Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə190/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   186   187   188   189   190   191   192   193   ...   228
QOYDUN Kİ, DEYƏM?
Bajım qızı danışırdı. Ölmüşüh gülməhdən. Deyir ki, otumuş­dux marşurutda. Bakıda olullar onnar. Deyir, marşurutda otumuş­dux, bir də gördüm bir uşax girdi qapıdan. Adam da çoxdu, deyir, bına yazığım gəldi. Bını aldım belə qujağıma, bərh-bərh bas­dım qujağıma. Deyir, birdən gördüm ki, mana baxıllar, gülüşüllər. Deyir, dedim nətəər yanı, nolufdu ku, mana baxıf gülü­şüllər? Deyir, birdən gördüm ki, bı qujağımdakı uşağa da baxıllar. Belə əyildim, baxdım, bir saşdı-sakqallı kişidi, ama xırdaja e, bax bı boyda. Deyir, belə itələdim bını. Deyir, nətəər itələdimsə, deyir dedi ki, niyə məni öl­dürürsən? Dedim, Allah səni vırsın, bəs niyə demirsən? Deyir, dedi qoydun ki, deyəm? Mən çıxan kimi qucağına aldın məni.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin