Axşam çoxu yadıma düşmüşdü.
Kəhər at oynəməsin,
Çəh cilovun, oynəməsin.
Gedirsən, daldadan get,
Ürəyim oynəməsin.
Araşqının günə qoy,
Günnən götür, günə qoy.
Məni sana verməzdər,
Get əvinə binə qoy.
Araşqının dardarı,
Gəl başımın sərdarı.
Sevdiyını almasan,
Öl, qəbirə gir, barı.
Naf çoban daş cigərə,
Torpağı yaş cigərə.
Yar on beş yaşdı gərəh,
Neynirəm qoja yarı.
Pərri-pərri bılaxlar,
Lüləpərri76 bılaxlar.
Bajım sənnən su isdiyib,
Etibarrı bılaxlar.
Ay elə ud kimidi,
Göydə ildız kimidi.
Aş yorğanını, girim yerina,
Yorğanın buz kimidi.
Fikirdən, dərtdən pis
şey yoxdu. İndi birdən elə oluram, bax axşam, sənnən Gül
nar gedəndə qapıda o qədər
ağlamışdım. İrax sırfadan,
sənın canınnan. Ağlıyanda qonşu dedi, bəs mən neyniyim?
Beş qardaşımdan birceyi qalıb. Hə.. Onda qayıtdım ona dedim:
Mən öldüm ağlamaxdan,
Arxa su bağlamaxdan.
Doxdurda dərman qalmadı,
Yarama bağlamaxdan.
Dəvə gördüm sərbansız,
Doxdur gördüm dərmansız.
Ellərə dərman canım,
Özüm öldüm dərmansız.
Dəvələr qatar gedər,
Osarın satar, gedər.
Bajı da bajısın
Belə yerdə atar gedər?
Dəyirmanım pis günə,
Dən tökülür püsgünə.
Dədəm, anam girov qaldı,
Bizi qoydu pis günə.
Gəncənin boz dağları,
Tutufdu toz dağları.
Məni gələr nənəm eşidər,
Mən pis gündəyəm, a Fərmiteh dağları.
Bı dağlar aranı dağlar,
Kəsifdi aranı dağlar.
Bir cüt bacı itirmişəm, nənən sana qurban,
Gəzim haranı, dağlar?
Əlində sazın nədi?
Söhbətın, sazın nədi?
Bajını təh qoyuf gedirsən,
Bəs mana sözun nədi?
Histiroyda77 oldum xəsdə,
Yerim çırpıf salan yoxdu.
Göz qoydum, qulağ asdım,
Bı bərvada gələn yoxdu.
Bosdanda xiyar, bacım,
Canda ixdiyar bacım.
Yatdım, yuxuda gördüm,
Oyandım, ixdiyarsız.
Bı dağlar bizim dağlar,
Kölgəsi uzun dağlar.
Bırda bajım gəzifdi,
Bir durum gəzim, dağlar.
Aman fələh, dad fələh,
Heç olma gəl şad, fələh.
Bizə verdığın zəhərdən,
Bir özün də dad, fələh.
Fələyin dad əlinnən,
Əhli-bedad əlinnən.
Qaşdım da qutarmadım,
Genə tutdu əlimnən.
Dədəm oğlu üş qardaş,
Xançəli gümüş qardaş.
Bajın yad eldə qaldı,
Atını döndər, türk qardaş78.
Bı dağlar qaralıdı,
Göylüdü, qaralıdı.
Qəşəh yerişinnən tanıram,
Bizim dağ maralıdı.
Bılağ başı pıtırax,
Döşəh gətir, oturax.
Birin sən de, birin mən,
Bəlkə, dərdi qutarax.
Baba, mana yaşıl al,
Hər nə alsan, yaşıl al.
Bir bağa bağmən olmaz,
Suyu göhər, yaşıl, al.
Mən aşiq, qala yerdə,
Şəhər olmaz qala yerdə.
Qorxuram, qərib öləm,
Cinazam qala yerdə.
Mən aşiqəm, ay Mədət,
Ülkər Mədət, Ay mədət.
Dan ıldızı baş verdi,
Ayrılıxdı, ay mədət.
Mən aşıx, neynim sana,
Düşüfdü meylim sana.
Mən dönsəm, üzün dönər,
Sən dönsən, neynim sana?
Yazaram öz aramda,
Pozaram öz aramda.
Yazaram öz dərdimi
Süzgünəm öz aramda.
Yük üzündə pərdə mən,
Qəfil düşdüm dərdə mən.
İrahat əvim vardı,
Nejə yatım yerdə mən?
Asdanım hay, qalam hay,
Ərşə çıxdı nalam, hay.
Çəkildi baş kərpicim
Alınıfdı qalam, hay.
Arazın üsdüncən gəl,
Altı qum, üsdüncən gəl.
Sən Allah, əziz balası ölüb,
Yığ ağsakqaları, sən də oların üsdüncən gəl.
Arı şana, bu şana,
Arı qonmaz bu şana.
İyidə oğul gərəh,
Qızdan olmaz nişana.
Kababa da, közə də,
Kabab yanar közə də.
Sana da qurban olum,
Sən baxan gözə də.
Qardaş yolu busaram,
Gej gələrsən, küsərəm.
Bağrım yandı, su gətir,
Bağrım yandı, ay qardaş,
susaram.
Ata kişmiş kimidi,
Gözdən düşmüş kimidi.
Şirini şirin olur,
Ajısı da kişmiş kimidi.
Anam, anam, öz anam,
Qoynu dolu köz anam.
Yad ağlar, yalan ağlar,
Məni ağlasın öz anam.
Köynəyini ağ saxlaram,
Yuyaram, ağ saxlaram.
Bizi qoydun getdin, əlimə bir də düşsən,
Yeddi il qonax saxlaram.
Gülü vurdum divara,
Bülbül gələr suvara.
Qışı balalarımnan keçirdim,
Yayım (= yazım) gəldi avara.
Aman, aman, amandı,
Yüküm arpa-samandı.
Məsələn, Zəkara79 dünən öldü,
Bəyəm axır zamandı?
Əkeydim, arpa, səni,
At gələ, qarpa səni.
Bilsəm ki, sənin ömrün gödəydi,
Çəkərdim sarpa səni.
= Bilsəm vəfan buydı, ay Cəbrayıl,
Heş sənnən gəlməzdim, Vallah, of Allah.
Çəkərdilər sarfa məni.
Bizi vurdu üç ilan,
Yumurtası pıç ilan.
Bizim kimi varmı olan bu
dünyada,
Zəmisi göy biçilən.
Yəni sütül balaları ölən.
Leyli, götür başa düz,
Başdan götür (= daşdan gətir), başa düz.
Qojalmışam həştad yaş,
= Ağlım o qədər burda qurdalıyıram ki,
Ağlım gəlmir başa düz.
Qatıra bax qatıra,
Qatır ayax götürə.
Əzrayıl, aman ver,
Balam gələ, yetirə.
Mən səni asda-asda
ağlaram,
Xubrasda80 ağlaram.
Götürərəm paltarını,
Toyda, yasda ağlaram.
Kəkilin iki yana,
Dara tök iki yana.
Əlim yansın bir yana,
Mən yanıram yeddi yana.
Gedirsən yolun olsun,
Ağ cuna donun olsun.
Sən ki bir belə balanı əvə
töküb gedibsən,
Cənnətdə yerin olsun.
Gəl, məni qurdalama,
= Gəl məni irdələmə81,
İri kəs, xırdalama.
Yalavım səni qarsar,
Kösəvimi qurdalama.
Qardaş, gəl, gərəyimsən,
Güzgümsən, darağımsan.
Balalarıma toy eliyirəm,
Yamanca gərəyimsən.
Sən nə bildin bu dili?
Dodax söylər bu dili.
Bəlkə, səən də dədən öldü,
Onda öyrəndin bu dili?
Təndiri sən oddadın,
Od salıf sən oddadın.
Ürəyim yaman yanmışdı,
Qalanını da sən oddadın.
Ağ alma düzüminən,
Düz getmir düziminən.
Çağırdım dedim ki,
Yaxşı bir adam səfərə gedib, dur gedəh biziminən.
Yoldaşıma demişəm.
Bu görükən Savalandı,
Hax deyə Savalandı.
Fələh maa dağ çəkif,
Nə gedəndi, nə sağalandı.
İki yeznəm öldü.
Dəyirmanın pis günə,
Dən gəti, tök üsdünə.
Özün qaşdın qutardın
Ay Bəkir82, məni qoydun pis günə.
Yeddi balıya cavab verdim.
Gəlin, gəlin, tər gəlin,
Yan yeri, ökər gəlin.
Gəlin, sən ki bir belə balanı
qoydun getdin,
Bunnan ol betər, gəlin.
Mən özüm ağlamazdım,
Gülərdim, ağlamazdım.
Hərgah sən ürəyini tutub, bu qıçını tutub, bir az tərpənsəydin sağ durduğun yerdə
Səni mən heç ağlamazdım83.
Nənə qızın payıdı,
Gülüşüdü, payıdı.
Gələrəm də tapılmaz
Yüz üsdə qayıdım.
Əzizinəm, bir də mən,
Doldur ver, içim bir də mən.
Cavannıx gözəl şeydi,
Cavan olmaram bir də mən.
Əzizinəm, o güneylər,
Günəş doğmuş (=çıxmış)
o güneylər.
İki həsrət qavuşsa,
Bayramın o gün eylər.
Sayada bax sayada,
Torun qurmuş qayada.
Toruna tərlan düşüf,
Kimsəsi yox oyada.
Sənin şana barmağın,
Yonqar yona barmağın.
Xətti-xalın öpməmiş
Batdı qana barmağın.
Cavan oğlannara deyilir.
Bu dərə dərin dərə,
Suları sərin dərə.
İsdədim, burda bir bağ salım,
Balalarım gələ, gülün dərə.
= Bu dərə, ölən dərə,
Gülü yox, dərəm gələm.
Gördüm, burda basqın oluf,
Yar gələ, gülün dərə.
Ağajda laçın ağlar,
Laçın neyçün ağlar?
Qardaşı ölmüş bacılar,
Açar saçın, ağlar.
Arazın üsdü cəngəl,
Altı qum, üsdü cəngəl.
Gətir kəndimizi, Cəbrayılı,
Zəkəranı,
Özün də üsdüncən gəl, ay Bəkir (oxuyur – top.).
Mən getdim, anam qaldı,
Bu oduma yanan qaldı.
Nə bu dünyadan bir kam aldım,
Nə bir nişanam qaldı.
Gedəsən, gəlmiyəsən,
İlqar ver, gəlmiyəsən.
Bu gediş ki, səndədi,
Qorxuram ki, gəlmiyəsən.
Ələhlər, ay ələhlər,
Çirməli bağ biləhlər.
Gedin düşmana deyin,
Hasil oldu diləhlər.
Məhşərə bax məhşərə,
Mən xeyirə, sən şərə.
Mənimlə yoldaşımın görüşməyi,
Qalıb axır məhşərə.
Araz arxa dolandı,
İpək çarxa dolandı.
Hökümət verən evdə
Bircə otaxlarda qorxa-qorxa dolandı.
Yolun yarısında,
Ağ köynəh qarısında.
Məni vuran bədnazarrar elə
vurdu,
Qaldım yolun yarısında.
Gedən, getmə, dayan, dur,
Sirrim sana əyandı.
Gəlişin yaman gülə bənziyir,
Gedişin nejə yamandı.
Bu dərədə ordu var,
Ordu köçüb, yurdu var.
Mən bu dərədən qorxuram,
Bu dərədə adamyiyən qurdu
var84.
Araz, Araz, xan Araz,
Soltan Araz, xan Araz
Dedim ay ana, sən havax yatdın qaravatda
Demədim can Araz.
Nənəmə demişdim bunu.
Savalandı.
Hax dəlisi sağalandı.
Fələh maa bir dağ çəkif,
Nə gedəndi, nə sağalandı.
Gözdərimin biri sən,
Arazısan, Kürüsən.
Qızım, mən yoruldum, sən
yorulmamısan?
Anam qurban, kiri sən85.
İndi belə deməmişdim,
Qəm-qüssə yeməmişdim.
Dedim bəlkə ölsəh, bir öləh,
Ayrılıx deməmişdim.
Gəlmişəm, görəm səni,
Qucam, öpəm səni.
Açarım yox, qıfılım yox,
Qavrını açam, görəm səni.
Ağaşdan bir-bir düşər,
Atdanar, bir-bir düşər.
Bəkir, sənnən Cəbrayılda
keçirdiyim günnər
Yadıma bir-bir düşər.
= Atdanan bir-bir düşər,
Yaş gözdən bir-bir düşər.
Sənnən keçidiyim günnər
Yadıma bir-bir düşər.
Əlimnən qəlyan çalma,
Mey çalanda azan çalma.
Xalxa oğul, qızı qaldı
Sana qalan azandı, çalma.
Əlimdə qazançam var,
Bitmişəm, qazançam var.
Xalxınkınnan dövlət qaldı, mal qaldı,
Saa qalan qazancın da oğul, qız.
Əzizinəm, dolan gəz,
Dolan, könlüm, dolan gəz.
Özgə elində bəy oluncan,
Öz elində dilən gəz.
Dilən e, öz Cəbrayılında dilən gəz.
Gejələr, ha gejələr,
Molla dərsin gej elər.
Səni gözdəyən gözdərim
Nə yatar, nə dincələr.
Keşdim Xudat pirini,
Yaram eylər irini.
Dərt bir dəyil, iki dəyil,
Deyim hənki birini?
Kəkilin iki yana,
Dara, tök iki yana.
Ələm yansa, bir yana
Mən yandım yeddi yana.
Kəhliy daşa çıxıfdı,
Səkif daşa çıxıfdı.
Yaman çox əziyət çəkirəm,
Əlim boşa çıxıfdı.
Qayada qarmağım var,
Qarmağı vırmağım var.
Sənin yeddi balannan ötrü,
dedim, ay Bəkir,
Getmə, sana yalvarmağım var.
Yükü qurdum düzünə,
Kilim verdim üzünə.
Əlimdə saxlıya bilmədim,
Axırda qaytardım verdim özünə.
Dağlarda lala, nərgiz
Bitibdi lala, nərgiz.
Onsuz da Nazakət86 qoyub
gedib,
Tək-tənha qalıb nərgiz.
Əzizinəm, güllü gəl.
Gülüncən, bülbülüncən.
Saa Şöökət nənən bir layla
çalar, bir xeyir-dua verər,
Öz ananın dilincən.
Axan çaylar axmasın,
Ay Allah, quş qanadın çaxmasın.
Fələh bir iş işdəsin,
Düşman bəri baxmasın.
Qaladan biri gəlir,
Gözümün nuru gəlir.
Allah Çələbini bizə xeyirnən görsətsin
Bu arxı kim arıtdıyıb?
Suyu nə duru gəlir.
Gedərəm, ölkə, sənnən,
Qorxuram yol kəsənnən.
Ay Fatma,87 üzuu bəri döndər,
= Dedim, nənə, gəl halallaşax,
Ayrıldım bəlkə sənnən
(söyləyici bu bayatını ağlaya-ağlaya dedi – top.).
Qırmızı iynə sapı,
O görükən bizim qapı.
Ay Allah, isdəhlini biri-birinnən eliyən
= Yarı yardan eliyən
Dilənsin qapı-qapı.
Ay bala, amma bu, mana heş yaraşan olmadı. Ayıfdı axı.
Açın-açın mən gəldim,
Qapılar açın, mən gəldim.
Məxmər döşəh, gül yastıx
Arasını açın, mən gəldim.
Söyləyici bu bayatını oynaya-oynaya, oxuya-oxuya dedi.
Qurtaran kimi də “Fatma ya
dıma düşür” – deyib ağladı –
top.
Su gəlir, yamandı,
Suyun üzü samandı.
Aaz, qınama məni,
Sevgi dərdi yamandı (avazla oxuyur – top.).
Gedən, getmə, məni də apar.
Gedərsən, qıyamat qopar.
Tökərəm qan-yaşımı,
Dalıncan sellər axar.
Bu, Həvəzə nənəmindi
Həvəzə nənəm on bir il türmədə qalıf. Deyif :
Dağlarda gəzənim yox,
Ağ geyif, bəzənim yox.
On bir il türmədə qalmışam,
Ay Allah, “gəlmədi” deyənim
yox.
Yanı oğlum, uşağım yoxdu da. Gəlmədi deyənim yoxdu.
Gün getdi batan yerə,
Mələhlər yatan yerə.
Canımı nişana qoydum
Yar oxun atan yerə.
Atdanmışam, düşmərəm,
Üzünuzdan qırax, aşnam yoxdu, düşmərəm.
Gör nejə yad olmuşam, ay Həvəzə nənə,
Heç yaddara düşmərəm.
Bilirsən, nənən nejə inanırdı olara?
Mən aşıx, oyanasan,
Ağ gülnən boyanasan.
Get, o yara xəbər ver sən
Sən mənnən o yanasan.
Ceyrannar düzə gəldi,
Otdadı, düzə gəldi.
Allah bir iş işdədi,
Hər kəs də öz yerində,
Ayrılıx bizə gəldi.
Bu da Həvəzə nənəmindi. Biz də olardan dənnəmişih.
Çayda balıx yan gedər.
Gah əylənər, gah gedər.
Heş dindirmə məni
Aşma yaram, qan gedər.
= Qəm çəhmə, dəli konlum,
Üsdüncən Allah gedər.
=Göydə bulut gah gedər,
Gah əylənər, gah gedər.
Qorxma, müzəmbət oğlan,
Üsduncən Allah gedər.
Birinin birinə ajığı tutur. Deyir nişannısına ayrılanda:
Baxça, barın dəyiləm.
Heyva, narın dəyiləm.
Çox kəvinə gül olma88,
Vallah, yarın dəyiləm.
Yanı çox gəlif-getdiyimə allanma, səni alan dəyiləm.
Bunu Həvəzə nənəm
demişdi. Onun bayatısıdı.
Dağlar başı tütündü,
Kimin bağrı bütündü?
Gəl bir halallaşax,
Dünya ölüm-itimdi.
Mana dəymə, yesirəm,
Yarpax kimi əsirəm.
Əvinizdə bir cüt qız
Xırdasınnan kəsirəm.
Əzizim, gülə-gülə,
Gül əkdim gülə-gülə.
Bax bu gerçəydi, düşman əvimi yıxdı,
Üzümə gülə-gülə.
Əzizim, birdə-birdə.
Xeyir var bu səbirdə.
Gəl ikimiz bir öləh,
Gəl olax bir qəbirdə.
Gözdərin yedi məni,
Qurd oldu, yedi məni.
Bir namarda sirr verdim,
Ələmə dedi məni.
Bir-iki ağı deyəjəm,
Allaha pənah. Ya Rəbbi, ya RəsulAllah. Əlini, Allahı,
Həvəzəni, Şıxı çağırıram. Ya Allah, məni ağlatma. Hammızınkinnən Allah qırax eləsin.
Bağda bitər kələmnər,
Suyu verən ərənnər.
Cavan oğlu, qızı ölən
Elə tezcə vərəmnər (ağlayır – top.). Mənim cavan oğlum
ölüf, Allah cavannara gösdərməsin.
Bir at mindim, başı yox.
Bir çay keşdim, daşı yox.
Burda bir qərib ölüb,
Yanında qardaşı yox.
Yaralıyam, yazığam.
Yaram ağrır, yazığam.
Bütün cavanlar Əli tərəf
Siz olan Allah pənahında
Mana dəymə, mən yazığam.
Ay Allah, imansız eləmə, yazığam (ağlamsınır – top.).
Göynən gedən quşdar,
Ay qanadı sınmışdar.
Xalxa yaz açılıf, yaz olur,
Həvəzə nənəmə deyirəm
Ay bağa düşən quşdar.
Ağlıyan başdan ağlar,
Durağı başdan ağlar.
Belə əzizi ölən
= Aşıx o başdan ağlar,
Kiprihdən, qaşdan ağlar.
Belə igidi ölən
Durar obaşdan ağlar.
Kababa da, közə də,
Kabab altdan közə də.
Qurban olum, ay Fatma,
Sana da, səni görən gözə də.
Gedərəm, yolum dağdı,
Dörd yanım güllü bağdı.
Çəkərəm sən çəkən qəhri,
Neçə ki canım sağdı (ağlayır – top.).
Ayrıldıx yalan-yalan,
Həsrəti canda qalan.
Ayrılsın, qavuşmasın
Bizi vətənnən ayrı salan.
Mən aşıx, dərdə zalım,
Düşüfdü dərdə zalım.
Sənnən dərman gəlməsə,
Mənim dərdim azalırmı, ay zalım?
Aşıx, yara kimin var?
Bayğu yara kimin var?
Belə dağ, belə düyün,
Belə yara kimin var?
Su gəlir, arxa nə var?
Tökülür, çarxa nə var?
Mən yarımnan küsmüşəm,
Bilmirəm xalxa nə var?
Bülbüllər uşdu bağa,
Qondu budax-budağa.
Dünyada bir canım var,
Olsun yara sadağa.
Bı qala, yasdı qala,
El gedər, yasdı qala.
Ellər, el gedif, qala qalıf,
Qala qalıf pasdı qala.
Bu əpbəh, nəzər əpbəh,
Day kimi təzər əpbəh.
Bıra Çilgəz89 deyiflər,
Bırda nə gəzər əpbəh?
Eləmi Murov qaldı,
Qardı, qırov qaldı.
Neçə-neçə cavannarımız
Erməniyə girov qaldı.
Bı dağlar, ulu dağlar,
Çeşməli, sulu dağlar.
Bırda bir cavan ölüf,
Göy kişnər, bulud ağlar.
= Mən aşıx, ulu dağlar,
Çeşməli, sulu dağlar.
Divinnən el köşmüş,
Başında bulud ağlar.
= Altınnan elim köşdü (= getdi),
Üsdüncən bulud ağlar.
Bı dağa yol salaydım,
= Baxçaya yol salaydım,
Karvanın bol salaydım.
Bilsəydim ayrılıxdı,
Boynuna qol salardım.
Yazım,
Nə qışımdı, nə yazım.
Fələh başımı elə qatıb,
Heş bilmirəm, nə yazım?!
Yatmışam, oyanmışam.
Qəmnərə boyammışam.
Daş olseydim ərirdim,
Torpağam, dayanmışam.
Bağmanda bağım ağlar,
Bosdanda tağım ağlar.
Qalsam, özüm ağlaram,
Ölsəm, torpağım ağlar.
Əzizinəm, ay ata,
Oğlun ölür, ay ata.
Başım cəllət əlində,
Sözüm keşmir, ay ata!
Əzizinəm, keşkə sən.
Bı daryanı keşmiyəsən.
= Qannı dərya keş gəl sən.
Gəldin, dərdim artırdın,
Gəlmiyeydin keşgə sən.
Atam deyirdi:
Əziziyəm, nəyi qala?
Ojax yana, nəyi qala?
Mərd ölər, adı qalar,
Namərdin nəyi qala?
Əzizinəm, belə yaz,
Qələm götür, belə yaz.
Sınıx gönlüm şad olmaz,
Yüz də gəlsə belə yaz.
Qəribəm, yoxdu arxam,
Qanadım yoxdu, qalxam.
Çıxam qəlbi dağlar başına,
Vətənə doğru baxam.
Əzizinəm kimsaya,
Sayıl borcunu kim saya?
Min atını, sür dövranını,
Dünya qalmaz kimsaya!
Əzizinəm, keşdi mənnən,
Yay-oxu keşdi mənnən.
Yaxşılara körpü düşdüm,
Yamannar da keşdi mənnən.
Əzizinəm, novat, hey!
Çarx dolanır, novat hey!
Ölüfdü yaxşı yoldaşdarım,
Maa gəlir novat, hey!
Əzizinəm, gözəl ayaz,
Bulut yox, gözəl ayaz.
Xudaya, al əlinə qələmıı,
Gözəli gözələ yaz!
Məni görən ağlasın,
Yıxıb ölən ağlasın.
İndi görən tanımaz,
Əzəl görən ağlasın.
Apardı hallar səni,
Hallar, xiyallar səni.
Öpdü, bağrına basdı,
Yavşannı yallar səni.
Deyir, dəryada şirin gördüm,
Pələngin güjün gördüm
= Getdikcə üzün gördüm
Mən sizdən ayrılmazdım,
Fələyin güjün gördüm.
Köynəyi ağ saxlaram,
Yuyaram, ağ saxlaram.
Bir də əlimə düşsən,
Yüz il qonax saxlaram.
Ay demərəm sənsiz,
Gülümü dərmərəm sənsiz.
Güllər həşəm olsa da,
Birini üzmərəm sənsiz90.
Çəpər çəkili qaldı,
Bostan əkili qaldı.
Vuran elə vurdu,
Hamısı tökülü qaldı.
Bağda gülə nə gəldi?
Aşdı, gülə nə gəldi.
Bizim gülü şaxda vurdu,
Sizin gülə nə gəldi?
Əzizim, qarabağlıdı,
Sinəm çalın-çarpaz dağlıdı.
Nə gedən var, nə gələn,
Qarabağın yolları bağlıdı.
Qızılgül olmiyəydi,
Saralıf solmiyəydi.
Ölüm Allah işidi,
Ayrılığ olmiyəydi.
Deyir, bağlara getmərəm sənsiz,
Gülunu üzmərəm sənsiz.
Dağda ahu mələsə,
Bil ki, o, mənəm sənsiz.
Dağlar başı ala qar,
Ala duman, ala qar.
Mənim qəlbi dağlarım, buz bulaxlarım var,
Mənim bırda, bı qəriflihdə
nəyim var?
Dağlara binə gəlləm,
Gedirəm, yenə gəlləm.
Bir daha vətənə qayıtsam,
İmana, dinə gəlləm.
Evimdə-eşiyimdə,
Dolanım keşiyində.
Düşmən, balan can versin,
Balamın beşiyində.
Həə, helə demişdi. Balasının beşiyin qoyuf gəlmişdi da. Deyir ki, düşmən balasını balamın beşiyinə qoyanda orda can versin.
Ayağım yalın idi,
Tikanım qalın idi.
Heç ölməy isdəmədim,
Cəlladım zalım idi.
Ay elə sökülmüşəm,
Xəzantəh tökülmüşəm.
Toy paltarı isdədim,
Kəfənə bükülmüşəm91.
Araz gəlir qatı-qatı,
Üsdən sür gəl, Qəmər atı.
Ayə, ay Keyxalının camahatı,
Mənim anam amanatı.
Keyxalı – kəndin adıdı. Anam oralı olufdu.
O taydan əl eyləmə,
Bağrımı qan eyləmə.
Oğlan, sən mənimsən, mən
sənin,
Özgə xiyal eyləmə.
Çıxaram yala mən,
Baxaram yola mən.
Görərəm kin, ay Cəbrayıl,
Nəysə deyəndə canım silkələnir, bala.
Əyilsin başın, dağlar,
Tökülsün daşın, dağlar.
Görüm neçə ki mənim beş
qardaşım ölüb, üş bajım ölüb,
yaxşı əmim, dayım, qohum-
əvlatdarımız ölüb.
Sənin də mənim kimi ölsün
qardaşın, dağlar.
Göy üzü damar-damar,
Göydən yerə nur damar.
Qəlbim o qədər naziy oluf ki,
Sən sındırsan, kim yamar?
Çoxdu dərt, deməyin yeri dəyil.
Əziziyəm, bircə səni.
Can yeri, bir də səni.
O qədər ölüm yedim, beş qardaş, Hajı Qaraman baba kimi alimlərin hamsı qəhr oldu, hamsı tərk oldu
Axtarıb göreydim bir də səni.
Aşıx, yarada nə var?
Halın yarada nə var?
Yaradanım yar olsa,
Belə yarada nə var?
Yelləncəhdə əylənim92,
Xumarlanım, güllənim.
Nöybə mana çatıfdı,
Bir kıl vırım93 yellənim.
Biz deyirdih, o gülün birin üzəydih,
Saçlarıma düzəydih.
Qardaşımızın toyunda
Dərə aşağa, dərə yuxarı
süzəydih.
Bunu oğlan evi deyir94:
Al almağa gəlmişih,
Şal almağa gəlmişih.
Oğlanın adamıyıx,
Qız almağa gəlmişih.
Qız evi də deyir:
Al almax günün olsun,
Şal almax günün olsun.
Gəlmisiz, qız sənindi,
Apar, mübarək olsun!
Qızdar yığılırdıx, gecə oynaşırdıx, oxuyurdux, gülüşürdüh, çömcəni alırdım əlimə, mənim adım aşıx Hidayət olurdu (gülür – top.). Budu belə gəlir ki, belə ki, fırranırdım, oynuyurdum, oxuyurdum. Bir tay-tuşum da var, bax balamın canı üçün, ağzını açanda göynən gedən quşdar bənd alır. Ziyafatdı adı. Bu təzə yığıncağa yığışmışdıx, bunu görəndə dedim:
Ağ isdikan, qırmızı şərab,
İşdim piyan oldum, piyan.
– deyəndə başdadı. Oxudu, demə sən, sədir də girmişmiş, görax qızın hansı oxuyandı, onu yazırmış. Bir də bir gəlin var, o elə oxumur, o, ancax oynuyur, ama elə mən aşıx sındırıram. Birdən dedim:
Ay bu dağdan aşan gəlin,
Əyağına vaz dolaşan gəlin.
Özün gözəl, yarın çirkin,
Gəl bu yardan boşan, gəlin.
Bu da o yannan qayıtdı ki:
Bu dağdan aşan mənəm.
Əyağna vaz dolaşan mənəm.
Özüm gözəl, yarım çirkin
Baxtım budu, boşanmaram.
Bax həylə eliyirdih biz, həylə oynuyurdux.
Bir yol beş-altı qızıx, gedib otumuşux. Bir qızın gözü düşüp bir oğlana. Bı qız ta bı gədənin dalıncan ta bitəər olufdu. Sora getdıx pencara. Əənnən bəri gələndə gördüm, qız çalıb-oxuyurdu. Birəzdən gördüm qızın qaş-qavağı töküldü. Dedim, aaz, niyə haylə eliyirsan? Dedi, gözüm bir göz gördü (gülür – top.). Dedim, nə gördü? Dedi, o məni isdiyən gədə bir qıznan gəlir. Eşid e! Fikir ver! Dedim ağız, bərdən yaxunnaşəndə denən:
Əli, isdol üsdə vaz nədi?
Kağız nədi, vaz nədi?
Mən səni sevirdim,
Yanındakı qız nədi?
Qız otudu, uyyy Allah, mən neyliyim? Dedim, ta bəs aralaşıf, ta qız gətirif, ta sən təzdən neyliyəjaxsan?
Gedərəm, ölkə, sənnən,
Qorxaram yol kəsənnən.
Gəl halallaşax,
Ayrıldım bəlkə sənnən!
Bir yol həmən dediyim yığılmışıx qarının yanına, bizə söz öyrədir. Qarı qalxdı belə. On-on iki qızdı, gəlindi, yığılmışıx, alax çəhmağa getmişix. Hamımız dolmuşux bir boş otağa, ağzına gələni danışıllar. Qarı düşdü ortalığa:
Yeri, yeri, dam üsdə yeri,
Qızıl cam üsdə yeri.
Əyaxların ağrısa,
Çıx sinəm üsdə yeri.
Söyləyici əvvəlcə çox utancaq idi. Amma bu bayatını dediyi zaman qəfildən, heç gözləmədiyim halda əllərini sinəsi bərabərində qaldıraraq çırtma çala-çala oxudu. Hətta o qədər gözlənilməz oldu ki, imkan tapıb video-aparatı aça bilmədik – top.
Bizə bir gülüşmə düşdü, qarıdan nə sözdər çıxır. Biri də çıxdı, biri də dedi:
Mən belə dosdu neynirəm?
Dos mənnən küsdü, neynirəm?
Özü xayın, qəlbi pisdi,
Mən belə dosdu neynirəm?
Həə. Ta bəs dəyil?
Bostana oğru gəlir. Bosdanın gözətçisi də yatıf. Atdarı tərpədifdilər ki, kişini qorxutsunnar. Kişi də qorxusunnan duruf bunnarı qovalamasın. Bular tərpətdikcə o da yellənirmiş. Yelləndikcə deyirmiş:
Qarabağda bağ olmaz,
Qara salxım ağ olmaz.
Mənim kimi dərtdinin
Ürəyində yağ olmaz95.
Müharibədən gəlmiş invalit adamdı. Bular da insafsızdılar. Yazıx neynəsin. Dərt döy ki? Duruf qovalıya bilmir ki, bostanı yoluşdurma.
Dostları ilə paylaş: |