Qarabağ: folklor da bir tariXDİR


FAL BAYATILARI (VДSFİ-HALLAR)



Yüklə 3,83 Mb.
səhifə214/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   210   211   212   213   214   215   216   217   ...   228
FAL BAYATILARI (VДSFİ-HALLAR)
1. Axır çərşənbədə vəsmi-hal keçirirdih. Bayatı deyirdih. İy­nə­lər atırdığ orya, bayatı deyirdih, kimə çıxırdı, çıxırdı.

İynənin qırmızı sapı,

Görünən sizin qapı.

Səni mənnən eliyən,

Dilənsin qapı-qapı.
Dəyirman üsdə çinar,

Yarpağı dinar-dinar.

Ay cüt gəzən baxdəvər,

Demirsən ki, tək də var?


2. Belə bir qabı, qazançanı qoyurux buraya, axır çərşəmbənin qurtaran gejəsi. Üzüh – belə barmaxcıl, kimin nəyi var, atır onun içinə. Mən də bayatı deyirəm, üzüyü çıxardıllar. Kiminkinə çıxsa, bəzisi ehildiyir, bəzisi ağlıyır, bəzisi də irazı qalır, bəzi də heylə çıxır. Cavannar da söyünür.

Oğlan, adın Yaqufdu,

Gün dağlara doğufdu.

Verdiyin qızıl üzüh,

Barmağımı boğufdu.
Oğlan, adın Cümşüddü,

Gün dağlara düşüfdü.

Verdiyin qızıl üzüh,

Barmağımdan düşüf itifdi.


Oğlan, adın Alıdı,

Boyun qarğıdalıdı.

Verdiyin qızıl üzüh,

Barmağımın malıdı.

Su gəlir qalxa-qalxa,

Tökülür bizim arxa.

Qonşudan bir qız sevdim

Anamnan qorxa-qorxa.

Bunu da bunun adınnan (yanımızda oturan nəvəsini göstərir – top.) deyirəm.

Qırmızını kim boyar?

Kim götürər, kim qoyar?

Nəhlət beyvəfa yara, onu düz deyir,

Sevdiyin əldən qoyar.
Əzizim, əzəlisən.

Qızılgül xəzəlisən.

Dönmərəm, Vallah sənnən,

Sovdamın əzəlisən.



Pisini de­yən­də küsürdülər, ağlıyır­dılar, ona yax­­şısını dedın, ma­na pisi­ni deyif.
3. Vəsmi-halı, Allahın adı hakqı, nəyə deyirdih, ona uyğun gəlirdi e. Kim nəyi tuturdu, ona uyğun gəlirdi o vəsmi-hal. Axır çərşənbədə keçirirdih vəsmi-halı. Yeyiv, içif, çərşəmbəni odduyuf, otururdux vəsmi-halda. Mis qabda hərə bir üzüy, sancağ, heylə şey­lər salardıx. Qabın başında da bir azyaşdı qız uşağı (yeddi ya­şında, altı yaşında) oturdardıx. Bayatını deyirsən, o da (qabın başında oturan qız – top.) divində belə hərriyir, deyirih birini çıxart. Çıxar­dır, hamısı uyğun gəlir. Vəsmi-halda ağı demirdilər. Ancax yaxşı şeylər deyirdilər. Ama bəzən də deyirdilər, pisin də de. Hamıya yaxşı çıxsa, tay nooldu? Bax bir xəsdə arvadı niyyət tutmuşdular, tay çox ağır idi, ölürdü. Görəh ölür, ya qalır? Ona çıxdı ki:

Gedin deyin o qıza,

Köynəyi qırmızıya,

Bu il parça bahadı,

Toyun qaldı payıza.

O arvad ölmədi, qaldı. Hə, heylə, sınanmışıdı dayna.

Bu bağlar, verən bağlar,

Gülü yox dərəm, dağlar.

Sənnən ayrılannan bəri,

Ürəyim vərəm bağlar.

Onu da deyirdilər vəsmi-halda.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin