Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə198/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   194   195   196   197   198   199   200   201   ...   228
AŞIQ ALI
I mətn

Aşıx Alı qızılvənglidi. Bir gün Alının atası gedir bazara ət alır, yeməh-içməh. Oturullar, yeellər, içillər. Arvad deer ki:

– A kişi, gəlsana bu oğlumuzu evləndirəh.

Deer:


– Noolar.

Kəndin başınnan sayır, filankəsin qızın alax. Aşıx Alının dədəsi deer:

– Yox, onu demə. O qızın atası otun, biçənəyin üsdündə mən­nən dalaşdı, höcət adamdı.

Dedi:


– Neynəh.

Arvat kəndin ortasınnan yenə bir qızın adın çəkir.

Deer:

– Yox, yox, onun anası dillidi, balası da onnan betər olajax.



Nəysə, deer, kəndin əyağınnan özdərinə bərabər bir qız taf­dı­lar. Onu Alıya deyillər. Alı da anasına gizdində dedi ki, ana, mən onu almıram. Mamırrı kəndinnən Nifdalının qızı Bəsdi xanımı alajam.

Bu dəfə kişiyə deellər ki, get Bəsdini isdə, gör, verillər? Aşıx Alının dədəsi gedir çıxır Nifdalının qapısına. Bullar çox varrı ada­mıdı. Deellər, elə erkəhləri vardı, ikisi beş manıt qızıl pul eliyərdi. Getdi, qapını tıkqıllatdı. Aşdılar ki, Aşıx Alının atasıdı, İmirza kişidi. Öz ürəhlərində dedilər ki (ev sahibləri fikirrəşir), Səməd ağa olara vergi qoyuf, gəlifdi pul isdəməyə. Dedilər ki, xoş gəldin, xoş belə, on beş belə.

– Əşi, nə yaxşı bura gəlmisən?

Aşıx Alının dədəsi dedi:

– Vallah, oğlumu evləndirməh isdiyirəm, onçün gəlmişəm.

Dedilər:


– Allah mübarəh eləsin.

Dedi ki:

– Bəsdi xanımı isdiirih oğluma, ona görə gəlmişəm.

Qızın atası isdədi bir şillə vura, arvad qoymadı. Dedi:

– Vurma, kasıfdı, sən onu nəyçün vurasan?

Deerlər:


–Sənnən otuz erkəh isdiirih.

Deer:


– Baş üsdə.

– Toy xərcin sənnən isdiirih, otuz manat da qızıl pul isdiirih.

Deer:

– Baş üsdə.



Aşıx Alıgilin də heş nələri yoxudu. Gəlif evlərində olduğu kimi danışanda Aşıx Alı paltarın götüdü, sazın götüdü, dedi:

– Allah elin, obanın, camaatın canın sağ eləsin, Türkiyəyə ge­dim, Sultanın yanına. Çalım-oxuyum, qazanım, gəlim qızı alım.

Gedir Türkiyiyə, bir neçə aşığınan bölünüllər dəsdə-dəsdə. Aşıx Alı da gedif düşür bir varrı, imkannı sultanın imaratına. Pul tof­lamışdı, qoymuşdi stolun üsdünə. Görür ki, bir zırıkqalı aşıx gəldi pulları yığdı dəsmala, getdi. Bu dəfə Aşıx Alı getdi haman bə­yə, xotkara dedi ki, bəs, başıma belə iş gəlif. Mən filan yerdə­nəm, filan tərəfdən, ətraflı danışdı. Həmən bəy deer ki, o səni bağlıyıf, ənamı o adam götürüf. Deer, dedi ki:

– Məni bağlamıyıf, maa heş-zad demiyif.

O vax Sultan bəy əmr elədi, gedif haman aşığı gətirillər. Bu aşıx da belə desəh, həmən sultanın aşığı idi. Onda Aşıx Alı deer, hör­mətdi bəy, bax o da sənin aşığın, pulumu yığdı, apardı. Xeyir iş eliyəjəhdim. Pulumu yığdı apardı, mana da heş nə demədi. Sultanın aşığı da deer ki, mənsiz gəlif buruya, çalıf, oxuyuf, onçun pulunu aldım.

Aşıx Alı da deer:

– Bəy, o maa nə söz deyif, nə də bağlıyıf. Burda maa desin, cavaf verə bilməsəm, pulum halaldı.

Onda Sultanın aşığı qabağa düşdü, Aşıx Alıya qıfılbənd dedi, cığanı aşdı. Aşıx Alı dedi, o aça bilmədi.

Haman bəy dedi:

– Qal, sən bu güjün, sözün sahibisən.

Deer:

– Yox! Məni atam, anam gözdüyür. Nişannım var, gözdüyür, incimə.



Aşıx Alıya bəy də çoxlu pul verdi. Gəldi çıxdı Göyçüyə, Qızılvəngə, qapısın tıkqıllatdı. Durdular, qapını aşdılar, gördü ki, anası ağlıyır. Çoxlu da pul gətirmişdi. Deyir:

– Ana, niyə ağlıyırsan?

Deer:

– Bəs dedilər Aşıx Alı ölüf, Bəsdi xanımı filankəsə verillər, üş gündü də toyudu, ona ağlıyıram.



Aşıx Alı, deməli, səhərə yaxındı, sazın götürdü, getdi həmin toyxanıya. Orda bax belə dedi ki:

Yar yanında günahkaram,

Doğru sözüm yalan oldu.

Yeriş etdi qəm ləşkəri,

Könlüm evi talan oldu.
Bax bu qaşa, bax bu gözə,

Yandı bağrım, döndü közə.

Keçən sözü çəhmə üzə,

Keçən keçdi, olan oldu.


Aşıx Alı sana qurban,

Gəl eyləmə bağrımı qan.


Əldən uşdu tüləh tərlan,

Sar da kəhlih alan oldu.

Bəsdi gördü ki, Aşıx Alının səsidi. Pərdənin dalınnan baxdı ki, Aşıx Alının özüdü. Dedi ki, mən bu oğlana getmirəm.

Etmə, eləmə. Ordan Aşıx Alı toya çəkilən xərci qaytardı. On­nan soora Aşıx Alının atası, anası da gəldi. Bəsdini apardılar evlə­rinə. Toyların elədilər.


II mətn

Kəndin qocaları söybət eliyir ki, Aşıx Alı şıx oluf. Öləcəyi günü, vaxdı bilirmiş. Ona görə ölümünə yaxın Qızılvəngə dönüf ki, arvadı Bəsdi xanımnan halallaşsın, görüşsün (Bəsti xanımın qəbri nəzərdə tutulur – top.).

Deellər, Aşıx Alı Kəlbəcərdən geri qayıdanda laf qojal­mı­şımış, gözdəri də görmürdü, Bəsdinin üsdə gedəndə, and içillər ki, cavan oğlana dönüf, on səkgiz yaşındakı kimi. Yol boyu da şeyir deef, yanıxlı-yanıxlı oxuyurmuş:

Xilqəti pakizə, huri-qılmanım,

Zahirdə insanım, bir dayan görüm.

Ümidim, pənahım, cismdə canım,

Səfalı sultanım, bir dayan görüm.
Təbim, taqətim, vuran biləyim,

Səada sabahım, arzu diləyim.

Yerdə ahu, pərim, ərşdə mələyim,

Düzlərdə ceyranım, bir dayan görüm.


Gejələr Ayımsan, gündüzdər Günəşim,

Qərx olum ziyana, qoynunda bişim.

A nurru sabahım, çərxi-gərdişim,

Ömürdə sükanım, bir dayan görüm.


Alının əfqanı deyildi əbəs,

Din, danış, ruhumdu o sehirri səs.

Səjdəndi inamım Beytül-müqəddəs,

Afətim, imanım, bir dayan görüm.

Oxuya-oxuya gəlif məzara çatanda birdən ayılıf. Üzün sürtüf torpaana, cavannıxda dediyi şeyiri onun qəvrinə deef:

Sən şəms, mən kənarında sitarə,

Rüsxət ver, sərinə dolanım, Bəsdi.

Can fəda eylərəm, ey mahiparə,

Budur sərmayədən olanım, Bəsdi.

Bunu qızılvəhlilər gözdəriynən görüf. Deellər onnan soora Alını heş vax eyni açıx görmüyüflər.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin