Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə177/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   173   174   175   176   177   178   179   180   ...   228
ALXASLI50 LƏTİFƏLƏRİ
MƏRİFƏTLİ MÜƏLLİM
Kim Alxasdı kəndinə gedirmişsə, ona ad qoyurmuşdar. Bir məllim olur, gedir çıxır bınnarın (Alxasdıların – top) yanına. Gedir, deer ki, maa ad qoymuyun da, mən sizə müəllim gəlmişəm də, iş­də­məyə. Ayıfdı, maa ad qoymuyun. Mən mərifətdi məlliməm da, maa ad qoymuyun. Deer:

– Ay oğul, day sən özün öz adıı qoydun. Sənin adın qaldı mərifətdi məllim.


CƏFƏR”İNİ BİZ DEYİRİK
Cəfərquludan soruşullar ki (alxaslılar – top), gədə, adın nədi? Deef:

– Cəfərqulu.

Deef:

– Adın çox uzundu axı.



Deeflər:

– “Cəfər”ini biz deyirih, qulunu aşağı kətdər.


GÜLƏYƏN ALXASLILAR
Molla Pənah addı kəlbəcərri molla oluf. Bu imamnarın qırılan günündə deeflər, molla Pənah, gəl mərsiyə de, camahat ağlasın. Onnar da (alxaslılar – top) gülən camahat oluf. Hər sahat ağlıyan camahat dəyildi. Məsələn, ölüləri düşsün, iki gün sora öz lətifə­lə­rinnən deyif, güləjəhlər. Molla gedir, mərsiyədən deer, görür ağlıyan yoxdu. Deer, Vallah, üş gündü mən mərsiyə deerəm, dizimə döyü­rəm. Alxasdını ağlada bilmirəm, elə gülüllər ki, gülüllər.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin