Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə184/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   180   181   182   183   184   185   186   187   ...   228
HAZIRCAVAB MOLLA
Hə, bir gün də qəbirsannıxda genə bir molluya Quran oxut­durullar, bayramqavağı. Bir çoban yaxınnaşır, deyir ki, molla, mə­nim atama Quran oxu. Özü də molluya çıxardıf üç manat verir.

Bu heyndə bir nəfər də bahalı maşınnan – Pradoda, Leksusda gəlir. Molluya deyir:

Ay molla, mənim də atama bir Quran oxu.

Çıxardıf, molluya əlli manat verir. Molla tezbazar eliyir, əyaxdan, başdan, ordan-burdan oxuyur. Bı çobanın atasının Quranı­nı tamamlıyır. Çönür, bu bahalı maşında gələnin atasına uzun-uzadı Quran oxumağa başdıyır. Əlli manat alıf axı. Uzun-uzadı oxuyur.

Çoban da bına qulağ asır. Özü də çox cantarax adam olur ço­ban. Ollar maşına minif gedənnən sora yaxınnaşır molluya. Deyir:

– Ə, bədbəx oğlu, bədbəx, bə mən də dədəmə görə saa pul verdim. Ama sən xırda, tezbazar, qısa elədin, bıllara uzun, çox oxudun.

Molla görür ki, işin orası döyül, çoban əlin çomağa atsa, onu vuruf öldürəjəh. Deyir:

Bura gəl, görürəm ki, sən özün də tez başa düşən adamsan. Mən sənin atanı da tanıyırdım. O da tez başa duşəniydi. Bılların da atasını tanıyırdım. Çox gej başa düşən adamıydı. Onçun onun Quranı uzun-uzadı çəhdi.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin