Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə189/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   185   186   187   188   189   190   191   192   ...   228
BİR DƏ ONU BANLADIM?
Hə, bir də deyir, bu kişi xəsdələnmişimiş. Oğlu gəlir deer, a dədə. Deyir, nə deyirsən? Dədə, durum gedim bir çolpa gətirim, kə­sim, yeginən. Deyir, ay oğul, bı ölən vaxdımda bir də onu bannadım?
İKİ DƏNƏ QARAÇUXALI
Bir nəfər dokquz aya yoldaşına bir çuxa toxuyur. Biri də bir aya toxuyur. Bunnarın yolu bir gün bir düşür. Bu gedəndə bunun dalıncan bı dokquz aya çuxa toxuyan arvat da durur gedir. Görür yolda bir kişi oturuf. Deer:

– Qardaş, bı yolnan keçənnəri gördün, görmədin?

Deer:

– Gördüm.

Deer:

– Nətəər gördün?

Deer:

– İki dənə qaraçuxalı gördüm.



Bını belə dəəndə arvat əlin vurur dizinə, deer:

– Vay əvi yıxılan canım, mən dokquz ay əzyət çəkif bını toxumuşam, bu da bir aya yoğun-yoğun ilməliyif çıxa toxuyuf. İndi ikisi də oluf qaraçuxalı.


HAİNDİ KTO TAM?
Bir gün bir nəfər bir şəkilinin təzə doğulan uşağını götürüp Rusiyaya aparır ki, bu uşağı burda böyüdəcəm görüm, bu da böyü­yəndə haindi deyəjəh?

İllər keçir, uşax yeddi-səkkiz yaşına çatır. Uşağın valideynləri Şəkidən uşağı yoxlamağa gəlillər. Qapının zəngini basıllar. Uşax gəlif qapının arxasınnan soruşur:

– Haindi kto tam?


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin