Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə28/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   24   25   26   27   28   29   30   31   ...   228
III mətn

Musa peyqəmbər Misir padşahı Fironun dövründə yaşıyıfdı. Bizim eramızdan əvvəl. Firon inanmıyıv Allaha. Musuynan həmişə mübarizə aparıfdı. Musa peyqəmbərə artığ Allahdan vəh gəlir ki, ya Musa, get Fironu dinə dəvət elə. Gəlir, əlində də bi çəlih oluf Musa peyqəmbərin. O, cənnətdən gəlif, hansı ki, Adəm peyqəmbər cən­nət­­­dən şeytanın fitvasıynan günah işdədənnən soora, bu dünya­ya atılannan soora özüynən çəlih gətirmişdi. Cənnətdən gətirdiyi əşya­lardan biri də çəliy olufdu. Keçə-keçə gəlif Şöyüb peyqəmbərə. Şö­yüb peyqəmbərdən, axırda gəlif çıxıf Musa peyqəmbərə. Deyir, o, Fironun evinin, binasının yanına çatanda çəliyi yerə vuranda bina lərziyə gəlif. Firon deyif ki, nədi balam, zəlzələ baş verdi, nədi? De­yiflər, yox! Bəs Musa peyqəmbər gəlifdi, səni dinə dəvət eləməy isdiyir ki, Allahın birriyinə inan, din gətir. O da deyir, yox! Əsda­furullah, Allah mənəm. Mən də kimi isdəsəm, öldürə bilirəm, kimi isdəsəm, dirildə billəm. Öldürən adama əmr verirəm ki, bunu öldür, öldü getdi. Əmr verdiyim adamları azad eliyə bilərəm, o ölməz. Nə­sə, Musa peyqəmbərnən buların arasında çox mübahi­sə­lər baş verir. Onda deyir ki (Musa peyqəmbər), sən də cadugərrərini çağır gəlsin, mən də. Hərəmiz öz işimizi işdədəh, kim qalip gəlsə, o biri təslim olsun.



Bəli, bir gün elan eliyir, Firon bütün adamnarın hammısın yı­ğıf gətirir, o cadugərrəri. Cadugər bilirsən də. O, qeyri-qanuni əməl­­­lər­nən məşğul olan. Özü də günahdı cadugərrih. Musa pey­qəm­bər də gəlir. Bütün ahali yığılıf, meydan dolufdu. Musa pey­qəm­bər dedi ki, Firon, sən hökmüdarsan, birinci sənin cadugərrərin başdasın. Soora mən də öz işimi həyata keçirərəm. Cadugərrər kən­diri atır yerə, kəndir əjdahıya dönür. Yəni bu, Qurani-Kərimdə var ha. Bu ayələr var. Elə-belə əfsanə dəyil. Bu kəndirrər əjdaha forma­sında oluf Musa peyqəmbərin üsdünə hücum çəkəndə, Musa pey­qəmbər balaca bir az qorxan kimi eliyəndə Allahdan vəh gəlir ki, Ya Musa, heç narahat olma, mən sana çəlih kimi bir möcüzəli əşya vermişəm. Niyə narahat olursan? Çəliyi at yerə. Musa peyqəmbər çəliyi yerə atan kimi bu, əjdahıya dönür, həmən o cadugərrərin çatıdan olan əjdahasın hamısın məhv eliyir. O cadugərrərin çoxu Musa peyqəm­bərə inam gətirir. Firon bunu görür. Firon bunu görən kimi deməli, Musa peyqəmbər öz adamnarın götürür, bu ölkədən çıxır. Allahın hökmüynən, vəhiynən Musa peyqəmbər ölkədən çı­xır. Firon buların arxasın­can qoşun salır. Qoşun gəlir çıxır Nil çayına. Bir misal var e, deyəllər ki, Əli yolu, Əli yolu. Elə həmən Əli yolu deməy olar ki, yəni hələ o vaxdı Musanın dövründə də var­mış. Vəh gəlir Musaya ki, qorxmaynan, çəliyi Nil çayına uzadı­nan. Nil çayına qoyanda Nil çayı dayanır, yol açılır. Qurani-Kərim­də var ha, bu. Çay, deməli, yığılır üsd-üsdə, yol açılır, Musa pey­qəm­bər adamlarıy­nan keçir durur o tayda. Firon arxadan qoşunnan gəlir görür kü, Nil çayı dayanıv, ortada yol var. Keçməlidi də burdan. Allahın hökmüy­nən Həzrəti Cəbrayıl, dört məleykə var, çoxdu məleykələr. Hər adamı hardasa bir neçə məleykə qoruyur. Bütün məleykələrin də içərsində dört müqəddəs məleykə var, dört qardaşdı olar, yəqin ki məlumatın var, Həzrəti Cəbrayıl, Həzrəti Əzrayıl, Həzrəti Mikayıl, Həzrəti İsrafil. Yanı buların hamısının özünün vəzifəsi var. Allah vəzifə paylıyıv olara. Həzrəti Cəbrayıl pey­qəmbərrər arasında vəh gətirəndi, elçidi. Həə, Həzrəti Cəbrayıl gəldi dedi ki, atı Allahın hökmüynən min gəl, dur Fironun atının ya­nında, sonra özün vurdu Nil çayına, addadı o taya. Fironun da atı bu ata baxdı, girdi çaya qoşunnan birrihdə. Nil çayının ortasında Allah­dan vəh gəldi, Nil hərəkət elə! Fironun qoşunnarı orda məhv olur. Musa xilas olur öz adamlarıynan. Musa­nın belə bir əhvalatı. Musa özü də pəltəy olur. Musa peyqəm­bərə peyqəmbərrih veri­ləndə Allaha üz tutdu ku, ya Allah, mənim dilim pəltəhdi, sözü camahata çatdıra bilmirəm. Mana bir dənə natiq, bir köməhçi ver. Qardaşı Harunu ona köməhçi verir. O pəltəylih də nədən əmələ gəlifdi? Musa peyqəmbər dünyaya gələndə bunu çaya atıllar, çünki o vaxdı Fironun dövründə oğlan uşaxları olan kimi hamsını öldü­rür­müşdər, qırırmışdar. Firona demişdilər ki, elə bir oğlan dünyaya gələjəh ki, sənin hakimiyyətini əlin­nən alajaxdı. O da oğlannarı öldürürmüş. Nə isə. Bunu atıllar çaya, sandığa qoyullar, gəlir çıxır Fironun baxçasına. Fironun baxça­sına çıxanda elə Fironun arvadı bunu tutur. Baxır görür kü, gözəl-göyçəy bir uşaxdı. Deyir, elə bunu gizdin saxlı­ya­jam. Nəsə, gizdin saxlıyır, elə bunun həyətində yekəlir. Firon bu uşağı görür. Bunu yoxlamağ üçün qızılı bir tərəf­də qoyur, odu da, közü də bir tərəfdə qoyur. Deyir, əgər bu kasıv balasıysa, gedəjəhdi qızıla sarı, yox şah bala­sıy­sa, oda sarı gedəjəh. Çünkü görüf də. Deyir, oda sarı getməy isdiyəndə Allahdan vəh gə­lir Həzrəti Cəbrayıla ki, qoyma, imkan vermə, onu qaytar, əks isti­qa­mə­tə qaytar. Deyir, gedir oddan götürəndə əli yanır, odu təpir ağ­zı­na, dili yanır. Onçun onnan o pəltəh qalır Musa peyqəmbər. Alla­hın yanında o da ən şəxsiyyətdi, şərafətdi peyqəmbərrəri­miz­dəndi.
IV mətn

Musa peyqəmbərin yezidnən sözü çəpləşir. Onnan sora elə olur ki, dana gedir bı. Muna deyillər ki, sən bu kətdən getmə­sən, sənin başına çox işdər gələjəh. Gedir görür kü, bir quyunun başında üç qız uşağıdı. Quyudan suyu çəkillər, töküllər nava, qoyunnarı var, suva­rıllar. Bu gedir bıların yanında deyir ki, ay bajı, sizin qardaşınız, ço­banınız yoxdu, siz niyə qız uşağı qalmısız qoyunnarın yanında? De­yillər ki, yox, qardaşımız yoxdu, özümüz suvarırıx. İndi bu oğlanı götürüf gedillər evə. Bılar atasına deyir ki, ata, bu oğlan elə bizə yaxşı köməy elədi, qoyunumuzu suardı. Elə gəti mını saxlıyax, qo­yu­numuzu bu otarsın. Deyir, hə, nolar, otarsın. Həə. İndi gedillər. Bıların (bu qızdarın) atası deyir ki, get yükün dalında mənim çoma­ğım var, ayrı orda ağaş var, onu gəti ver buna. Bu çomağı gətirillər. Deyir ki, ay bala, bu çomağı yox e, o biri çomağı gəti. Gedillər. Deyillər, ay ata, Vallah, mını qoyuruğ oənə. Qoyan kimi gətirəndə elə bil ki, o gəlir. Deyir ki, onda, a bala, bu, bına qismətdi. Gətirir, ağacı verir. Verəndə muna tapşırıllar ki, fılan yerə, meşəlihdi, onnan otduxdu, fılan yerə aparma heyvanı. Amma ayrı yerə apar. Bu deyir ki, görən nədən ötrü deyillər? Həmən bu ağacı da götürüp gedir həmən bu otdu yerdə heyvanı otarır. Heyvan otduyur, doyur, yatışır. Bu yuxuya gedir burda. Heş demə, bırda da əjdaha varmış. Munun qorxusunnan heş kim bura getmirmiş. Durur görür kü, bir yekə əjdaha, yanında ölü, həmən ağaş da qana bulanıf. Deyir ki, həə, elə onçun bılar bıra heyvanı qoymurmuşdar. Gəlir o əhvalatı nağıl eliyir kişiyə. Deyir ki, bala, o ağaş sana qısmatımış deyin, o ağaş səni qu­tarıf. Yoxsa o əjdaha səni yeyərmiş, qoyunnarı da yeyərmiş. Onnan sora burda biraz qalıf. Biraz qalannan sora indi munun balaca (o ikisini yox), balacanı deyillər ki, bunu verejiyih sana. Deyir, indi Al­lah-taaladan muna səda gəlir ki, ya Musa, sənin vaxdın çatıb. Qızı da götürüv, bulardan da icazə alır, gəlillər. Gəlillər, bir ağacın kölgə­sin­də, bırda oturullar. Allah-taaladan sada gəlir ki, ya Musa, əlıı o ağa­cın kağu­şuna uzat. Bu da əlin uzadır bura. Burda buna Allah-taala pey­qəm­bərrih verir. İndi gedillər. İndi bu Firovün­nən deyillər ki, gərəh müharibə eliyəh. Gəlillər, indi deyir ki, dəryanın qırağında du­rajı­yıx. Sənin sözünnən dərya dursa, dünya sənin olajax. Amba mə­nim sözümnən dərya dursa, dünya mənim olajax, səni də öldürəjəm. İndi bı hələ dəryanın qırağına get­millər. İndi bı Firovün gəlir, cama­ha­tın ipin, onnan nəvlim siji­min, nəvlim örkənin, çatısın hamsını yığır, topalıyır bıra. Millət də ham­sı bırda. Nəysə, bir söz deyir. Bu­nun hamsı ilan-qurbağa olur. Bu Musa peyqəmbərə də Allah-taa­ladan səda gəlir ki, ya Musa, əsanı yerə at, əlindəki ağacı. Ağacı yerə atır. Olur əjdaha. Buların hamsı­nı udur. Həə. Bu da qalif gəldi.

İndi bir də deyillər ki, gedəh dəryanın qırağına, dərya sənin sözünnən dursa, dünya sənin olajax, durmasa, dünya mənim olajax. Musa peyqəmbər gedir ağacı vurur suya. Deyir, ya dərya, Allahın köməhliyinnən, Allahın hövlü-qüvvəsiynən dur. Dərya durur. Yarsı belə bölünür, yarsı belə bölünür. Bunun qoşunu addıyır o tərəfə, Musa peyqəmbərin. İndi bir də gənə şey eliyillər. Bir də gəlir deyir ki, hə, indi bu səfər də bu gedir, o deyir, seyit cəddinə arxayın olan kimi, bu gedir axşamdan yatır, bu – Musa peyqəmbər. Bu Firovün səhərəcən özünü sakqalınnan asır göydən, yalvarır, Allah, bu səfər mənim sözümü eşit. Gedir indi Musa peyqəmbər deyir, ya dərya, Allahın köməhliyinnən dur. Dərya durmur. Bu Firovün deyir, mə­nim hövlü-qüvvəmnən, ya dərya, dur. Dərya durur. Bu qalır mə­hətdəl. Deyir ki, nətəhər oldu ku, bu həmişə mənim sözümnən du­rurdu. İndi bunun sözüynən durur. Allah-taaladan sada gəlir ki, se­yit cəddinə arxayın olan kimi sən getdin yatdın, amba bu səhərəcən sakqalınnan asıldı, yalvardı. Bu səfər bunun sözünü eşitdim. Amba bunun vaxdı gəlif. Sana qorxu yoxdu. Bu deyir, ya dərya, mənim hövlü-qüvləmnən dur, bu Firovün deyir. Dərya durur. Munun qoşunu o tərəfə keçir. Bu qalır da. Onnan soora deyir ki, sən qəm­lənmə, onun vaxdına az qalıf. Onnan soora elə, bir də gənə gəlillər dəryanın qırağına, bir də elə arxayındı ki, bu səfər də dərya durajax. Dərya durmur. Onnan soora helə Allah-taalanın əmriynən suda Həzrəti Cəbrayıl bir maydan atı saxlıyır. Firovünün də atı erkəy atıymış. Maydanı görəndə erkəh at girir suya, burda ikisi də bo­ğulur, cəhənnəmə vasil olur.

Bu gavurrar deyir ki, dağdan, qayadan bir dəvə çıxa, yanında da bala. Biz onda sana iman gətirərih, amba çıxmasa, gətirmiyə­jiyih. Bu da Allah-taalaya üz tutur. Görüllər bir dəvə, yanında da köşəyi helə çıxır, hamsı iman gətirir.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin