VAR-DÖVLƏT TOPLAMAĞIN AXIRI Bəhlul Danəndə qardaşı xəlifəynən otumuşdu bir məclisdə. Bəhlul Danəndə də qapı tərəfdən oturmuşumuş. Yeməh gəlir, yeməh gəldikcə Bəhlul Danəndə götürür yeməyinnən tulluyur çölə. İtdər, pişihlər bir-biriynən yeməyin üsdündə boğuşurdu. Bağdad Xəlifə deyir, Bəhlul, nə oyun çıxardırsan? Deer, nə oyun çıxardajam? Yeməyimnən o itdərə, pişihlərə atıram ki, sən baxıf biləsən ki, var-dövlət toflamax pisdi. Öləjeyih, bizə qısmat olmuyajax. Bax heyla varın üsdə dalaşajaxlar. Onu sana görsədirdim.