MİFOLOJİ MДTNLДR, ДFSANД
VД RДVAYДTLДR
İNSANIN YARANMASI
I mətn
Dünya suyumuş, birdən suların yarsı quruyuf torpağ oluf. Əmmə birinci cannı balıxlar olufdu. Mən elə billəm ki, palçıxdan yaradıfdı qurban olduğum sifdə adamı. Soora bulara üfürüf can verif. Sifdə Adəmi yaradıv özü də. Soora fikirrəşif ki, ə, bı bir nəfər nağayrajax, mən niyə bir nəfər yaratdım da? Heyvannarı çüt-çüt yaradırmış: bir dişi, bir erkəh. Görür kü, adamı bir dənə – kişi xeylağı yaradıf da. Bunu nağayrajax? Soora qurvan olduğumun ağlına gəlif, Havvanı Adəmin qavırğasınnan yaradıf. Onçün deyillər ki, yarı insan. Qabırğadan yarandığına görə arvad ərin yarısı sayılır. Həə, durup arvadı da yaradıf, nəysə, bu da oluf Həvva ana. Bıllara da qəşşəh cənnət bağı yaradıf. İndi biz belə olmuyajıymışığ e. Deməh, cənnət bağı yaradıfdı, bıllara da deyifdi ki, bax bı gözəl bağları, meyvələri sizə yeməh yaratmışam da, bağ sizin olsun. Bı meyvələri yeyin, amma ortada deyif, bi dənə ağac var, ona toxunmuyun da. Qurban olduğum deyif ki, o, sizə ayit deyil da. Bı cənnətin hamısı sizindi. Bırda meyvələrdən nə isdəsaaz var. Bı ağaca toxummuyun. Bıllar da bir gün, beş gün, nəysə, gəzif-dolanıf yeyiflər. Bir də bu kor şeytan gəlif cənnətə, Həvva ananı yoldan çıxardıf. Deyifdi ki, o bi dənə ağaç var ha, onu Qurban olduğum özünə saxlıyıf, onu sizə niyə vermir? O yaxşı şeydi ki, onu sizə vermir da. Sizə ayrısın verir. Ged o almadan ye. Arvad gedif. Onçun deyillər ki, arvad öləndə dərin basdırıllar. Arvadın nəfsi, tamahı itidi kişininkinnən. Arvat gedif, tamahı durmuyuv almadan alıf yeyif, həmən bı qadağan olunmuş ağaşdan. Yeyif, soora kişini də yoldan çıxardıf. Deyifdi ki, Adəm, yaxşıdı, gə, sən də dad. Adəm də gəlif almadan dadıfdı. Bəs demillər, arvatdar kişini yoldan çıxardır? Həə, bax ordan yaranıf o məsəl. Soora Allah-taalaya ayan oluf ku, qadağan olunmuş sahəyə girif da bullar. Qurban olduğum bılları cənnətdən qovuf. Deyif ki, indi gedin, sizə cəza verəjəm. İndi özuuz bilərsiiz, mən sizə dedim cənnətdə durun, bı ağaca dəymiyin. Siz dəydıız, məni eşitmədıız, şeytanı eşitdıız. İndi bılları cənnətdən qovuf, deyiv özuuz bilin, nə yeyərsıız, nağayrarsıız. Qida qəbul eləməy, ifraz eləməy onnan soora yaranıfdı. Şeytana ləhnət, şeytan heylədi dayna. Şeytan Həvvanı yoldan çıxardıf.
II mətn
Allah-taala deyir ki, bəla gələjəh. Hamı dua eliyir ki, o bəla yan keşsin. Şeytan hamıya dua eliyir, özü yadına düşmür. İndi gedillər torpax gətirməyə. Həzrət Cəbrayıl gedir, hər təpədən bir az torpax götürür. Yeddi təpədən torpax gətirir. Torpağı götürəndə arı kimi şeylər uçurmuş. Bunnardan soruşullar ki, sən kimsən? Deyir, “sən sənsən, mən də mənəm”. Bunu deyənnər xristiyannardı. “Sən talıfsan, mən məxlux” deyənnər musurmandı. Allah-taala torpağı insan şiklinə salır. Deyir ki, hamınız muna səjdə eliyin, bu dirilsin. Hamı muna səjdə eliyir. Bu şeytan muna tükürür. Mının ayıb olmasın, göbəyinin yerin burub atıllar. Atıllar oyənə ki, muna Şeytan tükürdü. Elə göbəyin yerinnən atılan torpaxdan it əmələ gəlir. Bu itin də bir tərəfi Şeytandı, bir tərəfi insandı. Onunçün o, insanı görəndə tez tanıyır. Allah-taala nəhləti keçirdir Şeytanın boğazına ki, sən mən yaratdığımı bəyənmədin, tükürdün. Bu nəhlət, elə bu bəla sana gəldi. Onnan Adam ata yaranır, onnan soora Havva ana yaranır. Onnan soora bu Şeytan Allaha deyir ki, mən qıyamatacan sənin insanınnan varam.
Adəmnən Havva da cənnətdədilər. Elə bil bılara tafşırıflar ki, o iki meyvədən yemiyin, buğduynan arpadan. Qalannarınnan yeyin. Bu Şeytan hənki heyvana deyir, məni apar cənnətə. Heş bir heyvan Allahın qorxusunnan aparmır. İndi Şeytan girir ilanın qulağına. İlan da onda qanatdıymış, əyaxlıymış. Onçun ilan qiyamatacan sürüncəkli qalıf. Girir qulağına, munu aparır bıların yanına. Adam ata yatmışımış, Havva ana da uyağımış. Görüf kü, bir ağsakqal kişi gəldi. Dedi ki, hənki meyvədən yeyirsız? Dedi ki, filan meyvədən, filan meyvədən yeyirih. Deyir ki, ə, elə sizi alladıllar ki, sizi cənnətdən çıxardalar. Siz bu meyvədən yeyin, sizi onda cənnətdən çıxartmıjaxlar. Buları alladır. Bunacan da insanın elə bil ki, ayıb olmasın, çölə çıxmağı yoxumuş da. Buları yeyillər. Yeyən kimi arvad ağrıyır. Arvatda nəcis əmələ gəlir. Ağrıyanda kişi durur deyir ki, ey dili-qafil, səni Şeytan allatdı. Deyir, Şeytan dəyildi. Nəcif bir ağsakqal kişi gəldi dedi ki, bu işi görün, onda mən də onu yedim, onnan bəri başıma bu iş gəldi. Havva yalvarır, ağlıyır ki, sən də o meyvədən ye, çıxartsalar da, ikimizi bir çıxartsınnar. Onnan soora buların ikisini də cənnətdən çıxardıllar. Bu arpanın, buğdanın içinin o cızığı var ha, onu kəsif Şeytan bılara yedirdif. Bılar, bala, qırx il zulmatda qalır. Ağlamaxdan gözdərinnən yaş yerinə qan gəlir. Soora Allah-taaladan səda gəlir ki, siz tööbə eliyin, sizi bu çətinnihdən qutarax dana. Onnan soora gəlillər yerdə yaşamağa. Allah-taala bıllara cənnətdən iki öküz çıxardır. Bılara cüt gətirir, toxum gətirir, deyir, burda əkin, səpin, yeyin. Yeyin, bejərin, ta olun adam. Onnan soora gəlillər, əkillər. Deyir, öküz ağladıxcan (öküzü də cənnətdən çıxardıflar) onun gözünün yaşınnan noxud əmələ gəlir. Arvadnan kişi ağladıxcan gözünün yaşınnan istiyot əmələ gəlir. İstiyot onunçün elə acıdı. Bıların ajılı vaxdıdı.
Dünya yaranır, insannar artıllar. Deyir, əvvəllər bajını qardaşa alırmışdar. Soora bir bajı üsdündə iki qardaş dalaşır. Onacan ölüm-zad yoxumuş. Dalaşıllar, elə bil deyir, Habil vırır, Qabili öldürür, nahax qan düşür. Düşəndə bı qalır məhətdəl, deyir, mən mını neyniyim? Soora Həzrət Cəbrayıl iki quşu göndərir ki, gedin siz də bir-birinizi vurun öldürün. Quşun biri vurub o birini öldürür. Yeri oyalıyır, oyalıyır, quşu basırıllar yerə. Habil deyir, bı mını basırdı, elə mən də mını helə basırım. Ta onnan soora bu bajını qardaşa verməh qadağan oluf. Artımdan ötrü Allah-taala yol verdi. Ta nahax qan olannan soora bılara yol vermir.
Söyləyici mətni anasından eşidib.
Dostları ilə paylaş: |