Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə193/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   189   190   191   192   193   194   195   196   ...   228
HAMIYA DIZ, MAA DA DIZ?
Biz tərəfdə bir qalxoz sədri varıdı. Əlinə fürsət tüşən kimi qalxozun fermasını söküp dağıdırdı. Nəysə. Bir gün fermiya yoxla­ma gəlir görür ki, munun dört dənə erkəyi əskik gəlir. Əskiyə görə bunu divan-dəriyə çəkillər. Sədir işinin fırığ olduğunu görüp əvvəl­dən prakroru görür. Əlaltınnan ona da dört erkəh göndərir. Prakror da bunu başa salır ki, məhgəmədə sənə nə desələr, sən “dız, dız” de. Qoy elə bilsinnər ki, dəlisən. Sənnən əl çəhsinnər. Helə də olur. Məhgəmədə sədirdən nə soruşullar elə deyir, “dız, dız”! Özünü prakrorun dediyi kimi dəli qələminə qoyur. Elə ordanca munu dəli adıynan buraxıllar.

Deyillər, “Dadanan qudurannan pis olur”. Bu sədir də qalxo­zun malına dadanıbmış. İşə qayıdan kimi genə başdıyır qalxozu da­ğıdıb yeməyə. Genə bunu tutullar. Bu dəfə də işini ehdiyatdı tutmağ isdiyir. Prakrora ürüşvət göndərir. Ama prakror götürmür. Köhnə prakrorun yerinə təzəsi gəlmişimiş. Məhgəmə olur. Məhgəmədə prakror sədirə nə sual verir, sədir başını buluyup, “dız, dız”, – deyir.

Təzə prakror da beləsini çox görüpmüş, sədrin fəndini bilip deyir:

– Hamıya dız, maa da dız?

DİNİ ÇIXSIN
Yeməyi bişirif arvat qoyuf yerə. Uşaxlar da ağlıyırmış. Evə qo­nax gəlipbiş. Adı Diniymiş. Arvat deyif, ay bala, qoy bir dini çıx­sın, yanı bu qazan soyusun, verim da. Bir dəfə bu uşağ ağlıyır ki, çörəh ver, iki dəfə ağlıyır ki, çörəh ver, ajınnan ölürüh. Deer, ay köpəyqızı, mənnən ötrü bu uşaxlarını niyə qırırsan? Bu da, Dini. Ar­vat quruyur, deer, ay qardaş, nə danışırsan? Deer, səhərdən de­mirsən Dini çıxsın? Bax bu da Dini, çıxıram. Uşağa çörəh ver!


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin