DEYİŞMƏ-BAYATILAR
Çilovlar, ay çilovlar,
Çil kəhlih çilovlar.
Burdan bir tərlan keçdi,
Əldə qaldı çilovlar.
Çilovlar, ay çilovlar,
Çil kəhlih çilovlar.
Tərlan özgə malıdı,
Yel qalmasın çilovlar.
Əli bellilər, haray,
Şana tellilər, haray!
Balam ölüf, dəhnədən arxım üçüf,
Əli bellilər, haray!
Əli belli neynəsin,
Şana telli neynəsin?
Bir adamın ki, baxdı Allah-taaladan hebelə ola,
Ona əli belli neynəsin?
Ceyran, çölə bir də gəl!
Ördəh, gölə bir də gəl!
Nənən, dədən ağlamaxdan ölür, bala, səni ant verrəm Allaha,
Bizim elə bir də gəl!
Sizin elə gəlmərəm,
Ceyran, çölə gəlmərəm,
Ördəh, gölə gəlmərəm!
Gəlmişəm qoşa dayılarımın yanına, gəlmişəm
xalamın yanına,
Ay nənə, tay sizin elə gəlmərəm!
Çirkin oluf yoldaşı, gəlin də gözəl oluf. Bir atdı o yannan gəlir. Bıın da yaanda bi çəlimsiz kişi xeylağı. Gələn deer:
Ay bu yaldan aşan gəlin,
Ayağına vaz dolaşan gəlin,
Yarın çirkin, özün gözəl,
Gəl, bu yardan boşan, gəlin.
Gəlin də cavavında deer ki:
Bax bı dağdan aşan mənəm,
Ayağına vaz dolaşan mənəm.
Yarım çirkin, özüm gözəl,
Talehimdi, boşanmaram.
Dostları ilə paylaş: |