Hamı­mız bir isdolda oturax, bişirəh, yeyəh. Bu gətirir qabaana ot qoyur. Buğda çıxır ey, heylə bir ot yolur, gətirir qoyur qabaana. Bu da deer ki, yəqin yeməh-zad bişif, nəysə gətirəjəh ev yəəsi. Molla belə baxır, baxır, deer, bu nədi? Boşqavlar da düzülüf hamısı. Deer, bəs bu nədi, niyə belə elədin? Deer, nəyi niyə elədin? Bunnan un da çıxır, çörəh də çıxır, onnan sora aparırsan, bişirirsən, olur hər şey də. Göydən-göyərtidən, otdan da buğda əmələ gəlir də ona görə. Deer, eybi yox, siz maa indi kələh gəldıız. İndi görün mən sizin başııza nələr açaram. Bir müddət keçir, molla deer, ay dosdar, yığışın gəlin bizə, bir qonaxlıx verəjəm. Gəlillər, oturullar. Deellər, yəqin bu ədəb-ərkannan qonaxlıx verir. Boşqaflar da düşür, gətirir qabaxlarına mev çubuğu49 qoyur, isdolun üsdünə. Deer, göturün yeen də. Deer, bu nə deməhdi bəs? Deer, bəs siz mənim qabaama ot qoyanda yaxşıdı? Bax bu həm üzümdü, içinnən şərab çıxır, doşaf çıxır. Nə var bunnarın içindədi... Molla Nəsrəddinin belə çox şeyləri var.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin